Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı .....                     Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb .....                     Bakıda avtomobil 19 yaşlı gənci vurub .....                     Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir .....                     “Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” .....                     Kanada sakini lotoreyada 6,8 milyon dollar udub .....                     Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur .....                     Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı .....                     Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb .....                     Bələdiyyə saytında qumarxana təbliğatı .....                     Bakının ucuz və bahalı Yeni il “yolka”ları .....                     Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb .....                     Üzeyirin bu çağırışına 1 milyon insan toplandı .....                     Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb .....                     Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi .....                     "Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı..." .....                     Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib .....                     Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir .....                     Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb .....                     Google Türkiyədəki xidmətlərini dayandırır .....                     "Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm" .....                     Mingəçevirdə gənc oğlan bıçaqlandı .....                     Bazarı canlandıracaq 50 manat: Onu hər kəs ödəməlidir, bir şərtlə ki… .....                     "2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?" .....                     Fərhad Əhmədovun fəallaşması Rusiyanın yeni “Milyarderlər ittifaqı” layihəsidir? .....                     İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib .....                     General deputatlığa namizədliyini irəli sürdü .....                     Türkiyə təhlükəsizlik qüvvələri kamikadze-PUA-larla təchiz ediləcək .....                     YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı .....                     Deputatın VARİS PLANI .....                     Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb .....                     “Qəbələ” darmadağınla qalib gəlib, paytaxtda qapılara qol vurulmayıb .....                     Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir .....                     “Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” .....                     Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? .....                     “Formula 1”in Azərbaycan üçün faydaları .....                     Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib .....                     Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: .....                     Bakıda mağazadan bahalı saatlar oğurlanıb .....                     FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib .....                 

Sabiq deputat vətəndaşın özəl torpağını avtodayanacağa çevirib - Özbaşınalıq
Tarix: 6-08-2019, 08:46 | Çap et
Sabiq deputat  vətəndaşın özəl torpağını avtodayanacağa çevirib
“Hacı Qalib hələ deputat olanda 3 mərtəbəli və 2 mərtəbəli iki mülkümü yerlə bir edib, ərazini özü üçün avtodayanacağa çevirib. Avqustun 4-də Bilgəhdə oldum, gördüm ki, mənim torpağımda düzəltdiyi avtodayacaqda maşınların sayı itib. Birindən 3 manat, o birindən 5 manat alıb əraziyə buraxır, pul qazanırlar. Mən isə özəl torpağıma gedə bilmirəm” – şikayətçi Seymir Quliyev belə deyir.

Qeyd edir ki, hüquq-mühafizə orqanları sabiq deputat Hacı Qalib Salahzadənin onun əmlakına qəsd etdiyinə görə istintaqa çağırırlar, amma nəticə ortaya çıxmır: “İllərdir ki, polis, məhkəmə, prokurorluq, icra hakimiyyətlərinin qapılarındayam. Əlimdə Hacı Qalib tərəfindən qəsb olunan özəl torpağıma, dağıdılan mülklərimə aid dövlətin verdiyi sənədlər var. Hacı Qalibi istintaqa çağırırlar, hansı qisimdə dindirirlər, bunu bilmirəm. Şahiddir, təqsirləndirilən şəxsdir bilinmir. Mənə deyirlər ki, istintaq gedir. Hacı Qalib də istintaqın getdiyi vaxtda mənim qəsb olunan torpağımdan pul qazanmağındadır. Mənim mülkiyyət hüququm pozulub, mənə qarşı cinayət baş verib”.

2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.

Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciətdir. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib. Məktubun az qala ili çıxır, məsələ hələ də həll olunmamış qalıb. Seymur Quliyev deyib ki, onun şikayətləri əsasında Dövlət Reyestr Xidməti nümayəndələri aylar öncə qəsb olunan torpağında müvafiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymur Quliyevin bağ sahələri ilə yanaşı yaxınlıqdakı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüblər.

“Torpağıma ölçmə aparmağa Dövlət Reyestr Xidmətinin əməkdaşları ilə yanaşı istintaq qrupunun əməkdaşları da getmişdilər. Bir daha gördülər ki, yolu bağlayan, mənim mülkümü qəsb edən Hacı Qalibdir. Həmin vaxt biz əraziyə gedərkən Hacı Qalibin yanında adamlar vardı. Onlara göstəriş verdi, dövlətin yoluna qoyduğu darvazanı açdılar. Dövlət Reyestr Xidməti nümayəndələri orada 4 saat ölçmə işləri apardı. Elə həmin ölçmələr zamanı aydın oldu ki, Hacı Qalib dövlətə məxsus Kardioloji Sanatoriyanın 5 sota yaxın ərazisini də öz torpağına qatıb, qəsb edib. Sanatoriya ilə onun bağının ərazisindəki hasarı götürüb və orada diskoteka düzəldib. Mənim torpağımı həmin restoranı üçün avtodayanacaq kimi istifadə edir. Orada bütün günü dəniz kənarında çal-çağırdır, diskotekada araq, çaxır, pivə verirlər, səhərə qədər çalıb-oynayırlar. Həmin ərazidə soyunma-geyinmə otaqları, duş kabinələri, kölgəliklər düzəltdirib. Məni öz torpağıma, özəl mülkümə yaxın qoymurlar” deyə, o bildirib.

Seymur Quliyev deyir ki, avqustun 4-də ərazidə 4 saat olub: “ Hacı Qalib nümayişkaranə şəkildə dövlətin yoluna şlaqbaum qoyub və açmır. Bakı Şəhər İcra Hakimiyyəti 1 ilə yaxındır ki, darvazanın yoldan götürülməsini və yolun açılmasını təmin edə bilmir. Onlar da mən vətəndaş kimi baxa-baxa qalıblar. Bir tərəfdə Hacı Qalibdir, bir tərəfdə də dövlət. Bu adam dövlət orqanlarını saymır, güc göstərir”.

Xatırladaq ki, Qalib Salahzadə istintaq orqanında vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Yada salaq ki, 2018-ci ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub. İllərdir davam edən prosesin sonu görünmür.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Liviya dəstək istəyəcəyi halda, Türkiyə kömək etməyə hazırdı - Ərdoğan
Bu gün, 22:46
Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb
Bu gün, 22:39
Bakıda avtomobil 19 yaşlı gənci vurub
Bu gün, 22:29
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi də namizədidir - FOTO
Bu gün, 22:25
“Fəzail Ağamalı bunu Əli Həsənov işdən çıxarılandan əvvəl etməli idi” - Mətləb Mütəllimli
Bu gün, 22:16
Kanada sakini lotoreyada 6,8 milyon dollar udub
Bu gün, 22:03
Qəbələdəki futbol şəraiti Xorvatiyada yoxdur - Sopiç
Bu gün, 22:01
Türkiyəli iş adamı Azərbaycan yol polisindən görün nə yazdı - FOTO
Bu gün, 21:44
Bakıda 9 yaşlı uşağın qarnına oxlov batıb
Bu gün, 21:20
Bələdiyyə saytında qumarxana təbliğatı - Bakıda - FOTO
Bu gün, 21:19
Bakının ucuz və bahalı Yeni il “yolka”ları - 10 min AZN
Bu gün, 21:09
Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb
Bu gün, 21:05
Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO
Bu gün, 20:50
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTO
Bu gün, 20:38
Xaçmaz RİH başçısı məktəbin vəziyyətini görüb heyrətləndi - FOTO, VİDEO
Bu gün, 20:36
"Bir daha xahiş edirəm, atam Oktay Gülalıyev ilə bağlı..." - hüquq müdafiəçisinin oğlu etiraz etdi
Bu gün, 20:25
Sudanın devrilmiş prezidenti 2 il azadlıqdan məhrum edilib
Bu gün, 20:16
Fransa Rusiyadan Napoleonun silahdaşının qalıqlarlarını istəyir - FOTO
Bu gün, 20:14
Şəmkirdə maşınla piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Bu gün, 20:11
Google Türkiyədəki xidmətlərini dayandırır - Play Store, Gmail və YouTube İŞLƏMƏYƏCƏK
Bu gün, 20:03
"Mən həmişə jurnalistikanı ucada görmək istəmişəm"
Bu gün, 19:53
Mingəçevirdə gənc oğlan bıçaqlandı
Bu gün, 19:40
Bazarı canlandıracaq 50 manat: Onu hər kəs ödəməlidir, bir şərtlə ki… - AÇIQLAMA
Bu gün, 19:34
"2000-ci ildə Əli Kərimli parlamentə necə düşdü, razılaşmışdınızmı?" - QALMAQAL
Bu gün, 19:29
Fərhad Əhmədovun fəallaşması Rusiyanın yeni “Milyarderlər ittifaqı” layihəsidir? - VİDEODEBAT
Bu gün, 19:17
İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
Bu gün, 19:13
General deputatlığa namizədliyini irəli sürdü - FOTO
Bu gün, 19:11
Türkiyə təhlükəsizlik qüvvələri kamikadze-PUA-larla təchiz ediləcək
Bu gün, 19:09
YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı – “Elə insanlara borcluyuq...”
Bu gün, 19:07
Deputatın VARİS PLANI - İDDİA
Bu gün, 19:05
Müsavat AKM-in bütün üzvlәrinin Almaniyada istintaqa çağırılmasına başlanıb - Mühacir qalmaqalı dərinləşir
Bu gün, 18:59
“Qəbələ” darmadağınla qalib gəlib, paytaxtda qapılara qol vurulmayıb
Bu gün, 18:58
Bakıda 12 milyon manatlıq dələduzluq edən sahibkar şikayət edir
Dünən, 13:23
“Xalqa qarşı güc tətbiq etməyəcəksiniz” - Deputatdan baş nazirə xəbərdarlıq
Dünən, 13:20
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Dünən, 13:18
“Formula 1”in Azərbaycan üçün faydaları - TƏHLİL
Dünən, 13:12
Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid edib
Dünən, 13:10
Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: - İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?
Dünən, 13:09
Bakıda mağazadan bahalı saatlar oğurlanıb
Dünən, 13:04
FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Dünən, 13:04
İsa Qəmbərin oğlunun namizədliyinə deputatdan REAKSİYA - “Çox yaxşı bir haldır”
Dünən, 12:53
Müalyim cənub küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:50
Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Dünən, 12:47
"Doğru-düzgün həyat tərzi keçirmək lazımdır" - Əməkdar artist
Dünən, 12:45
Türkiyə və Rusiya S-400-ün yenidən tədarükü ilə bağlı razılıq əldə edə bilər
Dünən, 12:43
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
Dünən, 12:40
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
Dünən, 12:39
Bakıda amansız qətlin təfərrüatı: - Kişi doğmalarını öldürmək üçün Bakıya gəldi
Dünən, 12:19
“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."
Dünən, 12:14
Namizədliyini geri götürən sədr danışdı: - “Hər yerdə yaydılar ki...”
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru