"Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək" .....                     "Prezidentin Belarusa səfəri iki ölkə arasındandakı əlaqələrin inkişafına ciddi təkan verəcək" .....                     Azərbaycanda DƏHŞƏT: .....                     ““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” .....                     Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur .....                     "Daha çox əməkdaşa ehtiyacımız var" .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib .....                     "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir" .....                     Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında .....                     Zibil qutusundan silah-sursat çıxdı .....                     “Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” .....                     Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb .....                     Sumqayıtda idmançını öldürən ata-oğuldan .....                     Bakıda tində qadının başına daş çırpıb, cinayət törədənin .....                     "Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək" .....                     İcra başçısına RÜŞVƏT İTTİHAMI .....                     BDU-da yoxlamaların başladığı deyilir .....                     “Azərsun”un keçmiş vitse-prezidenti narazıdır .....                     Bakı məktəbində qalmaqal: .....                     Partiyası Tahir Kərimlidən fərqli düşünür? .....                     Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neft hasilatı 0,1%, qaz hasilatı 3,5% artıb .....                     32 yaşlı kişi intihar edib .....                     Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq .....                     Məmmədyarovun “görmədiyi” Kiyev .....                     Lukaşenko və Nazarbayev izahat verməlidir .....                     Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir .....                     Eldar Mahmudovun əmisi oğlu ilə bağlı araşdırma uzanır .....                     Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub .....                     Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb? .....                     Abel Məhərrəmov necə çıxdaş edildi?.. .....                     Azərbaycan əhalisinin SON SAYI açıqlandı .....                     “Rus NATO-su” Ermənistanı qorumayacaq .....                     Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir .....                     Şərabla dolu bir badə təkcə atanı hədəfə gətirmədi... .....                     ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib .....                     Səlim Müslümovdan qalan tək müavin... .....                     Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb .....                     Banklar faiz məsələsində Mərkəzi Bankı saymır, yoxsa... .....                 

“AtaSığorta”da skandal - sığorta fırıldağı
Tarix: 6-12-2017, 08:46 | Çap et
“AtaSığorta”da skandal
“Yeni Müsavat” qəzetinin redaksiyasına “AtaSığorta” şirkəti ilə bağlı şikayət daxil olub. Şikayətin məğzi budur ki, müştərinin icbari sığorta üçün ödədiyi pulu mənimsənilib, əvəzində isə avtomobil sığorta edilməyib. Bununla bağlı qəzetimizə müraciət edən Emin Quliyev adlı şəxs deyir ki, noyabr ayının 8-də “Hyundai Santa Fe” markalı avtomobilini icbari sığorta etdirmək üçün “AtaSığorta” şirkətinə müraciət edib.

Şirkətin əməkdaşı təyin olunan yerdə Emin Quliyevlə görüşərək, ondan nağd qaydada 90 manat ödəniş alıb və sığorta nişanını və nömrəsini təqdim edib. Şirkət əməkdaşı bildirib ki, noyabr ayının 18-də avtomobilin icbari sığortasının müddəti bitən kimi, sığorta müqaviləsi sistemə yerləşdiriləcək.

Şikayətçinin sözlərinə görə, bundan sonra ona avtomobilin icbari sığorta edildiyini bildirən SMS gəlməyib. Lakin vətəndaş heç nədən şübhələnməyərək, avtomobilinin sığorta edildiyindən əmin olub. Noyabrın 20-də isə Emin Quliyevə DYP-dən avtomobili icbari sığortasız idarə etdiyinə görə, cərimə protokolu gəlib və 50 manat cərimə edildiyi bildirilib. Yalnız bundan sonra məsələnin üstü açılıb.

Müştərinin şikayətindən sonra “AtaSığorta” şirkətinin baş ofisi məsələyə müdaxilə edib, cəriməni ödəməyə və avtomobili sığorta etdirməyə söz verib. Eləcə də, Emin Quliyevdən nağd şəkildə ödəniş edən əməkdaş işdən kənarlaşdırılıb.

Buna baxmayaraq, şikayətçi digər vətəndaşların da belə bir halla üzləşməməsi üçün məsələni ictimailəşdirmək qərarına gəlib.

Sözügedən skandala aydınlıq gətirmək üçün “AtaSığorta” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin özünü təqdim etməkdən imtina edən əməkdaşı sualımızı eşitdikdən sonra cavab verdi ki, bu müştəri ilə bizim aramızda olan məsələdir və həll etməyə çalışırıq. Ardından “Bunu mətbuatda işıqlandırılmasına nə ehtiyac var ki? ” - deyə telefonu söndürdü. Şirkətin baş ofisi ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticə vermədi.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, sığorta ilə bağlı müştəridən nağd ödənişi qəbul edən “AtaSığorta” əməkdaşı, sadəcə olaraq, dələduzluq edib: “Əgər sığorta şirkətinin əməkdaşı həmin nağd pulu hesaba köçürtsəydi, müqavilə bağlanardı. Sığorta qaydalarında belədir ki, sığorta şirkətləri müqaviləni ödəniş olmadan bağlanmış saymırlar. Bağlanmış sayılmadığına görə də DYP-nin sistemində avtomobilin icbari sığorta edildiyi görünmür. Ona görə də ona elektron cərimə protokolu göndərilib. Problem şirkət əməkdaşının yol verdiyi dələduzluğun üzərindədir”.

Ərşad Hüseynov sürücülərə məsləhət gördü ki, icbari sığorta ilə bağlı sifarişləri daha çox elektron qaydada həyata keçirməyə üstünlük versinlər: “Hazırda icbari sığorta bürosunun özünün yaratdığı elektron portal var. Orada elektron qaydada istənilən sığorta şirkətinə müqaviləni sifariş vermək olur. Ödəniş də mütləq nağdsız qaydada olmalıdır, ödəniş terminallarında, bank vasitəsilə və ya kart vasitəsilə. İndi heç bir sığorta şirkəti müqavilə haqqını nağd formada qəbul etmir. Terminal vasitəsilə və ya kart vasitəsilə nağdsız formada ödəniş qəbul olunur. Sürücülərin də diqqətinə çatdırmaq lazımdır ki, sığorta şirkəti əməkdaşlarına nağd pul verməyin ki, ciblərinə qoysunlar. Bəzi şirkətlərdə belə bir hal var ki, elektron müqavilə bağlanılır, daha sonra kağıza çap olunur, sürücüyə verilir ki, nə vaxtsa yol polisi ilə mübahisə yaranarsa, müqaviləni təqdim etsinlər. Bu məsələlərdə diqqətli olmaq lazımdır ki, tora düşməyəsiniz. Siz hətta sığorta şirkəti əməkdaşına nağd pul versəniz belə o pulu aparıb kassaya daxil edə bilməz, hansısa terminalda sizin adınızdan həmin pulu ödəməlidir”.

Ekspert sürücülərin diqqətinə çatdırdı ki, icbari sığorta müqaviləsi bağlanarkən, müştərinin mobil nömrəsinə gələn SMS də önəmlidir: “Əgər siz onlayn müqavilə sifariş vermisinizsə, pul ödəməmiş sizin mobil nömrəsinizə elektron SMS gəlir ki, bu kod üzrə ödəniş edin. Əgər İcbari Sığorta Bürosundan və bu büronun üzvü olan sığorta şirkətlərindən belə bir SMS gəlibsə, arxayın ola bilərsiniz ki, bu rəsmidir. Ondan sonra həmin kod üzrə ödəniş etdikdə, dərhal cavab gəlir ki, pul ödədiniz. Müqavilə bağlanmış sayılır və sizə növbəti SMS gəlir ki, artıq icbari sığorta müqaviləniz var və nömrəsi də budur. Əgər bütün bunlar olmursa, şübhələnmək lazımdır. Deməli, orada problem var. Avtomobilin sığorta olunub-olunmadığını yoxlamaq üçün İcbari Sığorta Bürosunun 97 07 nömrəsinə avtomobilin nömrəsini göndərə bilərsiniz. Oradan cavab gəlir ki, bu avtomobilin icbari sığortası var, ya yox”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək"
Dünən, 15:12
"Heç olmasa dərman pulumu versin" - Nailə Mirməmmədli
Dünən, 15:00
"Prezidentin Belarusa səfəri iki ölkə arasındandakı əlaqələrin inkişafına ciddi təkan verəcək" - PA rəsmisi
Dünən, 14:51
Azərbaycanda DƏHŞƏT: - Ana yeni doğduğu körpəsini öldürdü
Dünən, 14:50
““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” - Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir
Dünən, 14:49
Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur
Dünən, 14:42
"Daha çox əməkdaşa ehtiyacımız var" - DİM sədri
Dünən, 11:27
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
Dünən, 11:24
Sevgi təklifləri alan Renka: - “Kişinin vacib olan “vidi” deyil…”
Dünən, 11:19
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir" - Hikmət Hacıyev
Dünən, 11:15
Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında əsasnaməni təsdiqləyib
Dünən, 11:14
Zibil qutusundan silah-sursat çıxdı
Dünən, 11:09
“Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” - Oqtay Qasımov
Dünən, 11:03
"Pariksiz ilk fotom" - Emini görənlər tanımadı
Dünən, 10:52
Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb - Nuşirəvan Məhərrəmli
Dünən, 10:49
Sumqayıtda idmançını öldürən ata-oğuldan YENİ XƏBƏR
Dünən, 10:46
Bakıda tində qadının başına daş çırpıb, cinayət törədənin İŞİ MƏHKƏMƏDƏ
Dünən, 10:44
"Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək" - Məleykə Abbaszadə
Dünən, 10:42
Əməkdar artist oğluna toy etdi
Dünən, 10:37
İcra başçısına RÜŞVƏT İTTİHAMI - VİDEO
Dünən, 10:33
BDU-da yoxlamaların başladığı deyilir - Hələlik bufetdə ilk təftiş aparılır
Dünən, 10:27
“Azərsun”un keçmiş vitse-prezidenti narazıdır - "25 MİLYONUM BATIR..."
Dünən, 10:22
Bakı məktəbində qalmaqal: - İş polisə qədər gedib çıxıb
Dünən, 10:20
Partiyası Tahir Kərimlidən fərqli düşünür?
Dünən, 10:17
Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib - “Vaşinqton post”
Dünən, 10:16
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Dünən, 10:14
Neft hasilatı 0,1%, qaz hasilatı 3,5% artıb
Dünən, 10:12
32 yaşlı kişi intihar edib
Dünən, 10:10
Müğənni qızıl yedi
Dünən, 10:05
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq - Brayza
Dünən, 10:00
Məmmədyarovun “görmədiyi” Kiyev – Səfir azərbaycanlılarla niyə vuruşur?
Dünən, 09:58
Lukaşenko və Nazarbayev izahat verməlidir - Paşinyan başını itirib
Dünən, 09:53
Çin ticarət siyasətini dəyişməyincə ABŞ gömrük rüsumlarını saxlamaq niyyətindədir
Dünən, 09:46
Eldar Mahmudovun əmisi oğlu ilə bağlı araşdırma uzanır - Nədə ittiham olunur?
Dünən, 09:45
Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub
Dünən, 09:42
Abel Məhərrəmovun general qardaşı da işdən uzaqlaşdırılıb? - Nazirlikdən açıqlama
Dünən, 09:41
Abel Məhərrəmov necə çıxdaş edildi?.. - İDDİA
Dünən, 09:38
Azərbaycan əhalisinin SON SAYI açıqlandı
Dünən, 09:36
“Rus NATO-su” Ermənistanı qorumayacaq – Bakıya Qarabağ anonsu
Dünən, 09:34
Azərbaycanın tanınmış idman saytı 10 yaşını qeyd edir
Dünən, 09:32
Şərabla dolu bir badə təkcə atanı hədəfə gətirmədi... - GƏLİŞMƏ
Dünən, 09:31
ABŞ-dakı Gülən Fondunun rəhbəri Türkiyəyə gətirilib
Dünən, 09:29
Səlim Müslümovdan qalan tək müavin... - Səbəbi çox sadədir...
Dünən, 09:28
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb
Dünən, 09:25
Banklar faiz məsələsində Mərkəzi Bankı saymır, yoxsa... - TƏHLİL
Dünən, 09:25
Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır - XİN
Dünən, 09:24
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
Dünən, 09:22
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:20
Bu fotolar haqda hələ çox danışılacaq
Dünən, 09:19
Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb
Dünən, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru