Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: .....                     Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək .....                     Ərdoğan Bakıdan bəyan etdi: .....                     Tənqid olunan şeir dərsliyə salınıb? .....                     Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü .....                     Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: .....                     6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb .....                     Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü .....                     "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" .....                     Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün .....                     Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? .....                     Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların .....                     Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında .....                     Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib .....                     Bakıda universitet müəlliminin velosipedi oğurlanıb .....                     Sabah dollar neçəyə olacaq? .....                     Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq .....                     Nursultan Nazarbayev Azərbaycana gəlib .....                     Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib .....                     Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib .....                     “Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? .....                     Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib .....                     Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır .....                     Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür .....                     DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? .....                     Etibar Məmmədovun planı pozuldu .....                     “Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ .....                     Mənim köküm türkdür .....                     Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib .....                     Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir .....                     “Premium Bank”a sədr təyin edilib .....                     Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib .....                     ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib .....                     Xaçmaz polisində sakinlərlə görüş keçirildi .....                     Göygölün icra başçısı haqda ilginc iddia... .....                     Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb .....                     Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib .....                     Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: .....                     “Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? .....                     Rusiyada şəhər meri qəzada həlak olub .....                 

“Hafka”nın acı sonu: “Sənədləri oxumadan milyonlara imza atıb” - İDDİA
Tarix: 6-07-2019, 08:22 | Çap et
“Hafka”nın acı sonu: “Sənədləri oxumadan milyonlara imza atıb”
“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ailəsinə məxsus hotel, evlər və başqa obyektlər əlindən alınıb. AzadlıqRadiosu xəbər verir ki, Mərkəzi Bankın iddiası əsasında Səbayel Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Qərardan yuxarı instansiya məhkəmələrinə şikayətlər verilsə də, nəticə olmayıb. Bu yaxınlarda Ali Məhkəmə məsələyə son nöqtəni qoyub: aşağı instansiya məhkəmələrinin qərarları dəyişdirilmədən qüvvədə saxlanılıb.

Müsadirə olunan əmlaklar bunlardır: paytaxtın Nərimanov rayonunda yerləşən hotel - “Ramada Hotel & Suites Baku”, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən 3 min kvadrat metrlik qeyri-yaşayış sahəsi, Nərimanov rayonunda biri dörd (460 kvadrat metr), digəri isə üç (320 kvadrat metr) mərtəbəli olmaqla, iki fərdi yaşayış evi.

Evlər Hafiz Məmmədovun oğlu Kənan Məmmədovun mülkiyyətində olub. Yeddi mərtəbəli hotelin rəsmi sahibi isə Məmmədova Yeganə Sabir qızı idi. “Nizami” metro stansiyasının yaxınlığında - Şamil Əzizbəyov küçəsi 88 ünvanında yerləşən obyektin mülkiyyət hüququ “KSM Property” MMC-yə məxsusdur. “KSM Property” isə H.Məmmədovun oğlanlarına məxsus KSM Şirkətlər Qrupuna daxildir.

Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”un hüquqi ünvanı da Ş.Əzizbəyov 88-dir.

Mərkəzi Bankın məhkəmə iddiasına səbəb isə vaxtilə “Bank of Azerbaijan”a ayrılmış kreditlərdir. Bu bank isə H.Məmmədovun ailə üzvlərinə məxsus idi. Üç fiziki səhmdardan ikisi - Kənan və Sənan Məmmədovlar iş adamının övladları, Mübariz Məmmədov isə qardaşıdır. Hüquqi səhmdar isə “NEM Holding”dir.

Söhbət üç kredit müqaviləsi üzrə ümumilikdə 55 milyonluq kredit borcundan gedir. Bunun da 50 milyonu əsas borc, 5 milyonu faizlərdir. Bu kreditlər 2013-cü ilin aprel, iyun və iyul aylarında ayrılıb.

Qeyd edək ki, “Hafka” Azərbaycanda hər zaman gündəmə gələn iş adamlarından sayılır və adı daha çox qalmaqallarda keçir. Vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovla qarşıdurmasından sonra onun eniş dövrü yaşadığı və bugünkü vəziyyətə düşdüyü yönündə fikirlər var.

Hafiz Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbi, bundan dörd il sonra isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirib. Sonra müxtəlif vəzifələrdə çalışıb.

2001-ci ildən “Baghlan General Traiding” MMC-də baş menecer vəzifəsində fəaliyyətə başlayıb. 2003-cü ildən bu günədək “Baghlan Group FZCO”nun prezidenti vəzifəsində çalışır. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.

H.Məmmədova güzəştsiz münasibətlə bağlı müxtəlif iddialar, ehtimallar səsləndirilir.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Hafiz Məmmədovun və ailə üzvlərinin kredit borcuna görə mülklərinin əllərindən alınması normaldır: “Kiminsə borcu varsa, həmin şəxsin əmlakları hesabına bağlanmalıdır. Onu tanıyan tanışlarım var və onlar Hafiz Məmmədovun sahibkarlığa xas olmayan açıqlığından, səxavətindən danışırlar. Bəzən hətta sadəlövhlüyündən belə söz açırlar. Onun adına olan borclar vaxtilə ”Bank of Azerbaijan"ın onu aldatması yolu ilə əmələ gələn borclardır. Yaxud da Beynəlxalq Banka olan borclarıdır ki, sadəlövhlüyündən sənədləri oxumadan qol çəkməsi və ya yaxınlarına inanaraq onların sözləri əsasında hərəkət etməsi yolu ilə əmələ gəlib. Məndə olan təəssüratdan çıxış edərək belə deyirəm. Bütün bunlar heç bir halda onun mülki məsuliyyətini azaltmır. O, hər bir halda sahibkardır. Sahibkar deyə bilməz ki, məni aldatdılar və buna görə borcu qaytarmıram. Hafiz Məmmədovu aldadan şəxslər var ki, onların sırasında Ziya Məmmədovun da adı çəkilir. Oxuduqlarımı deyirəm. O, borcları ödəmək məcburiyyətində qalıb. Hafiz Məmmədovun “vurulması” ilə bağlı məsələyə gəlincə, deyə bilərəm ki, bunun əksini hesab edirəm. Əgər onun yerində başqa adam olsaydı, çoxdan artıq əlindən hər şeyini almışdılar. Onu demək mümkündür ki, ona pul atılıb və bu da onun üzərində qalıb. Amma hər bir halda üstündə qalıbsa belə, borcları ödəmək məcburiyyətindədir. Başqası olsaydı, yəqin çoxdan azadlıqdan məhrum olunmuşdu. Çünki hazırda Azərbaycanda borcu çox olan şəxslərə qarşı fərqli mövqe var. Burada söhbət daha çox dövlət banklarından gedir. Bu baxımdan hesab edirəm ki, Hafiz Məmmədova qarşı münasibət elə də pis deyil. Onu aldadan şəxslərə qarşı yaxşı olar ki, hüquqi yollarla mübarizəsini aparsın".

Ə.Həsənovun fikrincə, həm sıravi insanlar, həm də sahibkarlar işlərində ciddi olmalıdırlar: “Sahibkarlarla bağlı Azərbaycanda çox ciddi problemlər var ki, bu da səbəbsiz deyil. Çünki vaxtilə sənədləşdirmə işini düzgün aparmayıblar. Gərək işlərini düzgün qurardılar. Hafiz Məmmədovun başına gələnlərdən hər kəs nəticə çıxarmalıdır”.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”
Bu gün, 18:27
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək
Bu gün, 18:07
Ərdoğan Bakıdan bəyan etdi: - "Başladığımız işi bitirəcəyik"
Bu gün, 18:05
Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik
Bu gün, 18:03
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşü
Bu gün, 17:51
Müsavat başqanlığına keçmiş iddialılar DANIŞDI: - “İsa Qəmbər bu ədalətsizliyə öz töhfəsini verdi”
Bu gün, 17:46
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
Bu gün, 17:43
Şok iddia: An-72 qəzası: “Putinin aşpazı” öldü - VİDEO
Bu gün, 17:42
"Ərimin harasınısa görmək istəyirsinizsə..." - Afətdən Xatun və Rövşanəyə
Bu gün, 17:39
"Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik" - Türkiyə prezidenti
Bu gün, 17:32
Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib
Bu gün, 17:32
Deputat kimə qulluq edir, Rusiya dövlətinə, yoxsa dünya erməniliyinə? - ZATULİN ADINDA LƏKƏ...
Bu gün, 17:23
Rusiya Qvardiyasının əməkdaşlarına edilən hücumların VİDEOSU yayılıb
Bu gün, 17:21
"10 dəfə Hacı adını almışam" - Xalq artisti
Bu gün, 17:16
Azərbaycanla Belarus arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında saziş təsdiqlənib
Bu gün, 17:14
Tərtərdə ahıl kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib
Bu gün, 17:05
Bakıda universitet müəlliminin velosipedi oğurlanıb
Bu gün, 17:03
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Türkiyənin Suriyadakı əməliyyatına görə Rusiya da xeyir qazanacaq - TƏHLİL
Bu gün, 17:00
Nursultan Nazarbayev Azərbaycana gəlib - FOTO
Bu gün, 16:51
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib
Bu gün, 16:49
Donald Tramp növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib
Bu gün, 16:48
"Bu gün sizə dəhşətli görünə biləcək vəziyyət sabah sizin gülüşünüzə səbəb ola bilər"
Bu gün, 16:37
“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - AÇIQLAMA
Bu gün, 16:32
Bakıda gecə klubunda qızlar müştəri üstündə dava edib - BİABIRÇILIQ...
Bu gün, 16:30
Rusiyalı deputatın Qarabağa səfəri Azərbaycan əleyhinə yönələn növbəti təxribatdır - XİN
Bu gün, 16:29
Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Bu gün, 16:28
DGK "Şimal Servis"dən "qanunsuz" ƏDV tələb edib? - RƏSMİ
Bu gün, 16:25
Etibar Məmmədovun planı pozuldu – AMİP lideri toplantıya niyə qatılmadı?
Bu gün, 16:23
“Həmin müxalifətçi gülməli bir açıqlama vermişdi “ - Vüsalə Mahirqızı
Bu gün, 16:18
Mənim köküm türkdür – Rus ekspert
Bu gün, 16:13
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 16:11
Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir - Əli Həsənovdan ÖNƏMLİ AÇIQLAMA
Bu gün, 16:10
“Premium Bank”a sədr təyin edilib
Bu gün, 16:09
Bakcell KİV nümayəndələri üçün növbəti seminar keçirib
Bu gün, 16:07
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib
Bu gün, 16:06
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
Bu gün, 16:05
Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...
Bu gün, 16:03
Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb - FOTO
Bu gün, 15:59
Qarabağın azərbaycanlı icması ABŞ-ın Nümayəndələr Palatasının rəhbərinə və konqresmenlərə etiraz məktubu göndərib
Bu gün, 15:48
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Bu gün, 15:47
“Ştaynmayer formulu” Ukraynanı xilas edə biləcəkmi? - TƏHLİL
Bu gün, 15:44
Rusiyada şəhər meri qəzada həlak olub - VİDEO
Bu gün, 15:37
“Heç bir kişinin arvadı belə etməz” – Azər Axşama böyük sabotaj
Bu gün, 15:34
Türkiyə Prezidenti Azərbaycana gəlib
Bu gün, 15:32
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü - FOTO
Bu gün, 15:30
AzTV-nin Bədii Şurasının növbəti iclası keçirilib
Bu gün, 15:24
Hadi Rəcəbli Rusiyada işləyən azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib
Bu gün, 15:21
Almaniyadakı qətldə "Altes Qrup"un prezidentinin adı hallandı - İLGİNC
Bu gün, 15:20
Gəncəda yolu keçən üç qadını maşın vurub
Bu gün, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru