Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir .....                     Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər .....                     "AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib .....                     “Azərişıq”da yeni direktor təyinatı .....                     Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar .....                     Şəhid ailəsi narazılıq edir .....                     Astarada oğurluq faktı .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     “Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək .....                     Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar .....                     ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb .....                     Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ .....                     Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? .....                     2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir .....                     Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı .....                     Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı .....                     Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək .....                     Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib .....                     Vəkil 15 nəfərə qarşı dələduzluq etdi .....                     “Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” .....                     Elvindən yeni klip: "Bir siqara yak abi" .....                     Rüstəm Orucov Çində finala çıxıb .....                     Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi .....                     Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü .....                     Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb .....                     Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə .....                     Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır .....                     Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib .....                     “Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... .....                     Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır .....                     AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq .....                     Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar .....                     Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir .....                     Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb .....                     Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı .....                     Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək .....                     Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb .....                     “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır .....                     Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb .....                     Nazir struktur islahatı apardı .....                 

Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ START GÖTÜRƏCƏK
Tarix: 10-03-2018, 09:33 | Çap et
Fazil Məmmədovun adamlarına qarşı yeni mərhələ
Sabiq vergilər naziri Fazil Məmmədovun və onun komandasında təmsil olunmuş vergi məmurlarının taleyi bu ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra həll ediləcək.

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, hazırda Fazil Məmmədov və onun komanda üzvlərinə qarşı müşahidə edilən hərəkətsizlik əslində “tufanqabağı sakitlik”dən başqa bir şey deyil. Fazil Məmmədovun rüşvətxor, koorrupsioner kadrlarının siyahıları hazırdır. Onların sahibkarlara qarşı qanunsuz hərəkətləri ilə bağlı çoxlu dosyelər tutulub. Bildirilir ki, bəzi vergi məmurları onlarla bağlı gizli bir prosesin aparılmasından xəbərdardırlar. Odur ki, vəzifədə olarkən qan uddurduqları, böyük rüşvətlər aldıqları sahibkarlarla münasibətlərini düzəltməyə çalışırlar. İstəkləri də budur ki, istintaq orqanlarına çağırılan sahibkarlar onların qanunsuz əməlləri haqda məlumat verməsinlər. Bunun əvəzində sahibkarlara əvvəllər onlardan rüşvət olaraq alınan pullar geri qaytarılır.

Gələn məlumatlar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm səngimiş kimi görünür. Əslində isə proses davam edir. Fazil Məmmədovun ölkə daxilindəki aşkar və gizli olan bütün əmlakları siyahıya alınıb. Onun sahibkarlardan taladığı və xaricə çıxara bildiyi milyardların geri qaytarılması üçün də çox ciddi işlər görülür. Sabiq nazirin gizlədə bildiyi, ilkin qeydiyyatdan keçirib çıxarış almadığı obyektlərin isə axtarışları davam edir. Belə məlumat var ki, hələ 2015-ci ilin oktyabrında Eldar Mahmudov “vurulan” günlərdə Fazil Məmmədov çamadanlarını yığıb gözləmə mövqeyində dayanıb. Həmin dövrdə hələ bir müddət vəzifəsində qalacağını yəqinləşdirəndən sonra ehtiyatlı davranmağa başlayıb. Ətrafındakılara inamsızlıq nümayiş etdirib, aldığı mal-mülklərin ilkin qeydiyyat sənədlərini götürsə də, çıxarış alınması üçün müraciətlər etməyib. Fazil Məmmədov bunu ona görə etməyib ki, onun əmlakları ilə bağlı araşdırma aparanlar mal-mülkünün tam siyahısını müəyyən edə bilməsinlər. Yəni dövlət qurumlarına Fazil Məmmədovun, onun ətrafının adına olan əmlaklarla bağlı sorğu verilərsə, bu halda yalnız çıxarışla olan əmlaklar haqda məlumat verilir. Çıxarışsız əmlaklar isə bir növ kölgədə qalmış olur. Fazil Məmmədov bu kələyi ilə mal-mülkünü gizlətməyə çalışıb. Özü haqda fikir formalaşdırmağa çalışıb ki, nazir olaraq elə də böyük pulları qamarlamayıb. Hazırda Fazil Məmmədov qeyri-müəyyənlik içərisindədir. O, düşdüyü sıxıcı durumdan can qurtarmaq üçün günlərlə içir.

Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Fazil Məmmədovun Eldar Mahmudovla aşkar-gizli əlaqələri hələ də qalmaqdadır. Sabiq nazirlərin bir müddət əvvəl görüşmələri, bir neçə şüşə spirtli içki boşaltdıqları haqda da xəbər var.

Yada salaq ki, Eldar Mahmudov işdən çıxarıldığı günlərdə xəbər yayılmışdı ki, Fazil Məmmədovu işdən çıxarıblar. O dövrdə Vergilər Nazirliyi “Fazil Məmmədov kabinetindədir” açıqlaması verməklə onun işdən çıxarılması xəbərinə reaksiya vermişdi. Amma Fazil Məmmədovun ətrafında körükləmə işlərinin aparıldığı da bilinirdi. 2016-cı il yanvarında prezidentin keçirdiyi ilk müşavirədə məmurları sərt tənqid etməsi də bu baxımdan diqqət çəkirdi. Prezident konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid edərkən Fazil Məmmədovun adını çəkmişdi. “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır” - deyə, prezident bildirmişdi.

Prezidentin o dövrdə Vergilər Nazirliyinə yönəlik çıxışında dedikləri də yaddaşlardan silinməyib: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”...

2016-cı oktyabrında keçirilən müşavirədə isə F.Məmmədovun yarıtmaz fəaliyyəti bir daha qabardılmışdı: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Fazil Məmmədov 2017-ci ilin dekabrına qədər fəaliyyəti ilə göstərdi ki, sərt tənqidlərdən nəticə çıxarmır. Rəhbərlik etdiyi qurumun bu çıxışlardan sonrakı fəaliyyətinə nəzər saldıqda aydın olur ki, nəinki nəticə çıxarmayıb, hətta sahibkarların sıradan çıxarılmasına yönəlik addımlar daha da sistemli şəkil alıb. Belə iddialar var ki, hətta bir çox sahibkarlardan 2016-cı ildə 2017-2018-ci illərdə ödəyəcəkləri vergilər əvvəlcədən alınıb. Sanki Fazil Məmmədov pulları alıb və aradan çıxmağa hazırlaşırmışE Eldar Mahmudov “vurulandan” sonra MTN-də baş verən sahibkarla bağlı cinayətlərin bir ucunun da Vergilər Nazirliyinə uzandığı üzə çıxdı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır.

V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinirdi. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqda məlumatlar MTN-ə ötürülürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Bu şərikli “biznes”dən Fazil Məmmədovun bixəbər qalması inandırıcı da deyildi. İnandırıcı deyildi ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan milyonlar qoparmasından Fazil Məmmədov xəbərsiz olub. Artıq onun da cəzalandırılacağı gün uzaqda deyil. Sadalanalar onu deməyə əsas verir ki, Fazil Məmmədov üçün kritik dönəm sona çatmayıb, sabiq nazirlə haqq-hesab çəkiləcəyi günləri irəlidədir.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
Bu gün, 11:36
“Maşın”a görə məni toyda döyürdülər” - Sərxan
Bu gün, 11:33
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO
Bu gün, 11:28
"AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib - 6,5 MİLYONUN İZİ İLƏ
Bu gün, 11:27
Məşhur azərbaycanlı aşığın oğlu vəfat etdi
Bu gün, 11:25
“Azərişıq”da yeni direktor təyinatı
Bu gün, 11:23
Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar
Bu gün, 11:21
Şəhid ailəsi narazılıq edir - GİLEY
Bu gün, 11:17
Astarada oğurluq faktı
Bu gün, 11:15
“Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” - Emin
Bu gün, 11:12
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:05
“Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək
Bu gün, 11:03
Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar
Bu gün, 11:02
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
Bu gün, 10:51
Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”
Bu gün, 10:49
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? - TƏHLİL
Bu gün, 10:45
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda konfransda müzakirə olunur
Bu gün, 10:43
Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı
Bu gün, 10:41
Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı
Bu gün, 10:39
Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək - TƏHLİL
Bu gün, 10:36
Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
Bu gün, 10:34
Vəkil 15 nəfərə qarşı dələduzluq etdi - Məhkəmə başlayır
Bu gün, 10:32
“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” - deputat
Bu gün, 10:29
Elvindən yeni klip: "Bir siqara yak abi" - VİDEO
Bu gün, 10:27
Rüstəm Orucov Çində finala çıxıb - YENİLƏNİB
Bu gün, 10:25
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
Bu gün, 10:23
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
Bu gün, 10:22
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Bu gün, 10:21
Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə - Bakının diplomatik uğuru
Bu gün, 10:20
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
Bu gün, 10:19
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
Bu gün, 10:18
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... - İTTİHAM
Bu gün, 10:17
Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır
Bu gün, 10:15
AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq
Bu gün, 10:14
Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar - QALMAQAL
Bu gün, 10:08
Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir - TƏHLİL
Bu gün, 10:06
Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb
Bu gün, 10:04
Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı
Bu gün, 10:04
Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək
Bu gün, 10:01
Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb
Bu gün, 10:00
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır - FƏRMAN
Dünən, 18:03
"Mənə ev, maşın bağışlayıblar" - Namiq
Dünən, 18:00
Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı
Dünən, 17:47
"Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə
Dünən, 17:45
Manafla Mətanət küsülü imiş
Dünən, 17:43
"Şou-biznesdə ilk saqqallı müğənni mən olmuşam"
Dünən, 17:31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Dünən, 17:25
"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY
Dünən, 17:22
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru