“Batka”dan Bakıya mükəmməl jest .....                     “Yaxşı ki, varımsan” dinləyicilərin ixtiyarında... .....                     “Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq” .....                     Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq .....                     “Rəhim Rəhimli, yoxsa Üzeyir Mehdizadə...” sualına Günelin cavabı .....                     Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər .....                     Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırıb .....                     "Sevgisiz həyat çox çətindir" .....                     Göygöldə ferma yanıb .....                     Güləşçi Şamil Zubairov ermənini məğlub edərək sonda dünya çempionu olub .....                     Bu gün dollar neçəyədir? .....                     Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək .....                     Salyanda iki uşaq atası intihar edib .....                     Qaradağ Rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar .....                     Piyadaların sürücülərin hərəkətinə mane olduğunu desəm, yəqin ki, yanılmaram .....                     Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb .....                     “Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“ .....                     Gəncədə 17 yaşlı qız itkin düşdü .....                     Azərbaycanda oğlanlardan rüsvayçı hərəkət: kollektiv şəkildə... .....                     Daha bir 160 saylı avtobus dəmir yolunda qəzadan son anda qurtulub .....                     Türkiyəli millət vəkili vəfat etdi .....                     Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb .....                     "Kamranın zədəsinin nə dərəcədə ciddi olması haqqına məlumatsızam" .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edib .....                     Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular .....                     ABŞ ordusunda ciddi problemlər var .....                     ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb .....                     Rusiya ilə böyük müharibə başlayacaq .....                     "“Ekspressbank”ın saxta müqaviləyə əsasən..." .....                     ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf .....                     Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır .....                     Alman kəşfiyyatının rəhbərliyinə türk gətirilir? .....                     Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı .....                     "FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var" .....                     "Cəmi 3 gün vaxtımız qalıb" .....                     Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu .....                     Belarusdan Paşinyana sərt cavab: .....                     Azərbayacana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı .....                     Bakıda məşhur “avtoş” öldürüldü .....                     Qırğızıstanda prokuror qətlə yetirilib .....                 

Məhkəmə hakimindən prezidentə şikayət olundu... - Müraciət
Tarix: 1-11-2018, 09:13 | Çap et
Məhkəmə hakimindən prezidentə şikayət olundu...
Rubrika.Az saytında 8 oktyabr 2018-ci il tarixində Maşallah Bayramov və Cəmil Ələkbərovun müraciəti əsasında “Həkimlə hakimin iş birliyi” başlıqlı yazı dərc olunmuşdu. Bir daha xatırladaq ki, şikayət məktubunda C. Ələkbərov bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını, bunun faktlarla tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmənin işi birtərəfli apardığını, onu aldadan şəxsləri müdafiə etdiyini bildirir.
C. Ələkbərov bildirir ki, “Bakı Medikal Plaza” Klinikası baş həkiminin sabiq müavini Qasımov Feyzulla və onun oğlu-qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən Rafael Qasımov əvvəlcədən əlbir olaraq onu və atasını vakansiya elan olunan yüksək vəzifələrə işə düzəltmək adı ilə aldadaraq 50 min dollar pulu öz kabinetlərində ondan alıblar. Feyzulla Qasımov zərərçəkənlərin etimadını qazanmaq üçün “əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək onları aldadaraq əvvəlcədən planlaşdırılmış ssenari üzrə pullarını almışdır. Daha sonra zərərçəkənlər filmlərdə olduğu kimi növbəti aldatma səhnəsi ilə üz-üzə qalıblar. Özünü Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi Gülmirzə Poladov kimi təqdim edən şəxs Hüseyn Ələkbərova (C.Ələkbərovun atası) dəfələrlə zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda onları qəbul edəcəyini bildirib. F. Qasımov dəfələrlə onları nazirin qəbulu adı ilə Səhiyyə Nazirliyinə göndərib, lakin zərərçəkənlər saatlarla orda gözləməli olsalar da , sonra “nazirin qonağı var ,qəbul qaldı başqa vaxta” bəhanəsi ilə əliboş geri dönməli olublar. Lakin Gülmirzə Poladovun zəngləri və qurulan tamaşa nəticəsiz qalmayıb- zərərçəkənlər inanaraq 50 min dolları F. Qasımova veriblər. Pulu aldıqdan sonra G. Poladovdan zənglərin kəsildiyini görən zərərçəkənlər şübhələniblər və məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyinə gediblər. Bu zaman aydın olub ki, əslində onlara zəng edən heç G. Mirzəyev deyilmiş. “G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adı ilə zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.”
Zərərçəkənlərin şikayəti əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlara qarşı heç bir tədbir görülməmiş, onlar azadlıqda qalmağa davam ediblər. Heç bir tədbir görülmədiyi üçün bu dəfə C. Ələkbərov Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib, 2 dəfə özünün, müavinlərinin qəbulunda olub. Nəticədə iş Xətai RPİ-dən alınaraq Bakı şəhəri Baş Polis İdarəsinə verilib. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirib və Feyzulla Qasımov həbs olunub. İşin ssenari üzrə getmədiyini görən dəstənin başqa bir üzvü prosesə qoşulub. “Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. Məhəmməd İmanlı Bakı Şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı iltizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı.”-deyə C. Ələkbərov bildirir.
F. Qasımov ev dustaqlığına çıxdıqdan sonra pulu ödəməkdən qəti şəkildə imtina edir. Məhəmməd İmanlı isə bildirib ki, “Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.” Şikayətçilər bildirir ki, ibtidai istintaq zamanı işin məhkəməyə getməməsi, həmçinin Feyzulla Qasımovun guya adına xələl gəlməməsi üçün onlara F. Qasımovun kürəkəni Məhəmməd İmanlı və oğlu Qasımov Rafael tərəfindən 30000 AZN pul ve mülki qaydada borc müqaviləsi təklif olunub. Onların növbəti ssenarisinə görə bu yolla cinayət işi polis idarəsində xitam olunmalı idi. Lakin bu dəfə zərərçəkənlər növbəti tələyə düşmür və qurama borc müqaviləsini imzalamaqdan imtina edərək pulun tamamını- 57552 AZN-i tələb edir.
C. Ələkbərov bildirir ki, bu dəfə ona təzyiqlər etməyə başlayıblar: “Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullanı təmizə çıxaracağını, onların sözü ilə desək " açıb buraxacağını" dedilər.
Şikayətçilər Cəmil Ələkbərov və Maşallah Bayramov bildirir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə artıq bir ilə yaxındır ki, işə baxılsa da proses artıq demək olar ki, heç kəsə məlum olmayan səbəblərdən qəsdən uzadılır, süründürməçilik baş alıb gedir. Məhkəmə artıq yekunlaşsa da 2 aydır ki, çıxışlar mərhələsi uzadılır. Artıq dövlət ittihamçısı çıxış edərək dələduzluq faktının dəlillərlə sübuta yetirildiyini bildirərək 6 il həbs cəzası tələb edib. Lakin, məhkəmə prosesi “ötür-ötür” oyununa çevrilib, hər dəfə bir bəhanə ilə məhkəmə prosesi təxirə salınır.
“Süründürməçilik artıq bizi cana gətirib. Artıq bizdə belə qənaət yaranıb ki, Rafael Qasimovun mənə dediyi “Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq” sözləri içimizdə çox ciddi şübhələr yaradır. Çünki, dələduzluq faktı təkzibolunmaz dəlillərlə sübuta yetirilsə də məhkəmə açıq aşkar qarşı tərəfi müdafiə edir, işi qəsdən uzadır. İşin bu qədər uzadılmasının bir tərəfi də odur ki, müddət F. Qasımovun həbs müddətindən gedir. Qeyd etdiyimi kimi, hakim Cavid Hüseynovun məhkəmə prosesinə müdaxilə edə bilməsək də açıq şəkildə prosesin uzadılmasını açıq büruzə verir. Məhəmməd İmanlı prosesin belə gedişatından “ilhamlanaraq” deyir ki, məhkəmədə tamamilə bəraət alacam, hətta Cəmilə verdiyim 20 min manatı da geriyə alacam.
Onlar hər vasitə ilə şahidə təzyiq edirlər ki, öz ifadəsini dəyişsin. Şahidi dilə tutur, qorxudurlar ki, pulu F. Qasımova yox, Cavanşir adlı şəxsə verdiyini desin və bu yolla onu xilas etsinlər. Lakin, şahid faktı təkzib etmir və ifadəsini dəyişmir”-deyə şikayətçilər bildirirlər.
Redaksiyamıza zərərçəkənlər tərəfindən təqdim edilən səs yazısında Məhəmməd İmanlının şahidi dilə tutması öz əksini tapıb. Səs yazısında M.İmanlı şahidə bildirir ki, F.Qasımovu xilas etmək üçün o, pulu Cavanşirə verdiyini desin. Şahid isə bildirir ki, F. Qasımovla görüşəndə o pulların məhz ona neçə dəfəyə, harada, necə verildiyini bildirəcək. Şahid israr edir ki, “mən əsl həqiqəti F. Qasımova deyəcəyəm ki, pul sənə verilib, harada verilib, necə verilib.” Səs yazısında M. İmanlı vaxtın daraldığını, F. Qasımovun xilasının məhz şahidin ifadəsini dəyişməyində olduğunu həyacanla bildirir.
Şikayətçilər bildirir ki, onlar bu mütəşəkkil dəstənin heç də ilk qurbanları deyillər. Onların qurbanlarından biri də Vidadi Axundov olub. Onun şikayətindən sonra Rafael Qasımov Nəsimi RPŞ tərəfindən həbs olunub və dəymiş ziyanı ödəndikdən sonra ev dustaqlığına buraxılıb. Bu dəstənin daha bir qurbanı isə Dilqəm Eyvazovdur.
Qeyd edək ki, onlar digər zərərçəkən Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adı ilə 34.000 ABŞ dolları pulunu almışlar. Bu faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən bu “istintaq işi” də uzadılır.
“Biz ölkə başçısına, Birinci Vitse-prezident Mehriban xanıma, bütün hüquq-mühafizə orqanlarına müraciət edirik. Bu təhlükəli dəstəyə “dur” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Yenə də qeyd edirəm ki, özləri dedikləri kimi artıq hakimlə də “anlaşmaya getməsi” bir insan olaraq mənim də içimdə şübhələr yaradır. Əks təqdirdə nədən sübuta yetirilmiş cinayət əməli C. Hüseynov tərəfindən aylardır ki, uzadılır. Bəlkə hakmiə bu qədər dələduzluq faktı azlıq edir, o yeni qurbanların olmasını da arzulayır.
Xahiş edirik ki, məsələni nəzarətə götürəsiniz. Onların azadlıqda qalması neçə-neçə vətəndaşın növbəti “qurban” olması təhlükəsini yaradır!” deyə müraciət müəllifləri kömək istəyirlər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
Bu gün, 09:14
“Yaxşı ki, varımsan” dinləyicilərin ixtiyarında...
Bu gün, 09:08
“Mən demirəm ki, 45 milyardın hamısını gətirib Azərbaycan banklarında saxlayaq” - deputat
Bu gün, 09:06
Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq
Bu gün, 09:04
“Rəhim Rəhimli, yoxsa Üzeyir Mehdizadə...” sualına Günelin cavabı
Bu gün, 09:03
Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər - İLGİNC
Bu gün, 09:02
Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırıb
Bu gün, 09:00
"Sevgisiz həyat çox çətindir"
Bu gün, 08:58
Göygöldə ferma yanıb
Bu gün, 08:56
Güləşçi Şamil Zubairov ermənini məğlub edərək sonda dünya çempionu olub
Bu gün, 08:55
Bu gün dollar neçəyədir?
Bu gün, 08:54
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
Bu gün, 08:53
Salyanda iki uşaq atası intihar edib
Bu gün, 08:52
Qaradağ Rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
Bu gün, 08:51
Piyadaların sürücülərin hərəkətinə mane olduğunu desəm, yəqin ki, yanılmaram - Vaqif Əsədov
Bu gün, 08:49
Netanyahu İsrailin müdafiə naziri vəzifəsinin icrasına başlayıb
Bu gün, 08:47
“Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“ - Fransalı ekspert
Dünən, 12:03
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
Dünən, 11:50
Gəncədə 17 yaşlı qız itkin düşdü
Dünən, 11:46
Azərbaycanda oğlanlardan rüsvayçı hərəkət: kollektiv şəkildə... - TƏFƏRRÜAT
Dünən, 11:45
Daha bir 160 saylı avtobus dəmir yolunda qəzadan son anda qurtulub - RƏSMİ
Dünən, 11:43
Türkiyəli millət vəkili vəfat etdi
Dünən, 11:40
Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb
Dünən, 11:36
"Kamranın zədəsinin nə dərəcədə ciddi olması haqqına məlumatsızam"
Dünən, 11:35
Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edib - FOTO
Dünən, 11:33
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular - FOTO
Dünən, 11:29
ABŞ ordusunda ciddi problemlər var
Dünən, 11:24
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb
Dünən, 11:21
Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko
Dünən, 11:17
"“Ekspressbank”ın saxta müqaviləyə əsasən..." - GİLEY
Dünən, 11:14
Rauf Məmmədovun toyu oldu
Dünən, 11:07
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
Dünən, 11:04
Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır - deputat
Dünən, 11:01
Alman kəşfiyyatının rəhbərliyinə türk gətirilir?
Dünən, 10:59
"Əlimdə imkan olsaydı Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım"
Dünən, 10:58
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Dünən, 10:56
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
Dünən, 10:55
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Dünən, 10:41
"Cəmi 3 gün vaxtımız qalıb"
Dünən, 10:38
Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu – Kürdəxanıda saxlanılır
Dünən, 10:36
Belarusdan Paşinyana sərt cavab: - “Deyəsən, bu adam...”
Dünən, 10:34
Azərbayacana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - nəzarət altında olacaq
Dünən, 10:28
Bakıda məşhur “avtoş” öldürüldü – 012 - VİDEO
Dünən, 10:25
Qırğızıstanda prokuror qətlə yetirilib
Dünən, 10:24
Türkiyə S-400-dən bu halda geri çəkilə bilər - TƏHLİL
Dünən, 10:20
"Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram" - Keçmiş başçı Abel Məhərrəmovu müdafiə etdi
Dünən, 10:19
Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı
Dünən, 10:16
"2:0 hesabı ilə öndə olduğumuz üçün risk etmək istəmirdik"
Dünən, 10:14
100 minlik rüşvət skandalı… - İTTİHAM
Dünən, 10:13
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq - 2 maddə ilə ittiham olunur
Dünən, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru