Serbiya prezidentinin rəsmi qarşılanma mərasimi olub .....                     Şəhər İcra Hakimiyyəti ləğv oluna bilər?.. .....                     Kömək üçün müraciət etdi, pulu oğurlandı .....                     Məsələ araşdırılır, islahatlar olacaq .....                     İran alpinistlərindən Azərbaycana qarşı şok .....                     Hacıqabulda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb .....                     Yərmuk tamamilə Suriya Ordusunun nəzarətinə keçib .....                     "6 nəfər ailə üzvümlə 34 kvadratmetr evdə yaşayıram" .....                     "Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi" .....                     39 yaşlı mikroavtobus sürücüsü qəflətən öldü .....                     Universitet tələbəsi psixoloji problemlər səbəbindən intihar edib .....                     Cəlilabadda poçtu yardılar... .....                     Bakıda bankı yarmaq istəyən .....                     Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub .....                     "İşsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurlar əldə edilib" .....                     “Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…” .....                     Azərbaycanda sosiskanın içərisindən qurd çıxdı .....                     Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 100 mln. manat .....                     Soyğunçuluq etməkdə şübhəli bilinənlər “isti izlər”lə saxlanılıblar .....                     Bakıda bankdan oğurluğa cəhd olub .....                     Bakıda 800 min manatlıq dələduzluq edən polkovnikin məhkəməsi başlayıb .....                     Biri 700 bal, yeddi nəfər isə 600-ü keçib .....                     UNEC-də Startap Günləri keçiriləcək .....                     "Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... .....                     Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb .....                     Polis narkotiklərə qarşı əməliyyat keçirdi .....                     Ermənistan hərbi aviasiyası Füzuli istiqamətində uçuşlar keçiribmi... .....                     Bakıda universitet tələbəsi intihar edib .....                     Azərbaycanlı icra başçısı işə avtobusla gedir .....                     Ölüm aclığında olan məhkumun 25 min dollarını da “atıb”lar .....                     Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır .....                     "AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir" .....                     Tramp Fələstin dövlətinin sərhədlərini cızdı .....                     Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edilib .....                     Qorxu filmi kimi “Koroğlu” MMC: intihar, həbs, işgəncə... .....                     Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini .....                     İsmayıllı sakini özünü asıb .....                     "Stimul Hospital” CAN ALIR .....                     Bakıda bağ evində asılmış kişi meyiti tapılıb .....                     Ermənilər bu rayonlarımızı narkotik plantasiyalarına çeviriblər .....                 

“Nuray House” 30 fəhlənin pulunu mənimsədi? - Rəsmi qurumları “aldatdı”
Tarix: 18-01-2018, 09:28 | Çap et
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?
"Nuray House” MTK Xırdalan şəhərində inşa etdirdiyi binada işlətdiyi 30 fəhlənin 60 min manata yaxın zəhmət haqqını ödəmir.

Bununla bağlı aldadılmış fəhlələr Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. Həmin müraciəti ixtisarla təqdim edirik:

"Xırdalan şəhəri, Heydər Əliyev prospektində "Nuray House” MTK tərəfindən inşa olunan 16 mərtəbəli binada usta və fəhlə kimi işləmişik. Amma MTK-nın sahibi Yusif Vəlixanov bizim 59 min 661 manat pulumuzu vermir.

Nəzərinizə çatdırmaq istəyirik ki, biz 2015-ci ilin iyun ayında "Nuray House” MTK-da işə başlamışıq. 2016-cı ildə MTK rəhbərliyi gördüyümüz suvaq və hörgü işləri üçün material almağa pulu olmadığını bildirməklə yanaşı bizə işləri görmək üçün barter təklif etdi. Bu təklif əsasında gördüyümüz işin müqabilində bizə mənzil verilirdi ki, biz də mənzili satıb xərclədiyimiz pulu və əmək haqqımızı götürürdük. Mənzillərin kvadrat metrini 650 manatdan sənədləşdirirdik. Amma həmin mənzilləri tez satmaq üçün muştərilərə ucuz qiymət təklif etməklə materialın pulunu düzəltməyə çalışırdıq. Gördüyümüz işin müqabilində şirkət tərəfindən bizə əmək haqqı kimi veriləcək növbəti mənzilə müştəri tapıb satmaq istədik. Buna qədər "Nuray House” MTK-nın bizə 59 661 manat borcu qalmışdı və MTK-nın sahibi ilə növbəti mənzilin verilməsi ilə bağlı razılığımız da vardı. Yusif Vəlixanov razılaşmanı pozaraq bildirdi ki, daha mənzil verməyəcək, əvəzində pulumuzu ödəyəcək. Bu bizə sərf edirdi. Çünki bizə verilən mənzili daha ucuz qiymətə satırdıq. MTK rəhbərliyi bizə deyirdi ki, dollar qalxdığı üçün mənzillərdə bahalaşacaq və buna görə işinizi davam edin, pulunuzu verəcəyəm.

20-25 gündən sonra pul istəyərkən MTK rəhbərliyi bildirdi ki, pulu yoxdur, amma tezliklə verəcək. Betona və materiala pulu çox çıxır. Ona görə də bizə pul verə bilmir: ”Sonuncu mərtəbəni də tamamlayıb, sonra pulunuzu verəcəyəm”.

Biz də məcbur olub işimizi davam etdirdik. Yeni il bayramı ərəfəsində bizə yaxşı pul verəcəyini deyən Yusif Vəlixanov 31 dekabr günü bizə 4 dənə 20 dollarlıq əskinas olmaqla 80 dollar və bir dənə 50 manat gətirdi. Bu pulun aramızda bölünməsini istədi. Biz 25-30 nəfər adamıq, bunu necə bölə bilərdik? Narazılıq etdik, işi dayandırdıq. Əşyalarımız götürüb getmək istəyəndə oğlu Rüstəm bizə yaxınlaşaraq bildirdi ki, "akumlyator” gətirirlər: "Bayrama görə, yolda qalıb. Bayramdan sonra mal gələcək, onda sizin bütün borcunu bağlayacagam. Bilirdik ki, onlar vaqonla akumlyator gətirirlər. Düşündük ki, bayramdan sonraya qədər də dözək. Sonra pulumuzu alarıq. Bayramdan sonra da bir-neçə gün işlədik. Sonra pulu almağa gedəndə problemlərimiz başladı.

Yusif Vəlixanov bizə bildirdi ki, "pul yoxdur, işi yarımçıq saxlasaz, bir qəpik də verməyəcəm. Gedin kimə istəyirsiz, şikayət edin”. Hətta ofisdə narazılıq edən ustalardan birinin – Fərhad Abdullayevin qabağını kəsərək, günün sonunda oğlanları Mehman və Rüstəmlə birgə "səni öldürüb, qanını bağlayaram” deyə təhqir və təhdid də edib.

Bundan sonra hər dəfə pulumuzu istəyəndə işimizdə səhv tapmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı. Bir gün işlədiyimiz 16-cı mərtəbəyə gəldi. Oğlu da yanında idi. Heç bir səhv tapmadı, sonra divarın nazik olduğunu bəhanə edərək, fəhləlik edən Elnur Məmmədovun üstünə cumdu. Başından tutaraq, divara vurmaq istəyəndə güclə əlindən çıxdı. Sonra Elnur Məmmədovu yumruqlamağa başladı. Elnur Məmmədov da heç nə etmədi, çünki yaşda və bədəndə ondan böyük idi. Elnurun sözlərinə görə, qorxsa da düşünüb ki, nəsə etsə əlinə bəhanə düşər: "Amma o dayanmadı, məni vura-vura balkona gətirdi. Dedi ki, "səni burdan atacam, pul verib qanını bağlayacam”. Bu vaxt oğlu güclə onu sakitləşdirdi”.

Biz pulumuzu almaq üçün Yusif Vəlixanova müxtəlif təkliflər də etdik. Gördüyümüz işin hamısını qeyd etdik. Ofisə gedərək bildirdik ki, borcumuzu hissə-hissə ödəsin. Qeydiyyat apardığımız kağızları cırıb, bizi ofisdən bayıra çıxartdı…

… Abşeron Məhkəməsinə şikayət etdik. Məhkəmənin qərarı ilə binada işlər dayandırılıb. Lakin bilinməyən səbəblərər görə, qiraq qüvvələrin səyi nəticəsində qərardad ləğv olunaraq MTK-da işlərin aparılması bərpa edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza binaya baxış keçirib rəy hazırladı. Bizim apardığımız qeydiyyatla ekspertizanın rəyi arasında cəmi 4 manat fərq var idi. Məhkəmə bunu qəbul etdi. Amma məhkəmə iddiamızı təmin etmədi. Bizim haqlı olduğumuzu bilə-bilə hakim "Nuray House”-nin maraqlarını qorumuş oldu.

Halal əmək haqqımızı almaq üçün müxtəlif dövlət qurumlarına etdiyimiz müraciətlərə baxmayaraq, haqqımızı batırmağa çalışdılar. Ən dəhşətlisi isə odur ki, etdiyimiz şikayətlərə görə bizi polislə və başqa hüquq-mühafizə orqanları ilə hədələyirlər. Sanki şikayət etmək cinayət imiş. Sizdən xahiş edirik ki, "Nuray House” MTK-nın Xırdalanda inşa etdiyi binada işləyən 30 fəhlənin əmək haqqısının mənimsənilməsi ilə bağlı araşdırma aparıb, günahkarları cəzalandırmasına nail olasınız. Biz yalnız halal pulumuzu istəyirik…”


Tendensiya.com-un məlum müraciətlə bağlı apardığı araşdırmalar nəticəsində məlum oldu ki, "Nuray House” MTK-nın rəhbərliyi ilk əvvəl fəhlələrə borclu olduğunu rəsmi qurumlara verdiyi izahatlarda və etdiyi şikayətlərdə təsdiq edib. Lakin sonradan fəhlələrin əmək haqqısını ödəməmək üçün guya onların MTK-ya borclu olması ilə bağlı Sumqayıt İnzibati İqtisad Məhkəməsində iddia qaldırır. Bu prosesi Abşeron rayon Məhkəməsində də davam etdirir. Məlum subyektiv səbəblərdən Abşeron rayon Məhkəməsində fəhlələr üzərində qələbə çalır. Halbuki Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimli fəhlələrin təqdim etdiyi sübutları və Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzi tərəfindən aparılmış ekspertiza rəyini nəzərə almayaraq fəhlələrin iddiasını rədd edir.

Qeyd edək ki, yaranmış mübahisə ilə bağlı tərəflərin bir-birindən rəsmi qurumlara etdiyi şikayətlərin birində, daha konkret "Nuray House” MTK-nın sədri Vəlixanov Mehman Yusif oğlu (Yusif Vəlixanovun oğlu – red) tərəfindən 20 yanvar 2017-ci il tarixində Abşeron rayon Polis İdarəsinə edilmiş şikayət ərizəsində onların Arif Ağamaliyevə (MTK-da işləyən fəhlələrdən biri – red.) 25 min 165 manat borcu olduğunu yazıb. Ən maraqlısı isə Yusif Vəlixanovun digər oğlu Rüstəm Vəlixanov məhkəməyə verdiyi izahatında fəhlələrin onlara 25 min 165 manat məbləğində borclu olduğunu qeyd edib… Guya fəhlələr bağladıqları müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir… Göründüyü kimi iki qardaşın bir – birindən 180 dərəcə fərqli olan ifadələrindəki təzad "Nuray House” MTK-la fəhlələrin mübahisəsində hər şeyi ortaya qoyur. Məhkəmə hakimi İlham Kərimli bu təzadlı ifadələri nəzərə almayaraq Azərbaycan Respublikası adından qətnamə qəbul edir.

"Nuray House” MTK rəsmi qurumlara kələk gəlib?

Tendensiya.com-un araşdırmaları nəticəsində məlum olub ki, "Nuray House” MTK fəhlələri aldatmaqla yanaşı dövlət qurumlarına da "kələk gəlib”. Redaksiyaya daxil olan sənədlərə ötəri nəzər salmaq kifayət edir ki, "Nuray House” MTK Xırdalan şəhəri Heydər Əliyev prospektində tikdiyi binanın inşaşı prosesində Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozub. Görünür MTK rəhbərliyi hansısa vəzifəli şəxsə arxayın olduğundan qanunları görməzdən gələrək 16 mərtəbəli binanın tikə bilib…

Araşdırmalarımız davam edir. Növbəti yazılarımızda oxuyacaqsınız?

ANONS

– "Nuray House” MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa etdirdiyi binada hansı problemlər var?

– Fövqəladə Hallar Nazirliyi 16 mərtəbəli binanın istismara qəbul edilməsinə rəy verəcəkmi?

– "Nuray House” MTK-nın arxasında hansı məmur dayanır?

– MTK rəhbərliyinin qanuni haqlarını tələb edən fəhlələrin susdurulması və ya zərərsizləşdirilməsi üçün hansı planları var?
Miq.Az







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Serbiya prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:30
Şəhər İcra Hakimiyyəti ləğv oluna bilər?.. - Bakıya mer təyinatı uzanır
Bu gün, 12:27
Kömək üçün müraciət etdi, pulu oğurlandı
Bu gün, 12:25
Məsələ araşdırılır, islahatlar olacaq - Yeni nazir özü danışdı
Bu gün, 12:23
İran alpinistlərindən Azərbaycana qarşı şok - FOTO
Bu gün, 12:22
Hacıqabulda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb
Bu gün, 12:19
Yərmuk tamamilə Suriya Ordusunun nəzarətinə keçib
Bu gün, 12:18
"6 nəfər ailə üzvümlə 34 kvadratmetr evdə yaşayıram" - Federasiya Prezidenti
Bu gün, 12:17
"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi" - Şəhid atası
Bu gün, 12:15
39 yaşlı mikroavtobus sürücüsü qəflətən öldü
Bu gün, 12:11
Universitet tələbəsi psixoloji problemlər səbəbindən intihar edib — Prorektordan açıqlama
Bu gün, 12:10
Cəlilabadda poçtu yardılar...
Bu gün, 12:07
Bakıda bankı yarmaq istəyən ƏLƏ KEÇDİ
Bu gün, 12:05
Gündəmdə olan plastik əməliyyat zamanı ölüm hadisəsi fevralda olub - Səhiyyə Nazirliyi
Bu gün, 12:00
"İşsizliyin sürətlə azaldılması ilə bağlı böyük uğurlar əldə edilib" - Prezident İlham Əliyev
Bu gün, 11:58
“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”
Bu gün, 11:53
Cavan Zeynallıya ağır itki
Bu gün, 11:47
Azərbaycanda sosiskanın içərisindən qurd çıxdı - VİDEO
Bu gün, 11:44
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 100 mln. manat xalis mənfəətlə başa vurub
Bu gün, 11:40
Soyğunçuluq etməkdə şübhəli bilinənlər “isti izlər”lə saxlanılıblar
Bu gün, 11:39
Bakıda bankdan oğurluğa cəhd olub
Bu gün, 11:38
Bakıda 800 min manatlıq dələduzluq edən polkovnikin məhkəməsi başlayıb
Bu gün, 11:37
Biri 700 bal, yeddi nəfər isə 600-ü keçib - Eyni sinifdə oxuyurlar
Bu gün, 11:30
"Üzeyir Azərbaycanın ən böyük konsert salonunu doldurar" — ABBAS ƏHMƏD
Bu gün, 11:27
UNEC-də Startap Günləri keçiriləcək
Bu gün, 11:25
"Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR
Bu gün, 11:23
Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artıb
Bu gün, 11:06
Polis narkotiklərə qarşı əməliyyat keçirdi
Bu gün, 11:02
Ermənistan hərbi aviasiyası Füzuli istiqamətində uçuşlar keçiribmi...
Bu gün, 10:59
Bakıda universitet tələbəsi intihar edib
Bu gün, 10:55
Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTO
Bu gün, 10:49
Müğənnilərin Ramazan qayğıları – kim nə ilə məşğuldur...
Bu gün, 10:45
Ölüm aclığında olan məhkumun 25 min dollarını da “atıb”lar - GİLEY
Bu gün, 10:43
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır - Baş nazirin müavini
Bu gün, 10:41
"AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir" - ATƏT PA-nın vitse-prezidenti
Bu gün, 10:40
Tramp Fələstin dövlətinin sərhədlərini cızdı – Şok plan
Bu gün, 10:22
Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edilib - siyahıda 1100 məhbusun adı yer alıb
Bu gün, 10:20
Kamilla Babayeva moda gecəsinə alt paltarsız gəldi - FOTO
Bu gün, 10:18
Qorxu filmi kimi “Koroğlu” MMC: intihar, həbs, işgəncə...
Bu gün, 10:12
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 10:10
İsmayıllı sakini özünü asıb
Bu gün, 10:09
"Stimul Hospital” CAN ALIR - Qadın plastik əməliyyatın qurbanı oldu
Bu gün, 10:08
Bakıda bağ evində asılmış kişi meyiti tapılıb
Bu gün, 10:06
Ermənilər bu rayonlarımızı narkotik plantasiyalarına çeviriblər - ŞOK FAKTLAR
Bu gün, 10:05
Tacir həbsdə olan Fədayə Laçından danışdı - "Məni sevsəydi..."
Bu gün, 09:57
Prezidentin təyin etdiyi yeni başçı kimdir? - DOSYE
Bu gün, 09:54
Eldar Mahmudovun Naxçıvandakı "işgəncə kralı"nın həbsdəki dözüm limiti bitib - Onu bağışlamaq olarmı?
Bu gün, 09:53
Suriyada İran hərbçilərinin yerləşdiyi bazada partlayış olub
Bu gün, 09:48
ETSN Kürdəmirdə 9 ağac kəsilməsi faktı aşkarlayıb
Bu gün, 09:47
“Akkord”un Qafqazda ən bahalı yol korrupsiyası - İTTİHAM
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru