Gədəbəydə qadını döyərək 40 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb .....                     Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb .....                     "Sözün varsa, gəl üzümə de" .....                     Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq .....                     Sabah yağış və sulu qar yağacaq .....                     Sevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib .....                     “DəmirBank”ın əmanətçilərinə 38 milyon manatdan çox kompensasiya ödənilib .....                     Azərbaycanın xarici dövlət borcu NİYƏ ARTIB? .....                     Rusiya İstintaq Komitəsi Zəhranın ölümünü araşdırır .....                     Polisimizin səyyar xidməti davam edir .....                     Azərbaycanda qeyri-adi hadisə: .....                     Oğru qapıda ev sahibəsi ilə qarşılaşdı, telefonunu düşürüb qaçdı .....                     Hüquqşünaslar Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi .....                     Fransa polisi PKK yandaşıarına meydan verir .....                     Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb .....                     “Ermənistan açıq-aşkar terrorçuları himayə edir” .....                     Türkiyə Afrində 1595 terrorçunu məhv etdi .....                     Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb .....                     "Bakıda xəstə evini satıb, təcili yardımın yanından ev aldı" .....                     Trampın xəstəxanadan fotosu yayıldı .....                     Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil .....                     Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir .....                     Türkiyə möhtəşəm silah hazırlayır .....                     Tədris-Terapevtik Klinikasında özbaşınalıq .....                     "Məni ona görə günahlandırıb ki.." .....                     “Manatın qorunma ehtimalı daha yüksəkdir” .....                     Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır .....                     "Göydələn"lər alıcı tapmır: .....                     Azərbaycanda 17 bank vergidən belə yayınır .....                     Hansı ölkə hansı ölkəni təhdid olaraq görür? .....                     “Avropanın uzunmüddətli enerji layihəsi” .....                     "Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" .....                     Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı? .....                     Poroşenkodan Rusiya bayrağına qadağa çağırışı .....                     Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü .....                     Müdafiə Nazirliyində hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə görüş keçirilib .....                     Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB .....                     MİT-dən ölkə xaricində uğurlu əməliyyat .....                     “Lotu Quli”ni qəbul etməyən "Gəncəli Firdovsi"yə “oğru” adı verilib? .....                     "Müxalifət həmişə bizi söyüb" .....                 

"Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır" - Prezident İlham Əliyev
Tarix: 29-11-2017, 08:26 | Çap et
"Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır"
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevın çıxışı:

Şadam ki, sizinlə yenidən görüşürəm. Mən Sabirabadda dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi sayca səkkizinci səfərimdir. Bu səfərlər zamanı biz bir çox obyektlərin açılışında bərabər iştirak etmişik. Bu gün də gözəl səhiyyə ocağının açılışını bir yerdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.

Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.

Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik.

Bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır. Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir.

Əvvəlki dövrlərdə də Sabirabad rayonunda sosial məsələlərin həllinə həmişə böyük diqqət göstərilmişdir. Son illər ərzində burada 30-a yaxın məktəb tikilib və təmir olunub, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bölgələr üzrə ilk rayonlardan biri də Sabirabad idi ki, “ASAN xidmət” mərkəzi yaradılmışdır. Yəni, biz bütün bu işləri ona görə görürük ki, burada insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı xidmətlərə malik olsunlar, həmçinin səhiyyə, təhsil, idman, ictimai xidmətlər yüksək səviyyədə təmin edilsin və biz buna nail oluruq.

Sabirabad rayonunda infrastruktur layihələri də icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma artıq 90 faizə çatıbdır. Ümid edirəm ki, gələn il Sabirabadda qazlaşdırma 100 faizə çatacaqdır. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Biz içməli su layihəsini sizinlə birlikdə üç il bundan əvvəl istifadəyə vermişik, kənd yollarının tikintisi uğurla gedir. Bu gün mən iki böyük layihənin açılışını qeyd edəcəyəm, gələn il də yeni kənd yolları layihəsi icra olunacaq. Beləliklə, hesab edirəm ki, gələn il Sabirabad rayonunun əksər kəndlərinin yolları tam təmirli olacaqdır. Çünki bu günə qədər dörd layihə icra edilibdir. Bu layihələr 100 mindən çox əhalini əhatə edir. Rayon əhalisinin sayı təqribən 180 minə yaxındır. Növbəti layihə də bir neçə min insanı əhatə edəcək və beləliklə, biz kənd yolları məsələlərini də həll etmiş olacağıq.

Yadımdadır, səfərlərimin birində vətəndaşlar körpü tikintisi ilə bağlı müraciət etmişdilər. Biz onu da vaxtında icra etdik və mən də açılışa gəlmişdim. Yəni, biz Sabirabad üçün nə lazımdırsa, artıqlaması ilə edirik. Çünki yeni təşəbbüslər də irəli sürülür. Onlardan biri də bu yaxınlarda mənim tərəfimdən irəli sürülüb. Bu təşəbbüs ondan ibarətdir ki, Sabirabadda böyük sənaye məhəlləsi yaradılsın. Bu gün mən o məhəllənin təməlini qoymuşam və əminəm ki, yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəkdir.

Sənaye məhəllələrinin yaradılması prosesi bir neçə il bundan əvvəl başlamışdır. Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaqdır. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var.

Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır. Ona görə bu gün mənə Sabirabad Sənaye Məhəlləsinin layihəsi təqdim olundu. Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiya təşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcəkdir.

Gələn il Sabirabadın inkişafı ilə bağlı infrastruktur layihələrinin - xüsusilə yeni kanal layihəsinin icrası nəzərdə tutulur. Bilirəm ki, bu məsələ Sabirabad zəhmətkeşlərini çox narahat edir. Bu layihə başlanmışdı, sonra yarımçıq qaldı. Mən göstəriş verdim, maliyyə vəsaiti nəzərdə tutulacaq və gələn il bu layihə tam başa çatacaq. Beləliklə, ən azı 11 min hektar torpağın suvarılması ilə bağlı heç bir problem olmayacaq.

Beləliklə, yeni əkin sahələri dövriyyəyə cəlb ediləcək. Zəhmətkeşlər, fermerlər, yerli icra orqanları birlikdə baxsınlar ki, burada hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Sabirabadın çox böyük potensialı var. Əlbəttə ki, ənənəvi kənd təsərrüfatı sahələri var, o cümlədən pambıqçılıq. Biz pambıqçılığın bərpasını da Sabirabaddan başladıq. Uzun fasilədən sonra birinci müşavirə Sabirabadda keçirildi. Biz ulu öndər Heydə Əliyevin ənənələrini bərpa etdik. Birinci tanış olduğum tarla Fatma xanımın tarlası idi. Orada zəhmətkeşlərlə yaxşı görüş oldu, sonra müşavirə keçirildi. Beləliklə, iki il ərzində biz pambıq tədarükünü 8 dəfə artıra bilmişik. 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdısa, bu il biz artıq 190 min tona çatmışıq. Təqribən 200 min ton, bəlkə ondan da çox pambıq tədarük edəcəyik. Texnika alınır, gübrələr verilir, suvarma işləri təmin olunur, vəsait ayrılır. Dövlət bu sahəni tam nəzarətə götürüb. Beləliklə, pambıqçılığın inkişafı sürətlə gedir və bilirsiniz ki, bu, məşğulluğu da artırır. Mənə verilən məlumata görə, indi 20 min insan pambıqçılıq sahəsində işləyir, hər gün əməkhaqqı alır, evinə pul aparır, həm dövlətə, həm özünə xeyir verir və ölkəmiz də inkişaf edir.

Ona görə növbəti illərdə həm Sabirabadda, həm də bütün başqa rayonlarda suvarma ilə bağlı nə lazımdırsa, biz onu da edəcəyik. İndi bütün layihələr təhlil edilir. Biz bu il qarşıya hədəf qoymuşuq ki, bu vaxta qədər suvarılmayan 150 min hektar torpaqda suvarmanı təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Gələn il isə qarşıya məqsəd qoyulub ki, ən azı əlavə 100 min hektarda suvarma işləri təmin edilsin. Görün, məhsuldarlıq, iş yerləri, ölkəmizin ümumi daxili məhsulu nə qədər artacaq.

Planlarımız çoxdur. Gələn il fəal işləməliyik. Bu il də uğurla başa çatır. Baxmayaraq ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmamışdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Biz

hətta böhranlı illərdə xəstəxanalar açırıq. Bu gün Ağcabədidə böyük Olimpiya mərkəzi, Tərtərdə 1170 ailə üçün 34 binadan ibarət köçkün şəhərciyi açılıbdır. Ancaq bir gündə. Mən hələ yolları, hərbi hissələri demirəm. İndi quşçuluq fabriki açılacaq. Yəni, bir gündə baxın, nə qədər böyük işlər görülür və biz bu açılışlarda bərabər iştirak edirik. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq. Sizi bir daha təbrik edirəm.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşad Xosenin gecə klubundan paparazzi görüntüləri yayıldı - VİDEO
Dünən, 13:17
Gədəbəydə qadını döyərək 40 min manatlıq qızılını oğurlayan şəxs saxlanılıb
Dünən, 13:14
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Dünən, 13:14
"Sözün varsa, gəl üzümə de" - Deputatdan sərt reaksiya
Dünən, 13:11
Arıçılara subsidiyaların verilməsinə yaxın zamanlarda başlanacaq
Dünən, 13:06
Sabah yağış və sulu qar yağacaq - Belə deyirlər...
Dünən, 13:04
Sevdiyi qızın xalası oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Dünən, 12:29
“DəmirBank”ın əmanətçilərinə 38 milyon manatdan çox kompensasiya ödənilib
Dünən, 12:20
Azərbaycanın xarici dövlət borcu NİYƏ ARTIB? - Nazirlik açıqladı
Dünən, 12:18
Rusiya İstintaq Komitəsi Zəhranın ölümünü araşdırır
Dünən, 12:12
Polisimizin səyyar xidməti davam edir - FOTOLAR
Dünən, 12:07
Şəmistan Əlizamanlıdan “Zeytun budağı”na DƏSTƏK
Dünən, 12:01
Azərbaycanda qeyri-adi hadisə: - Qadın ərinə ikinci arvad aldı
Dünən, 11:58
Oğru qapıda ev sahibəsi ilə qarşılaşdı, telefonunu düşürüb qaçdı - Bakıda
Dünən, 11:55
Hüquqşünaslar Cəzaçəkmə Müəssisəsini məhkəməyə verdi
Dünən, 11:49
Fransa polisi PKK yandaşıarına meydan verir
Dünən, 11:47
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb
Dünən, 11:45
“Ermənistan açıq-aşkar terrorçuları himayə edir”
Dünən, 11:41
Türkiyə Afrində 1595 terrorçunu məhv etdi
Dünən, 11:38
Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb
Dünən, 11:30
"Bakıda xəstə evini satıb, təcili yardımın yanından ev aldı" - PSİXİATRIN GİZLİNLƏRİ
Dünən, 11:29
Trampın xəstəxanadan fotosu yayıldı
Dünən, 11:26
Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil - Şefçoviç
Dünən, 11:18
Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir
Dünən, 11:14
"“Şou-biznes əhli”nin qarderobu və alt paltarlarının nümayişi ilə kifayətlənməyən telekanallarımız..." - Deputat giley edir
Dünən, 11:13
Türkiyə möhtəşəm silah hazırlayır - FOTO
Dünən, 11:10
Tədris-Terapevtik Klinikasında özbaşınalıq - Görün, pulu necə qazanırlar...
Dünən, 11:05
"Məni ona görə günahlandırıb ki.." - Nazirə GİLEY
Dünən, 11:01
“Manatın qorunma ehtimalı daha yüksəkdir” - deputat
Dünən, 10:58
Ağ Ev Rusiyanın forpostuna dərs verməkdə qərarlıdır - TƏHLİL
Dünən, 10:56
"Göydələn"lər alıcı tapmır: - Tikinti şirkətlərinin "cəzibadar" təklifləri də 1000 manatdan keçir
Dünən, 10:54
Azərbaycanda 17 bank vergidən belə yayınır - "2017-ci il bank sektoru üçün ən zərərli il olub"
Dünən, 10:53
ARB-də QALMAQAL: - “Məni müdir yumruqladı, sonra…”
Dünən, 10:49
Hansı ölkə hansı ölkəni təhdid olaraq görür?
Dünən, 10:41
“Avropanın uzunmüddətli enerji layihəsi” - TƏHLİL
Dünən, 10:39
"Görsünlər ki, mənim simamda iş adamlarına burada necə divan tutulur" - Xızıda GİLEY
Dünən, 10:37
Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı?
Dünən, 10:36
Poroşenkodan Rusiya bayrağına qadağa çağırışı
Dünən, 10:34
Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü
Dünən, 10:32
Müdafiə Nazirliyində hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə görüş keçirilib
Dünən, 10:29
Nazirlikdə TƏLAŞ SƏNGİMƏYİB - Yeni həbslər ola bilər
Dünən, 10:28
MİT-dən ölkə xaricində uğurlu əməliyyat
Dünən, 10:26
“Lotu Quli”ni qəbul etməyən "Gəncəli Firdovsi"yə “oğru” adı verilib? - VİDEO
Dünən, 10:24
"Müxalifət həmişə bizi söyüb"
Dünən, 10:23
Damlanın ailəsində özəl gün
Dünən, 10:19
Tanınmış iş adamından hadisə kimi açıqlamalar
Dünən, 10:17
Bu tarixin də qisası düşməndən alınmalıdır - UNUTMARIQ!
Dünən, 10:15
Neft bahalaşıb
Dünən, 10:14
Bakıdan iki fevral “şoku” - İrəvan və Kreml təlaş ortaqları kimi...
Dünən, 10:14
Röyanın "Səndən Başqa"sı - 1 milyon
Dünən, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru