Bu nazir postu ilə vidalaşır .....                     İrəvanda terror hücumunun qarşısı alınıb .....                     "Çox istərdim ki, Türkiyə universitetləri..." .....                     Yeni baş nazir hansı müavinlərlə işləyəcək? .....                     Novruz Məmmədov Azərbaycanın Baş naziri təyin edilib .....                     Yeni gənclər və idman naziri kim olacaq? .....                     Türkiyə məhv edilən terrorçuların sayını açıqladı .....                     Şərəfli xidmət yolu .....                     Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb .....                     "Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq" .....                     Siyavuş Novruzov yeni baş naziri .....                     Saakaşvilidən Sərkisyana: .....                     Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib .....                     Sabah gözlənilən hava şəraiti açıqlanıb .....                     "Bundan sonra başqa formada işləməyə başlayacağam" .....                     Parlament yeni baş naziri təsdiqlədi .....                     Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb .....                     Milli Məclisin sədri Prezident İlham Əliyevə fəaliyyətində .....                     Səttar Möhbalıyevə ağır itki .....                     Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb .....                     Novruz Məmmədov Milli Məclisə gəldi .....                     Paşinyan etirazçılara müraciət etdi: .....                     Sabunçuda maskalı şəxslər evə basqın edib .....                     Azərbaycan neftinin qiyməti 75 dollara düşüb .....                     Bakı meri Azad Rəhimov olacaq .....                     Türkiyə və Azərbaycan müxalifətinin fərqi .....                     Putin Avropaya gedir .....                     Tovuzda BÖYÜK KORRUPSİYA .....                     Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir? .....                     AŞPA-nın yaz sessiyasında Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə olunacaq .....                     Hazırda vəzifə başında olan nazirlərimizin neçə yaşı var? .....                     Azərbaycanın yeni baş naziri bəlli oldu .....                     Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin .....                     Türkiyənin qərarının ardınca Jirinovskidən təklif .....                     Ermənistanı “rəngləyən” hansı qüvvədir .....                     “Zorlanan qız oğlanla restorana gedər?” .....                     Sərkisyanın qazandığı sülh “təcrübəsi” .....                     “Mənzil varsa, onun alqı-satqısı da var” .....                     Dövlət Departamenti Rusiya, İran və Çini `qeyri-sabitlik ölkələri` adlandırıb .....                     "Əməkdar müəllim"in şikayəti əsasında məhkəmə başlayıb .....                 

Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət - Keçmiş deputat yazır
Tarix: 16-04-2018, 17:18 | Çap et
Astan Şahverdiyevin vəfatından sonra yaşadığım dəhşət
Dünən feysbukda mərhum millət vəkili Astan Şahverdiyevin vəfatı xəbəri ilə bağlı bir status paylaşdım. Üzüntümü ifadə etməyə çalışdım. Deputat haqqında bildiklərimi, eşitdiklərimi yazdım. Azərbaycan ictimaiyyətinin onu yanlış tərəfdən tanıdığını izah etmək istədim. Ki, Astan müəllim əslində bu xalqa, onun dəyərlərinə nifrət edən, xalqa yuxarıdan aşağı baxan bir insan deyildi. Xalq adamıydı, sadə, hətta sadəlövh adamıydı. O qədər sadəlövh ki, auditoriya qarşısında deməli olduğunu deyil, deməməli olduğunu dilə gətirdi və həm də siyasət meydanı sayılan parlamentdə nə qədər piyada olduğunu ortaya qoydu.

O məlum çıxışdan sonra klassik və onlayn media da daxil, sosial şəbəkələr xüsusi qəddarlıqla deputatın haqsız olduğunu özünə sübut etdilər. Üzr istətdilər. O da həqiqətən peşman olduğunu etiraf etdi, çünki dilə gətirdiyi o məlum ifadələr onu ifadə eləmirdi...

Astan müəllim yaxşı ziyalı, elmdə uğurları olan alim, şəxsi həyatında isə bədbəxt bir adam idi: oğlu gənc yaşında faciəvi şəkildə dünyasını dəyişib, qızının ailəsi dağılıb, yoldaşı onkoloji xəstədir, Allah uzaq eləsin, bəlkə o qadının da ömründən sayılı günlər qalıb...

Əslində, o paylaşımım insanlara Astan müəllimin hələ torpağa qoyulmayan nəşindən yenicə ayrılmış ruhunu narahat etməmək üçün bir çağırış idi. Amma…

O statusa hansı şərhlər yazıldı, ölünün ünvanına nələr deyildi, normal əxlaq və mənəviyyatdan, mental dəyərlərdən, dini inanclardan uzaq hansı sözlər işlədildi, təkrar etmək deyil, xatırlamaq belə istəmirəm.

Məni narahat edən bilirsiz nədir? Adamın işlətdiyi məlum ifadəni qeyri-etik, qeyri-sağlam təfəkkür məhsulu sayıb da özləri söyüş söyənlər... Bu ölkədə nə zamandan söyüş söymək, təhqir etmək, insanları aşağılamaq, dəyərləri baltalamaq "dəyər"ə çevrildi?

Astan müəllim səhv eləmişdi, cavabını da artıqlamasıyla almışdı. Bir insana səhvini etiraf etdirmək və üzr istətdirmək - toplum üçün böyük nailiyyətdir. Sevindirici nəticədir. Demək ki, bu ölkədə İctimai Rəy böyük bir Gücdür, Avtoritetdir, Nüfuzdur. Hətta Milli Məclisin deputatı da onunla hesablaşır, ona məğlub olur, ağ bayraq qaldırır, bağışlanmaq, əfv olunmaq üçün təvəqqe edir...

Amma bəziləri neylədi? O Gücü, o Enerjini darmadağın etdi. Göstərdi ki, İctimai Rəyi vecinizə də almayın, nə edirsiz, əcəb edirsiz, biz söyülməyə, təhqir edilməyə, aşağılanmağa layiqik. Çünki özümüz də söyüş söyənik, təhqir edənik, aşağıdan da aşağıdayıq. Söyün və heç əziyyət çəkib üzr də istəməyin.

Çox təəssüflər olsun ki, günün reallığı, gündən görünən budur. Böyüklük göstərməyən, bağışlamağı bacarmayan toplum uzaq hədəflərə yön ala bilməz. İnamsız, ideyasız, işıqsız, bivec cəmiyyət dəyərləri uğrunda mövqe ortaya qoya bilməz!

Müşahidə edirəm, həqiqətən üzülürəm - Astan müəllimin tərcümeyi-halını oxuyub təəccüblə sual yağdıranlara...



Bəli, deputat Astan Şahverdiyevin zəngin tərcümeyi-halı var. Dediyim kimi, yaxşı alim olub. Böyük elmi araşdırmaların, ixtiraların müəllifidir. Professordur. Elmi titulları həddən ziyadədir. Amma bu, o demək deyil ki, siyasətdə də “nömrə 1” olmalıydı. Olmaya da bilər. Onlarla belə nümunələr var, həm dünyada, həm ölkəmizdə. "Siyasətçi deyildisə, parlamentdə nə işi vardı" deyənlər, parlament, adından da göründüyü kimi, "danışmaq yeri"di, siyasət meydanıdı, amma həm də orada siyasətdən uzaq olanlar, məsələn, iqtisadçılar, idmançılar, müğənnilər, alimlər də təmsil oluna bilər. Çünki qanunda "siyasətçi olmayanın parlamentdə yeri yoxdu" deyə müddəa yoxdur.

Elm və Təhsil Komitəsində əminəm ki, Astan müəllim lazımlı, təcrübəli, hətta əvəzsiz üzv idi...

Həm də üstündən xeyli zaman keçmişdi qəbul etmədiyimiz sözün. Söz yiyəsi o sözü çoxdan geri götürmüşdü. Onun ölümü niyə məhz o sözü yada salmalı idi?

Axtarış verin, haqqında çıxanları oxuyun: açıqlamaları var, Qarabağla, ölkənin taleyüklü məsələləri ilə bağlı hamımızın düşündüyü, narahat olduğu məsələlərə bir xalq adamı, ziyalı kimi yanaşmaları var… Bir seçicisinin ondan narazı olduğu haqda xəbər çıxmadı qarşıma; bir seçicisinin, doğmasının malını-mülkünü əlindən aldığını görmədik; deputat səlahiyyətindən istifadə edib, imarətləri, villaları yanaşı qoyduğu haqda da heç nə yoxdur…

Astan Şahverdiyevin üzünə, geyiminə, həyat tərzinə baxın: axı, bu adam doğrudan da bizim birimizdir, nəinki özü, hətta xanımına da istənilən vaxt zəng edib, danışdırmaq, söz almaq, söz demək imkanınız olandır.

Görünür, cəmiyyət “əl çatanını” söyməyə, döyməyə, onun bütün elədiklərini bir anda unutmağa, bir sözündən yapışıb, qiyamətə qədər deyinməyə meyillidir. Bəlkə, elə ona görə içimizdən çıxanlar az keçmədən əlçatmaz olur?

Bir düşünün: bəlkə, onları biz məcbur edirik, biz təhrik edirik ki, rahat olmaları üçün bizimkimilərdən uzaqlaşsınlar?

Biz bu cəmiyyəti hara daşımaq istəyirik, nəyə nail olmağı hədəfləmişik?

Nifrət edə-edə Yol gedilməz, söyə-söyə Ömür yaşanmaz!

Yolunuzu düzgün seçin, Ömrünüzü cəhənnəmə döndərməyin…
Aynur CAMALQIZI







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu nazir postu ilə vidalaşır - İDDİA
Bu gün, 15:08
İrəvanda terror hücumunun qarşısı alınıb
Bu gün, 15:02
"Çox istərdim ki, Türkiyə universitetləri..." - Sona Vəliyeva
Bu gün, 14:58
Yeni baş nazir hansı müavinlərlə işləyəcək?
Bu gün, 14:55
Novruz Məmmədov Azərbaycanın Baş naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:52
Yeni gənclər və idman naziri kim olacaq? - İKİ ŞANSLI NAMİZƏD
Bu gün, 14:50
Türkiyə məhv edilən terrorçuların sayını açıqladı
Bu gün, 14:48
Şərəfli xidmət yolu
Bu gün, 14:44
Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb
Bu gün, 14:42
"Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq" - Baş nazir
Bu gün, 12:34
Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ
Bu gün, 12:33
Saakaşvilidən Sərkisyana: - Moskvanı az imitasiya et
Bu gün, 12:31
Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Bu gün, 12:27
Sabah gözlənilən hava şəraiti açıqlanıb - Belə deyirlər...
Bu gün, 12:22
"Bundan sonra başqa formada işləməyə başlayacağam" - Azərbaycanın yeni baş naziri
Bu gün, 12:21
Parlament yeni baş naziri təsdiqlədi - Canlı yayım
Bu gün, 12:16
Azərbaycanda baş nazirliyə namizəd Yaşar Nuri ilə eyni filmə çəkilibmiş - VİDEO
Bu gün, 12:13
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Bu gün, 12:10
Milli Məclisin sədri Prezident İlham Əliyevə fəaliyyətində uğurlar arzulayıb
Bu gün, 12:10
Səttar Möhbalıyevə ağır itki
Bu gün, 12:05
Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Bu gün, 12:01
Novruz Məmmədov Milli Məclisə gəldi
Bu gün, 11:59
Paşinyan etirazçılara müraciət etdi: - Həbs olunsam, siz...
Bu gün, 11:45
Müşfiq Vasifə “Matışka” dedi - Efirdə biabırçılıq
Bu gün, 11:42
Sabunçuda maskalı şəxslər evə basqın edib
Bu gün, 11:38
Azərbaycan neftinin qiyməti 75 dollara düşüb
Bu gün, 11:33
Bakı meri Azad Rəhimov olacaq - İDDİA
Bu gün, 11:28
Türkiyə və Azərbaycan müxalifətinin fərqi - TƏHLİL
Bu gün, 11:23
Putin Avropaya gedir
Bu gün, 11:18
Tovuzda BÖYÜK KORRUPSİYA - İTTİHAM
Bu gün, 11:16
Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir? - İLGİNC
Bu gün, 11:14
AŞPA-nın yaz sessiyasında Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə olunacaq
Bu gün, 11:09
Hazırda vəzifə başında olan nazirlərimizin neçə yaşı var? - SİYAHI
Bu gün, 11:07
Azərbaycanın yeni baş naziri bəlli oldu - AÇIQLAMA
Bu gün, 11:04
Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİ
Bu gün, 11:02
Türkiyənin qərarının ardınca Jirinovskidən təklif
Bu gün, 10:55
Ermənistanı “rəngləyən” hansı qüvvədir
Bu gün, 10:50
“Kişilər mənə deyir “bomba” kimisən” - AZƏRBAYCANLI AKTRİSA
Bu gün, 10:41
“Zorlanan qız oğlanla restorana gedər?” - Falçı qalmaqalı böyüyür
Bu gün, 10:38
Sərkisyanın qazandığı sülh “təcrübəsi” - o, sülhü yox, müharibəni yaxınlaşdırır
Bu gün, 10:34
“Mənzil varsa, onun alqı-satqısı da var”
Bu gün, 10:31
Dövlət Departamenti Rusiya, İran və Çini `qeyri-sabitlik ölkələri` adlandırıb
Bu gün, 10:24
"Əməkdar müəllim"in şikayəti əsasında məhkəmə başlayıb
Bu gün, 10:22
Dünyada “ticarət müharibəsi” səngimir: uduzan kim olacaq... - TƏHLİL
Bu gün, 10:19
ABBA qrupu yenidən bir araya gələcək
Bu gün, 10:17
Bakıda daha bir xəstəxanada YANĞIN
Bu gün, 10:15
“Azərsu” rəhbəri 13 ilin hesabatını verdi
Bu gün, 10:12
Rusiyanın kabusu Aralıq dənizinə gəldi
Bu gün, 10:10
Hacıbala Abutalıbov istefa verdi? – Meriyadan açıqlama
Bu gün, 10:10
Bakıda 200 min manatlıq dələduzluq edən şəxs apellyasiya şikayəti verib
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru