Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq .....                     Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib .....                     “Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub” .....                     Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ .....                     AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib .....                     Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib .....                     AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub .....                     Yol polisi bütün qüvvələri səfərbər edəcək .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb .....                     Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     BP dənizdəki neftçiləri təxliyə etməyəcək .....                     Paytaxta gətirilən yeni zibil qutusu yandı .....                     "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" .....                     Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi .....                     “20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib .....                     Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır .....                     Tanınmış jurnalistə vəzifə verildi .....                     "Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb .....                     Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib .....                     Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq .....                     “Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir” .....                     ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı .....                     Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının işində "Hacı Vasif" ifadə verdi .....                     “Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun” .....                     Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında .....                     AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi .....                     İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir? .....                     "2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr üçün çox müsbət olub" .....                     BDU-da imtahanların vaxtı dəyişdirilib .....                     “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir” .....                     “Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” .....                     Azərbaycanda dərslər 2 günlük dayandırıldı .....                     Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb .....                     Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib .....                     “Bizim həyət” layihəsi Sabunçu rayonunda icra olunur .....                     Sosialist Əməyi Qəhrəmanının yaxın qohumunu öldürən kimdir? .....                     Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir .....                     İsrail idmançılarının Malayziyadakı yarışlarda iştirakına qadağa qoyulub .....                     Vladimir Putinə sui-qəsd cəhdi olub .....                 

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Tarix: 11-05-2018, 08:21 | Çap et
Gömrükçü general ev dustağı edildi
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyə uzanan cinayət işi davam edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər DGK vəzifəlilərinə də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.

İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır.

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.

Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalana çıxarmağa çalışıb: “Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovadır.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus “Elit” aptekdə də satıldığı məlum olub. Bu haqda “Azpolitika.info” maraqlı xəbər yayıb. Sayt yazır ki, deputat Elmira Axundova “Elit” aptekin reklamı ilə də məşğuldur.

Qeyd edək ki, “Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni “Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: “Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən “www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir". Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə “Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: “Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman ”Elit" aptekdə 15 manatadırsa, “AVİS” aptekdə 25 manatadır. Doğrudur, “AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar".

Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də diqqət çəkir. Sitat: “Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə ”Elit" aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?"

DTX-in məlum əməliyyatına qədər də “Elit” apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb...

DTX-nin əməliyyat keçirdiyi “Elit” şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində “Elit” apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun “Çardaq” adlı qəlyanxanası yerləşir.

Məsələ ilə bağlı deputat Elmir Axundova ilə əlaqə saxladıq. Özünü deputatın köməkçisi kimi təqdim edən şəxs bildirdi ki, deputat iclasdadır. Sonrakı zəngimizə də oxşar cavab verən köməkçi deputatın redaksiyamızla əlaqə saxlayacağını söylədi. Amma deputat günün sonuna qədər redaksiyamızla əlaqə saxlamadı.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq - Nazirlik
Bu gün, 18:30
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Bu gün, 18:26
“Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”
Bu gün, 18:12
Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ
Bu gün, 18:09
Azərbaycanlı aparıcının da əməliyyatı canlı yayımlanıb - Süd vəzisini kiçildir
Bu gün, 18:04
AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib
Bu gün, 17:51
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
Bu gün, 17:49
AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub
Bu gün, 17:41
Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə
Bu gün, 17:39
Təranə Səmədova qadın koloniyasına köçürüldü
Bu gün, 17:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Bu gün, 17:27
Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi
Bu gün, 17:20
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:18
BP dənizdəki neftçiləri təxliyə etməyəcək - İş dayandırılmayacaq
Bu gün, 17:11
Paytaxta gətirilən yeni zibil qutusu yandı
Bu gün, 17:09
"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat
Bu gün, 17:03
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
Bu gün, 16:59
“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Bu gün, 16:50
Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır - Əflatun Amaşov
Bu gün, 16:45
Tanınmış jurnalistə vəzifə verildi
Bu gün, 16:35
"Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb
Bu gün, 16:30
Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib
Bu gün, 16:17
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz”
Bu gün, 16:16
“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir”
Bu gün, 16:11
ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı
Bu gün, 15:58
Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının işində "Hacı Vasif" ifadə verdi
Bu gün, 15:54
“Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun” - ETSN-in sözçüsü
Bu gün, 15:51
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
Bu gün, 15:47
“Sağ qalmalı, onları öldürməli...” - Aysel serialdan getdi
Bu gün, 15:38
AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi
Bu gün, 15:33
İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir? - İDDİA
Bu gün, 15:28
"2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr üçün çox müsbət olub"
Bu gün, 15:21
BDU-da imtahanların vaxtı dəyişdirilib
Bu gün, 15:20
“İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir” - General
Bu gün, 15:17
“Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” - Azərbaycan Prezidenti
Bu gün, 15:16
Məşhurlar etiraz etdi: - “Əsəblərimizlə oynamayın”
Bu gün, 15:12
Azərbaycanda dərslər 2 günlük dayandırıldı - ƏMR
Bu gün, 15:09
Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb
Bu gün, 15:07
Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Bu gün, 15:04
“Bizim həyət” layihəsi Sabunçu rayonunda icra olunur - FOTO
Bu gün, 13:53
Sosialist Əməyi Qəhrəmanının yaxın qohumunu öldürən kimdir? - Təfərrüat
Bu gün, 13:46
Natavanın oxuduğu mahnı Eldar Mansurovdan oğurlanıb? — MÜQAYİSƏLİ VİDEO
Bu gün, 13:41
Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir
Bu gün, 13:37
İsrail idmançılarının Malayziyadakı yarışlarda iştirakına qadağa qoyulub
Bu gün, 13:22
Vladimir Putinə sui-qəsd cəhdi olub
Bu gün, 13:15
Azərbaycanlı rəqqasənin səhnədə büstqalteri açıldı
Bu gün, 13:07
ABŞ qarşıdakı iki ildə neft hasilatını 11% artıracaq
Bu gün, 12:58
“Səni nə məcbur edir ki, bu tribunadan Azərbaycanın tezislərini təkrarlayasan?...” - ERMƏNİSTAN PARLAMENTDƏ QARŞIDURMA,+VİDEO
Bu gün, 12:43
Adnan Oktarın əsas “kedicik”lərindən biri ifadə verdi
Bu gün, 12:41
Qafqaz Müsəlmanları İdarəsi 20 yanvar faciəsinin ildönümü münasibətilə bəyanat yayıb
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru