"81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər" .....                     Azərbaycanın bəzi ölkələrlə ticarət dövriyyəsi 0-a bərabərdir .....                     İsmayıllıda Azərbaycan Silahlı Qüvvələr günü qeyd olunub .....                     Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb .....                     Dilqəm Əsagərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər .....                     Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub .....                     Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! .....                     Prezident Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısını təsdiqləyib .....                     Bakıda bütün çimərliklər PULSUZDUR!!! .....                     “Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir” .....                     İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb .....                     Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib .....                     Şəhər görkəminə xələl gətirən, müəyyən olunmayan yerlərdə avtomobillərin saxlanılmasına qarşı iş aparılır .....                     Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıcılığı yarışı .....                     Azərbaycanın internet məkanına BASQI VAR! .....                     Azərbaycanın sığorta bazarı 9% kiçilib .....                     İyunun 27-nə dolların məzənnəsi .....                     Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib .....                     Hüseynbala Mirələmov kadr islahatları haqda: .....                     İyun ayında 13 nəfəri ilan sancıb .....                     Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı .....                     Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir .....                     Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq .....                     Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib .....                     Robert Koçaryan yenidən həbs edilib .....                     Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var .....                     “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb .....                     Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib .....                     Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib .....                     Deputatı İqbal Məmmədova ağır itki üz verdi .....                     Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir .....                     Dövlətin yükünü çiyinlərində çəkən adam... .....                     Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib .....                     Vəkil İradə Cavadova məhkəmədə uduzdu: .....                     “Bu, misli görünməmiş bir qanunsuzluqdur...” .....                     “Hörmətli Sahil Babayev, indi mən nə edim?” .....                     Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə .....                     “Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir” .....                     Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb .....                     Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu .....                 

“Evrascon” ASC çətin durumda - Bakıda liman tikən şirkət borc dənizində niyə batdı
Tarix: 10-10-2018, 08:56 | Çap et
“Evrascon” ASC çətin durumda
Azərbaycanın ən böyük inşaat şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin üzləşdiyi maliyyə çətinlikləri davam edir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, şirkətdə əmək haqları aylarla verilmir, yubanma 4-5 aya çatır: “Son aylarda yüzlərlə işçi ixtisara salınıb, hamıya layihələrin bitdiyi, yenilərinin olmadığı deyilir. Hətta deyirlər, bəzi layihələrdə iş yarımçıq saxlanılıb, iş şirkətdən alınıb”.

Mənbənin verdiyi məlumata görə, “Evrascon” ASC-nin Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcu yığılıb: “Xəstəlik kağızı alan işçilər üçün ödənişlər aylarla verilmir. Pensiya Fonduna müraciət edəndə deyirlər ki, şirkət aylardır ödənişləri ləngidir, ona görə də fond onun işçilərinin ödənişini vaxtında edə bilmir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran “Evrascon” ASC Direktorlar Şurasının üzvü Namiq Kərimli bildirdi ki, həqiqətən də əmək haqlarının ödənişində müəyyən çətinliklər var: “Etiraf edək ki, bu sahədə müəyyən geriləmə var. Elə bu gün işçilərin əmək haqları kartlarına köçürülüb. Ondan sonra haradasa 2 aylıq əmək haqqı borcumuz var”.

İxtisarlara gəlincə, N.Kərimli qeyd etdi ki, söhbət bir sıra başa çatmış layihələrin icrasına müvəqqəti cəlb olunmuş işçilərdən gedir: “Məsələn, Ələt dəniz limanının tikintisi başa çatdı. Ora müvəqqəti əsaslarla cəlb etdiyimiz işçilərlə müqavilələrin müddəti başa çatıb. Haradasa 2 min nəfərə yaxın adam işləyirdi orada. Bakı-Astara yolunun tikintisi də demək olar ki, yekunlaşıb. Bu layihələrdə işləyən mütəxəssisləri digər layihələrə yönləndirmişik, qalanlarla işi dayandırmışıq”.

N.Kərimlinin dediyinə görə, “Evrascon” hazırda iki dövlət əhəmiyyətli layihənin icrasına başlayıb: “Bunlardan birincisi Azərbaycan-Rusiya sərhədində DSK adlı yerdə körpünün tikintisidir. Digəri isə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 kilometrini biz inşa edirik. Hazırda bu layihələrin icrası istiqamətində ciddi iş gedir”.

DSMF-yə borcun yığılmasına gəlincə, şirkət rəsmisi bunun yanlış olduğunu qeyd etdi: “Bizim dövlət qurumlarına hər hansı borcumuz yaranan kimi hesablarımıza sərəncam qoyulur. Sosial Müdafiə Fonduna da həmçinin. Bizim bu quruma borcumuz yığılmayıb, bu, həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisi ilə bağlı işlərə 2007-ci ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınıb. Belə ki, hələ 2008-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi açıqlamada limanın birinci mərhələsinin 2008-2011-ci, ikinci mərhələnin 2011-2013-cü, üçüncü mərhələnin isə 2013-2015-ci illəri əhatə edəcəyi, tikinti işlərinə bütövlükdə təqribən 400 milyon ABŞ dolları sərf olunacağı bildirilmişdi. Liman kompleksi akvatoriyasında dibdərinləşdirmə işləri istisna olmaqla, bütün işlər “Evrascon” ASC-yə həvalə olunub. Lakin işlər ciddi şəkildə yubanıb, ona çəkiləcək xərclər də artıb. 2008-ci ildə elan edilən 400 milyon dollar (təxminən 300-320 milyon manat) 2012-ci ildə 870 milyon manata çatıb. ASC-nin İdarə Heyətinin sədri Manaf Şirinov özü də Ələt Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. O, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında bildirib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə sərf olunacaq 50 milyon manatı ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. Bu üzdən də ASC layihə üzrə işləri davam etdirmək üçün dollar və avro ilə kreditlər götürüb.

2017-ci ilin yanvarında hökumət müşavirəsindəki çıxışında ölkə prezidenti İlham Əliyev Ələt limanının tikintisindəki yubanmanı kəskin tənqid edib. Bildirib ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb: “Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda, özlərindən küssünlər”.

Prezidentin çıxışından sonra Ələt limanının tikintisinə nəzarət Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib və bundan sonra işlər sürətləndirilib.

Qeyd edək ki, “Evrascon” ASC-nin baş nazirin sabiq müavini Abid Şərifova bağlı olduğuna dair mətbuatda çoxsaylı məlumatlar yer alıb. Hətta A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızının “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisi olduğu deyilir. A.Şərifovun vəzifədən uzaqlaşdırılması ilə şirkətin vəziyyətinin də pisləşdiyinə dair informasiyalar dolaşmaqdadır. Hətta bu ilin iyulunda şirkətin İdarə Heyətinin sədri Manaf Şirinov prokurorluq orqanları tərəfindən həbs edilib. Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda həbsin qum-çınqıl yataqlarından qanunsuz istifadə, qanunsuz sahibkarlıq və sairlə bağlı olduğu qeyd edilib. Əldə etdiyimiz məlumata görə, M.Şirinov qısa müddətdən sonra həbsdən azad olunub, hazırda “Evrascon” ASC-dəki işinin başındadır.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər" - deputat
Bu gün, 18:14
"Rəhim Rəhimlidən elə hərəkət gözləmirik" - QALMAQAL
Bu gün, 18:00
Azərbaycanın bəzi ölkələrlə ticarət dövriyyəsi 0-a bərabərdir
Bu gün, 17:57
İsmayıllıda Azərbaycan Silahlı Qüvvələr günü qeyd olunub
Bu gün, 17:51
Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
Bu gün, 17:49
Dilqəm Əsagərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər – QƏTNAMƏ İMZALANDI
Bu gün, 17:48
Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub - VİDEO
Bu gün, 17:45
Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!
Bu gün, 17:43
Prezident Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısını təsdiqləyib - FƏRMAN
Bu gün, 17:40
Bakıda bütün çimərliklər PULSUZDUR!!! - RƏSMİ
Bu gün, 17:38
“Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir” - Ufuk Aydın
Bu gün, 17:36
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:31
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO
Bu gün, 17:27
Şəhər görkəminə xələl gətirən, müəyyən olunmayan yerlərdə avtomobillərin saxlanılmasına qarşı iş aparılır - BŞBPİ
Bu gün, 17:20
Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıcılığı yarışı - İsmayıllıda
Bu gün, 17:19
Azərbaycanın internet məkanına BASQI VAR! - Yenə də ermənilər...
Bu gün, 17:17
Azərbaycanın sığorta bazarı 9% kiçilib
Bu gün, 17:09
İyunun 27-nə dolların məzənnəsi
Bu gün, 17:06
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
Bu gün, 17:00
Hüseynbala Mirələmov kadr islahatları haqda: - “O, prinsipial şəxsdir”
Bu gün, 16:57
İyun ayında 13 nəfəri ilan sancıb
Bu gün, 16:54
Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı
Bu gün, 16:50
Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir
Bu gün, 16:40
Ayağımın altını qazırlar — Müğənni Günel
Bu gün, 16:38
Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq
Bu gün, 16:33
Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib
Bu gün, 16:26
Robert Koçaryan yenidən həbs edilib
Bu gün, 16:19
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var - ARAŞDIRMA
Bu gün, 16:18
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
Bu gün, 16:15
Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib -FOTOFAKT
Bu gün, 16:14
Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib
Bu gün, 16:09
Deputatı İqbal Məmmədova ağır itki üz verdi
Bu gün, 16:08
Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir
Bu gün, 16:06
Dövlətin yükünü çiyinlərində çəkən adam... - Ramil Usubovun gediş(yenidən gəliş)inə sözardı
Bu gün, 16:02
Şəfiqə Məmmədovaya yeni vəzifə verildi
Bu gün, 15:50
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib
Bu gün, 15:45
Vəkil İradə Cavadova məhkəmədə uduzdu: - müdafiə etdiyi qadın ondan şikayətçidir
Bu gün, 15:43
“Bu, misli görünməmiş bir qanunsuzluqdur...” - Nazirlik rəsmilərinə qarşı RÜŞVƏT İTTİHAMI
Bu gün, 15:36
“Hörmətli Sahil Babayev, indi mən nə edim?” - Müraciət
Bu gün, 15:33
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
Bu gün, 15:28
“Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir” - Əli Əhmədov
Bu gün, 15:20
Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb
Bu gün, 15:13
Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu
Bu gün, 15:09
Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır - Nazirlik
Bu gün, 15:05
“15 min verib deyirsən ki, gəl toyumu korla” – Əməkdar artist
Bu gün, 15:03
Gürcüstan parlamentinin yeni sədri seçilib
Bu gün, 14:59
Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb
Bu gün, 14:58
"Atam BDU-nu özünün birinci evi hesab edirdi" - Şirməmməd Hüseynovun qızı
Bu gün, 13:14
"Bilirdim bu şou-biznes etibarsız adamlarla doludur" - Borcunu qaytarmadılar
Bu gün, 13:07
Ramiz Mehdiyev vida mərasimində - FOTO
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru