15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi .....                     Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir .....                     “Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi .....                     Ərdoğanın Azərbaycana səfəri başa çatıb .....                     BNA-nın şok planı .....                     Azərbaycanda qohumların mülk davası .....                     BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada əməliyyatları ilə bağlı məsləhətləşmələr aparılacaq .....                     ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib .....                     Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib .....                     Yeni baş nazir onunla işləmək istəmədi... .....                     "Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm" .....                     Sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilib .....                     Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində .....                     Prezident İlham Əliyev Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır” .....                     Deputat nazirin son qərarını .....                     Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi ilə Suriya məsələsini müzakirə edib .....                     “Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq” .....                     Zakir Həsənov HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsinin açılışında iştirak edib .....                     Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır .....                     Bu il Ermənistanda 39 hərbçi ölüb .....                     Azərbaycanlı gənclər Tiflisdə Türkiyəyə dəstək aksiyası keçirirlər .....                     "AXA MBASK" sığorta şirkəti işçilərinin .....                     İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə .....                     Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA .....                     PKK ilə Əsəd rus bazasında görüşdü .....                     Azərbaycanda DAHA BİR DƏHŞƏT .....                     Bakıda 54 yaşlı kişi küçədə ölüb .....                     Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş .....                     Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb .....                     Nazirlik "Azpolt" MMC ilə bağl yazılanlara .....                     Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi .....                     Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb .....                     Deputatın və generalın qohumu məhkəmə qarşısında .....                     Gədəbəy təhsilində biabırçı mənzərə... .....                     Bakıda intihara cəhdin qarşısı alınıb .....                     Vilayət Eyvazov mayoru işdən çıxardı .....                     Əsəd Menbiçi tam ələ keçirdi .....                     Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib .....                 

"Dedilər ki, evdə yaşamaq olmaz…" - GİLEY
Tarix: 17-06-2019, 11:28 | Çap et
"Dedilər ki, evdə yaşamaq olmaz…"
“Ata evimiz ötən əsrin 70-ci illərində tikilib. Divarları gildəndir. Evin tikintisində yerli materiallardan istifadə olunub. Qardaşlarım hərəsi bir yana getdi. İki bacı burda qaldıq. 2018-ci ilin avqust ayında zəlzələ nəticəsində evin arxa divarı çat verdi. Gəldilər, baxdılar. Dedilər ki, evdə yaşamaq olmaz…”
Bunu Astara rayonun Ojakəran kənd sakini İradə Dadaşova deyir.
Onlar evin divarlarına dayaqlar vurublar ki, uçmasın.

İ. Dadaşova vurğulayır ki, yağış birbaşa evin içinə yağır. Ev iki otaqdan ibarətdir. Otaqların döşəmələri dağılıb. Ev sahibinin sözlərinə görə həyətdə olan yardımçı tikiliyə köçüblər:
“…Toyuq hini olub.Təmizlədik, köçdük ora”
“Ora vaxtı ilə toyuq hini olub.Təmizlədik, köçdük ora. Təqribən 10-12 kvadratdır.Yağışda, qarda dəhşətli vəziyyət yaranır.Buna yaşamaq demək olmaz. Orada iki çarpayı qoymuşuq, birində mən yatıram o birində isə bacım. O da yataq xəstəsidir. Oğlu orduda xidmət edərkən ölüb.O vaxtdan xəstələndi. Atam, anam da nəvələrinin dərdindən erkən öldülər. Qardaşlarım var.Onlar hamısı kasıbdır, imkanları yoxdur.Bizə əl tuta bilmirlər.”
Yardımcı tikilinin də divarları gildəndir. Ev sahibinin deməsinə görə aldıqları pensiyalar çörəyə güclə çatır:
“Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik”
“Mənim 59, bacımın isə 62 yaşı var. Mən pensiya ilə heç vaxt ev tikə bilmərəm. Biz bu ölkənin vətəndaşıyıq. Çətinə düşəndə dövlətimə müraciət etməliyəm. İcra hakimiyyətinə bir neçə dəfə getmişəm, mənə deyirlər ki, sənin üçün ev tikməyə vəsaitimiz yoxdur. Döymədiyim qapı qalmayıb. Müxtəlif ünvanlara yüzə yaxın məktub göndərmişik. Baxın, nə qədər cavab məktuları var…”
O məktubları göstərir. Şikayətlər ölkə prezidentinə, Fövqəladə Hallar nazirliyinə və digər yerlərə ünvanlanıb.Lakin cavabları isə Astara rayon İcra Hakimiyyəti verib. Cavab məktubların məzmunu eynidir. Orada şikayətin nəzrətə götürüldüyü, hələlik, vəsaitin olmadığı qeyd edilir. İradə Dadaşova kənddə evsiz qalan yeganə vətəndaş deyil.

Ojəkəran kəndində evi yararsız vəziyyətə düşmüş onlarla sakin var. Sakinlər deyir ki, 25 il ərzində kənddə cəmi 3-4 nəfər yeni ev inşa edə bilib, onlar da Rusiyada işləyənlərdir.

“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur”

Kənd sakini Rafiq Baxşiyev deyir:

“Kənddə qəzalı vəziyyətdə olan evlər çoxdur. Evlər əsasən sovet dövründə tikilib. İstismar müddətini baş vuran evlərdir. Elə evlər var ki, təbii fəlakətdən qəzalı vəziyyətə düşüb. Əksəriyyəti isə köhnə evlərdir. Divarları gildəndir. Dözməyib tökülür. Kəndlinin də torpaqdan başqa qazanc yeri yoxdur.Torpaq da o qədər qazanc vermir. Bir ailədə 3-4 uşaq olanda, problem artır. Gərək ev ola ki, uşaqlarını evləndirəsən. Kənddə 50-60 kvadratlıq ev inşa etmək üçün minimum 30-35 min manat lazımdır. Tikinti materialları baha. Bunun daşı, ustası var. Kəndli kiçik təsərrüfatla nə edə bilər? ”
“Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər…”

Rafiq Baxşiyev deyir ki, onun da ev problemi var:

“Özüm ata evində yaşayırdım. Zəlzələdən dağıldı. Gəldilər, getdilər. Çəkliş oldu. Çox adamlara yardımlar etdilər. Mən kənarda qaldım.Çox şikayətlər elədim. Nəticə vermədi. Kredit götürdüm, övladlarım Rusiyaya işləməyə getdilər, kömək etdilər, ev tikməyə başladım. Hələ başa çatmayıb…”

Astara şəhərin özündə də mənzil problemindən şikayətlənənlər var. Şəhər sakini Akif Məmmədovun deməsinə görə, 4 oğlu var, onların ikisinin mənzil məsələsinə görə, evləndirə bilmir:

“Kredit bizi öldürür”

“Oğlanlarımdan biri kiçik sənətkardır.7-8 ildir onun üçün sahəsi 80 kvadrat olan bir ev tikirik. Üstünü bağlamışıq. Hər dəfə bankdan 30 faizə kredit götürürk. Kreditin müddəti bitəndən sonra yenisni götürürük ki, evin işini tamamlayaq. Tamamlanmır.Hələ 4-5 il də çəkəcək. Kredit bizi öldürür. Soğan-çörək yeyib, ev tikdiririk. Oğlumun iki qız uşağı var.Bu gün- sabah orta məktəbi başa vuracaqlar.Ev isə hazır deyil.”

“Kəndlərdən axın güclənəcək”

Yerli sakinlərdən Asən Həşimli də hesab edir ki, indi kəndlinin əldə etdiyi qazancla yaşayış evi inşa etməsi mümkün deyil:

“Kənd yerində kirayə evlər, mehmanxanalar yoxdur. Yaşamaq üçün hökmən şəxsi ev olmalıdır. Kəndlinin də o qədər pulu yoxdur ki, ev tiksin. Düzdür rayonlarda xüsusi kateqoriyalı adamlar var, onlar üçün ev tikirlər. İri şəhərlərdə sosial evlər inşa edilir, yeni ailələrə ipoteka verilir.Təbii fəlakətdən dağılmış evlərin yerinə yenisini inşa edirlər.Bu da hər kəsə nəsib olmur. İpoteka indiki şərtlərlə kənddə yaşayan gənc ailəyə heç vaxt nəsib olmaz. Bəs adi kəndli nə etməlidir? Nəticədə nə olcaq? Kəndlərdən axın güclənəcək. Təkcə kənddə yol, işıq, qaz çəkməklə iş bitmir.”

Onun fikrincə hökumətin bu istiqamətdə ayrıca proqramı olmaldır: “Kəndə dəstək proqramı olmalıdır.Azərbaycan hökuməti beynəlxalq təcrübədən istifadə edə bilər.”

İcra başçısının müavini : “Maliyyə problemi yoxdur”

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudovun deməsinə görə, isə kəndlərdə köhnə evlərlə bağlı tədbirlər həyata keçirilir:

“Ojəkəran kənd sakini İradə Dadaşovanın evinə yenidən baxış keçiriləcək. Çadırlarda yaşayanlar var, 2 ev dağılıb. Birinci növbədə bu insanlar evlə təmin olunacaq. Ötən əsrin 60-70-ci illərdə tikintinin tələblərinə cavab verməyən minlərlə ev inşa edilib. İndi həmin evlər tədricən dağılır.Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri belə evləri köhnələnmiş ev kimi qeydə alırlar. Hamuşam, Əsxənəkəran, Siyəku ərazilərində 14 min ev var. Mütəxəssislərin rəyinə görə, həmin ərazilər aktiv sürüşmə zonalarıdır.Oralarda ev inşa etmək belə təhlükəlidir. Taxtadan tikilən iki mərtəbli evlər var.Çürüyüb tökülür. Ölkə prezidentinin sərəncamı var.Müəyyən yerlərdə şəhərcik salmaq və yaşayış evləri inşa etmək. Hazırda 36 mənzilli yaşayış binası inşa edilir. Daha bir 48 mənzilli yaşayış binasının inşası nəzərdə tutulub.Maliyyə problemi yoxdur. Yəqin ki, yaxın gələcəkdə bu problemlər həllini tapacaq.”

"Dedilər ki, evdə yaşamaq olmaz…"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
15 oktyabr - milli intibahın yeni mərhələsinin başlanğıc tarixi - Deputat yazır...
Dünən, 18:14
Bu il Azərbaycanda 2,7%-lik iqtisadi artım gözlənilir - IMF
Dünən, 18:10
“Volkswagen” Türkiyədə avtomobil zavodunun tikintisindən imtina etdi - Biz də bu maşını sürməkdən imtina edək...
Dünən, 18:09
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Dünən, 18:07
BNA-nın şok planı - İDDİA
Dünən, 18:06
“Kinoda taleyim gətirmədi...” - Məmur aktyor
Dünən, 18:04
Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər
Dünən, 17:59
BMT Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada əməliyyatları ilə bağlı məsləhətləşmələr aparılacaq
Dünən, 17:57
ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib
Dünən, 17:54
Bakıda prokurorluq işçilərinin hüquqi bilikləri artırılması ilə bağlı tədbir keçirilib
Dünən, 17:49
Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA
Dünən, 17:47
"Rusiyanı azərbaycanlılarsız təsəvvür edə bilmirəm" - İldar Gilmüddinov
Dünən, 17:38
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü regionumuzun sağlam gələcəyinə misilsiz töhfə verəcək - Emin Musəvi
Dünən, 17:35
Sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan park yenidənqurmadan sonra istifadəyə verilib - FOTO
Dünən, 17:31
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib
Dünən, 17:24
Manaf Ağayev ƏSƏBİLƏŞDİ: - "Səni ilan kimi çalaram"
Dünən, 17:13
Prezident İlham Əliyev Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib - FOTO
Dünən, 17:06
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:01
“Pedaqoji şura iclasları bir çox hallarda formal xarakter daşıyır” - Məhəbbət Vəliyeva
Dünən, 17:00
Deputat nazirin son qərarını ALQIŞLADI
Dünən, 16:57
Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi ilə Suriya məsələsini müzakirə edib
Dünən, 16:54
“Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq” - Bakı polisi
Dünən, 16:45
Zakir Həsənov HHQ-nin yeni RLS-nin idarəetmə məntəqəsinin açılışında iştirak edib
Dünən, 16:44
"Torpağını, vətənini sevən adamlar bu missiyaya qoşula bilər" - Afaq Bəşirqızı
Dünən, 16:43
Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL
Dünən, 16:39
Bu il Ermənistanda 39 hərbçi ölüb
Dünən, 16:38
Azərbaycanlı gənclər Tiflisdə Türkiyəyə dəstək aksiyası keçirirlər
Dünən, 16:37
"AXA MBASK" sığorta şirkəti işçilərinin - SAYINI AZALDIB
Dünən, 16:30
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dünən, 16:27
Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC
Dünən, 16:20
PKK ilə Əsəd rus bazasında görüşdü – Rusiya təsdiqlədi
Dünən, 16:17
Tanınmış modelyerə qarşı cinayət törətməkdə təqsirləndirilənlərə bəraət verilib
Dünən, 16:15
Azərbaycanda DAHA BİR DƏHŞƏT - 44 yaşlı qadın işgəncəyə məruz qalıb
Dünən, 16:14
Bakıda 54 yaşlı kişi küçədə ölüb
Dünən, 16:08
Əxlaqsızlıq məkanı olan "Pəhləvanlar" kafesi pəhləvan qardaşların imiş - məhkəmədə gərginlik
Dünən, 16:06
Bakıda 78 yaşlı kişi küçədə yıxılaraq ölüb
Dünən, 16:00
"Əxlaqsız müğənnilər yaxşı yaşayır, çünki..." - QALMAQAL
Dünən, 15:58
Nazirlik "Azpolt" MMC ilə bağl yazılanlara REAKSİYA VERDİ
Dünən, 15:51
Türkiyəyə qarşı sanksiya: ABŞ-ın işğalçını müdafiə ənənəsi - TƏHLİL
Dünən, 15:50
Ötən dərs ilində 4000-dən çox şagird sinifdə saxlanılıb
Dünən, 15:43
Deputatın və generalın qohumu məhkəmə qarşısında
Dünən, 15:39
Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM
Dünən, 15:38
Bakıda intihara cəhdin qarşısı alınıb
Dünən, 15:32
Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə
Dünən, 15:30
Əsəd Menbiçi tam ələ keçirdi – Rusiya təsdiqlədi
Dünən, 15:29
Təhsil nazirinin müavini təmayülləşmə prosesinin təşkilini sərt tənqid edib
Dünən, 15:18
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb
Dünən, 15:15
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir
Dünən, 15:14
"Sosial şəbəkədə onu-bunu söymürlər, ləkələmirlər"
Dünən, 15:12
"SOCAR daim Azərbaycan iqtisadiyyatının flaqmanı olub" - Deputat
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru