“Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                     İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı .....                     “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər .....                     Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi .....                     Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq .....                     Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq .....                     Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib .....                     "Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" .....                     Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib .....                     Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib .....                     Şəmkir “qala”sı içindən çökdürüldü... .....                     Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək? .....                     Venesuelada hindular qvardiya generalını əsir götürüblər .....                     İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir .....                 

Çiçəyi burnunda olan nazirin kövrək özünüməşğulluq siyasəti... - İlk addımdaca büdrədi...
Tarix: 6-02-2019, 08:46 | Çap et
Çiçəyi burnunda olan nazirin kövrək özünüməşğulluq siyasəti...
Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumət komandasında edilən dəyişikliklər ictimaiyyət arasında xeyli razılıqla qarşılandı. Vəzifəyə təyin olunan yeni məmurların gənc olması onların fəaliyyətində əvvəlki nöqsanların təkrarlamayacağına böyük ümidlər yaratdı.

Belə gənc nazirlərdən biri də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

O, vəzifəyə təyin olunandan sonra nazirlik strukturlarında korrupsiya və qanunsuzluq ehtimalı yüksək olan sahələrdə islahatlara başladı. Xüsusilə əlilliyin təyinatı, pensiya təyinatı, məşğulluq orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparıldı, xeyli sayda məmur vəzifəsindən alındı. S.Babayev eyni zamanda nazirliyin təqdim etdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atmağa başladı.

Yeni nazirin diqqət yetirdiyi sahələrdən biri də özünəməşğulluq proqramın icrası idi. Bu proqram prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamın icrası məqsədilə tətbiq olunur. Özünənəşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrı-seçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiri kimi qiymətləndirilir. Dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu - gənclər, övladlarını tək böyüdən valideynlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən özünəməşğulluq proqramını bu kateqoriyadan olan insanların aktiv şəkildə sosial müdafiəsini təmin etmək üçün dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır.

Prezidentin sərəncamını icra etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mexanizm formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur, biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb edilirlər. Nazirlikdən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilir.

2018-ci il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri özü məlumat verib. O bildirib ki, 2018-ci ildə bu istiqamətdə nazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: “Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar”.

S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: “Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur”.

Bütün mərhələlərdən ən ağırı olan aktivlərlə təminat sahəsində S.Babayev ciddi problemlərlə üzləşib. Belə ki, ötən ilin oktyabrından etibarən nazirliyin aktivlərlə təminata cəlb etdiyi özəl şirkətlərin fəaliyyətindən ciddi narazılıqlar yaranıb. Ölkənin bir çox rayonlarından olan narazı vətəndaşlar mətbuata, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edərək verilən mal-qaranın, xırdabuynuzlu heyvanların qoca, arıq və xəstə olmasından şikayətləniblər. Bu yaxınlarda isə məlum olub ki, şikayətlər əsasında yoxlamalar aparılarkən bir çox hallarda vətəndaşların haqlı olduqları üzə çıxıb. Belə ki, iki gün əvvəl Real.TV-yə danışan S.Babayev bildirib ki, ötən ilin noyabr-dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb: “Bu böyük rəqəmdir. Bizə bu günədək gələn bütün şikayətləri araşdırırıq. 119 hal üzrə şikayətçinin haqlı olduğu qənaətinə gəlinib və verilən heyvanlar yeniləri ilə əvəz olunub. Bu, ümumi verilən heyvanların 0,4 faizi edir. Bu 0,4 faizə görə proqrama kölgə salmağa çalışmaq məsuliyyətsiz yanaşmadır”. Nazirin dediyinə görə, bəzən vətəndaş heyvana 2 ay yaxşı baxmır, yaxud satır: “Sonra başlayır ki, mənə yaxşı heyvan verilməyib. Biz bütün bu halları araşdırırıq, rüblük monitorinqlər həyata keçirilir. İlin sonunda monitorinqlərin nəticəsi əsasında yekun qiymətləndirmə aparılacaq”. S.Babayev onu da bildirib ki, ötən il proqram çərçivəsində 5 min kiçik müəssisə yaradılıb, bu il 7-8 min belə müəssisə yaradılacaq: “Ötən il 1200 vətəndaş istehsal və emal sektoruna müraciət edib. Hazırda onlara aktivlərin verilməsi prosesi gedir”.

Qeyd edək ki, ƏƏSMN ötən ilin avqustunda “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu proqram çərçivəsində aktivlərin alınaraq vətəndaşlara çatdırılması üçün podratçı seçib. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib. Görünür, yeni yaradılan şirkətlərin təcrübəsizliyi, yaxud başqa maraqları ucbatından əhalinin, elə ölkə rəhbərliyinin də yüksək həssaslıqla yanaşdığı bir prosesə qismən kölgə salınıb. Bu kölgə həm də yeni nazirin fəaliyyətinə, imicinə zərbə kimi qiymətləndirilə bilər.

S.Babayev əsaslı olan şikayətlərin sayının az olduğunu bildirir, lakin nəzərə almaq lazımdır ki, araşdırılan müxtəlif vasitələrlə ictimailəşdirilən şikayətlərdir. Rayonlarda yüzlərlə vətəndaşın şikayətini ictimailəşdirmək imkanı yoxdur. Digər tərəfdən, nazir deyir ki, vətəndaş aparıb heyvana yaxşı baxmır, təcrübəsi olmur və sair. Bu halda sual yaranır ki, heyvana baxmaq təcrübəsi olmayan şəxs proqrama necə seçilib? Yaxud ona 2 aylıq təlim zamanı nə öyrədilib? Bu kimi sualların yaranması o deməkdir ki, proses ciddi ictimai nəzarət altına alınmalıdır. Mümkündür ki, podratçı şirkətlər, yaxud başqa qüvvələr əhalinin həssas təbəqəsinə ünvanlanmış proqrama qəsdən xələl gətirirlər. Bunun birbaşa S.Babayevə qarşı yönəlmiş bir addım olmasını iddia edənlər də kifayət qədərdir.

Bütün bunlara görə, S.Babayev ən azı bundan sonra proqramın və ən əsası da özünün imicinə düşən kölgəni ortadan qaldırmaq üçün ictimaiyyət nümayəndələrinin proqramın icra prosesinə nəzarətini təşkil etməlidir.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Bu gün, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Bu gün, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Bu gün, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Bu gün, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Bu gün, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:53
Neftin qiyməti bahalaşıb
Bu gün, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Bu gün, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Bu gün, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Bu gün, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Bu gün, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Bu gün, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Bu gün, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Bu gün, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Bu gün, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Bu gün, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Bu gün, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Bu gün, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Bu gün, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Bu gün, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Bu gün, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Bu gün, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Bu gün, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Bu gün, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Bu gün, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Bu gün, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Bu gün, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Bu gün, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Bu gün, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Bu gün, 09:57
“Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər
Bu gün, 09:56
Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL
Bu gün, 09:55
Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq
Bu gün, 09:52
Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
Bu gün, 09:50
Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? - Gözləntilər...
Bu gün, 09:48
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46
Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib
Bu gün, 09:45
"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Bu gün, 09:44
Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
Bu gün, 09:42
Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib
Bu gün, 09:41
Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA
Bu gün, 09:40
Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?
Bu gün, 09:38
Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Bu gün, 09:37
İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir - Ruslan Auşev
Dünən, 18:24
“Yoluxucu xəstəliyi olan müəllimlər 20 manata sağlamlıq arayışı alırlar” - Ekspert
Dünən, 18:21
Məzahir Pənahov Moldovaya gedib
Dünən, 18:19
Azərbaycanda listinq qaydaları yenilənib
Dünən, 17:59
Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”
Dünən, 17:57
"Atam Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləndən sonra vəziyyəti düzəlməyə başlayıb"
Dünən, 17:56
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu - Belə deyirlər...
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru