Bakıda iki məhkum xəstəlikdən ölüb .....                     Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır .....                     Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir .....                     Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi .....                     İlham Rəhimovun bazarı yandı .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     ABŞ-dan geriyə addım .....                     Azərbaycanda “düyünə düşməyən” oliqarx krediti: .....                     Bakıda “Azpetrol”un maşını aşdı .....                     İmişlidə 37 yaşlı kişi evində ölü tapılıb .....                     Neft bahalaşıb .....                     “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? .....                     “Bakıbus” avtobuslarındakı yaddaş PROBLEMİ .....                     YAP-çı deputatın işi antikorrupsiya idarəsində .....                     “Freedom House ən hörmətsiz təşkilatlardan biridir” .....                     BMT rəhbəri İran nüvə sazişinə təhlükə barədə danışdı .....                     Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Ermənistan üçün “qiy(a)mət günü” .....                     Türkan Heydərovanı gül yağışına tutan kimdir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb .....                     Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib .....                     Prezident diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarını artırıb .....                     Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub .....                     General Novruzəli Orucovun oğlu .....                     Prezident Administrasiyasının yeni şöbə müdiri kimdir? .....                     “Bizi öz dilimizdə danışan mayor aldatdı” .....                     Nostradamusdan şok proqnozlar: .....                     Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib .....                     AXC və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hansı işlər görülə bilər? .....                     Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi .....                     Məşhur Avropa çempionlarımız qumarxanada .....                     Manatın sabahkı məzənnəsi .....                     Biznesi başına bəla olan millət vəkili hədəfdə .....                     General oğluna hökm oxunur .....                     "Cənab prezidentin öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki..." .....                     Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ .....                     Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq .....                     Bu qış canımız isinməyəcək? .....                     “Fransa hökuməti Qarabağ separatçılarının ölkəyə daxil olmasının qarşısını almalıdır” .....                 

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir - “Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”
Tarix: 14-11-2017, 08:32 | Çap et
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
“Ramiz Yediyarov 2013-cü ildə obyektimin qarşısını kərpiclə hördürdü. Şikayət etdim, özünə də xəbər göndərdim ki, bu mənim işimə ziyan edir. Qışın günü gətirib hördürdüyü daş hasarın önünə ağaclar əkdirdi. 6 ildir ki, normal fəaliyyət göstərməyimizə mane olur. Gədəbəy dağlıq rayondur, düşmənlə üz-üzəyik. Rayonu tərk edib heç hara getmək fikrimiz olmayıb. Başımızı aşağı salıb işimizi görürük, başçı imkan vermir” - rayon sakini Fəxrəddin Fərəməz oğlu Bağırov belə deyir.

Başçıdan sahibkara qarşı “troya atı” gedişi və fiaskosu

Onun sözlərinə görə, Ramiz Yediyarov başçı təyin olunandan sonra ona da xəbər göndərib: “Gəlib köməklik istədilər, dedik ki, imkanımız çatandan etməyə hazırıq. Amma bizdən gücümüzdən 10 dəfə artıq kömək istədilər, edə bilmədik. Bundan sonra illərdir ki, bizim işimizə ən müxtəlif maneələr törədilir. Ramiz Yediyarov 2013-cü ildə gətirib obyektimin qarşısına çəkdirdiyi kərpic hasarın üstünə cənab prezidentin sözləri yazılmış plakat yapışdırdı. Bunu həmin vaxt etdi ki, mən həmin hasarın sökülməsi ilə bağlı müxtəlif qurumlara, ölkə rəhbərliyinə şikayətlər edirdim. Dedim ki, prezidentin sözləri yazılan plakatla işimə ziyan vurduğunu düşünürsə, mən bunu ziyan bilmirəm. Günlərin birində isə həmin plakatı gecə yarısı kommunal xidmət əməkdaşları oğurlatdırdı. Bunu ona görə etdirmişdi ki, sonradan desinlər ki, guya plakatı mən sökdürmüşəm və mənim həbsim üçün əsas yaransın. Plakat oğurluğunun videosu obyektin nəzarət kameralarına düşmüşdü və həmin videonu da əlavə etməklə müvafiq qurumlara şikayət etdim. Bundan sonra Ramiz Yediyarov xəbər göndərdi ki, mənimlə işi olmayacaq, barış təklif etdi. Razılaşdıq. Amma hasarı yenə də sökmədi.

“Şikayətimə cavab yazdı ki...”

2017-ci ildə mənim obyektimin qarşısına çəkilən hasarın sökülməsi ilə bağlı şikayətimə cavab yazır ki, hasarı guya özüm çəkdirmişəm. Ətrafından da dedilər ki, sökə bilər. Mən də sökdürdüm. Gədəbəydəki bütün dövlət idarələrini üstümə qaldırdı. Obyektimə basqın təşkil etdirdi. Ölkə rəhbərliyinin bu işdən xəbər tutmaması üçün məni təcrid etməyi planlaşdırırdılar və hansısa bəhanə edib müvəqqəti həbs edəcəklər. Ona görə də basqından əvvəl və basqın vaxtı obyektimə yaxınlaşmadım. Axşam düşdükdə isə rayonu tərk edib əvvəl Gəncəyə, sonra isə Bakıya gəldim".

“Başçı mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə...”

Sahibkar deyir ki, rayon icra hakimiyyəti tərəfindən özünə qarşı törədilmiş cinayətlərlə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib:

“Hörmətli cənab prezidentin ”Sahibkarlıq sahəsində yoxlamaların 2021-ci ilədək dayandırılması" haqda 3 noyabr 2017 -ci il tarixli fərmanının mürəkkəbi qurumayıb. Rayon icra hakimiyyəti başçısının mənim sahibkarlıq fəaliyyətimi reketcəsinə, açıq cinayət əməllərinə yol verməklə dayandırması rayondakı olan-qalan sahibkarları da dəhşətə gətirib. Mənə qarşı qanunsuzluqla bağlı ölkə rəhbərliyinə hər müraciətimdən sonra Ramiz Yediyarovun mənə qarşı yol verdiyi cinayətlər daha da şiddətlənib. Əgər əvvəl obyektimin qapı və pəncərələri hörülmüşdüsə, ilk müraciətdən sonra ağır texnika ilə obyektimin yan divarları uçuruldu, obyektin qarşısından ikinci bir hasar çəkildi, obyektin içərisinə hücum edilərək işçilər uzaqlaşdırıldı və faktiki olaraq obyekt qəsb edildi. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə 2-ci müraciətimdən sonra isə Ramiz Yediyarov ölkə tarixində bənzəri olmayan daha ağır cinayətə yol verdi. Belə ki, obyektimin yeganə yolunun darvazalarını sökərək yerini hasarlatdı. Nəticədə mənə aid olan bütün maşın, texnika, mallar obyektin içində qalmaqla obyektə giriş tamamilə bağlanıb. Əvvəlcədən deyim ki, obyektdə baş verə biləcək yanğın və digər hadisələrlə bağlı məsuliyyət bütünlüklə başçının üzərinə düşür".

Sahibkar deyir ki, Gədəbəydə hər kəs Ramiz Yediyarovun ona qarşı cinayətlərinin nə ilə sonuclanacağını böyük maraqla izləyir: “Mənə qarşı hikkəli addımlar faktiki olaraq bütün sahibkarları çaşqın duruma salıb. Bu gün mənim başıma açılan müsibəti Ramiz Yediyarov rayonda istənilən sahibkarın başına gətirə bilər. Çünki bu adam ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara zidd hərəkətləri ilə az qala öyünür. Obyektim qızılçıxarma şirkətinin lap yaxınlığındadır, orada işləyən xarici vətəndaşlar bu cür açıq cinayəti görüb ölkəmiz haqda hansı təsəvvürə sahiblənirlər? Bunu Yediyarov düşünürmü? Yol verilən cinayətin rayona sərmayə yatırmaq istəyən nə qədər yerli və xarici investoru fikrindən daşındırdığını bu şəxs anlayırmı? Ölkə rəhbərliyindən xahiş edirəm ki, bir sahibkar olaraq mənə qarşı törədilən açıq-aşkar cinayətin araşdırılmasına göstəriş verilsin. Obyektimin yolu tamamilə bağlanıb, giriş yoxdur, içəridə sement, boya zavodlarına məxsus istifadə müddəti məhdud olan, nisyə alınmış on min manatlarla qiyməti olan mal qalıb. Obyektin işçiləri işlərindən olublar, özüm təhkükəsizliyimizə təminat olmadığına görə rayonu tərk etmişəm”.

“Onun kimə güvəndiyini bilmirəm”

Sahibkar deyir ki, başçının göstərişi ilə ona qarşı törədilən cinayət ölkədə Konstitusiya gününə təsadüf edib: “49 yaşım var. Biri 8 aylıq olmaqla, 2 körpə uşağım var. Mən Yediyarova görə bu yaşımda rayondan köçməliyəm? Ramiz Yediyarovun və onun adamlarının cinayət əməllərinin əks olunduğu çoxlu sayda foto və videoqeydləri də təqdim edirəm. Bu qeydlərdən sonra obyektin işığı kəsilib ki, həmin vaxt əraziyə gələrək cinayətə birbaşa rəhbərlik edən icra başçısı nəzarət videokameralarının obyektivlərinə tuş gəlməsin. Başçı ölkə rəhbərliyinin fərman və sərəncamlarına məhəl qoymur. Onun kimə güvəndiyini bilmirəm. Ümid edirəm ki, müraciətlərim ölkəmizin inkişafı üçün gecə-gündüz çalışan ölkə rəhbərliyinin diqqətindən kənar qalmayacaq”.

Sahibkar obyektinin qanuni sənədlərinin olduğunu və həmin sənədlərin qanuniliyi haqda R.Yediyarovun iddialarının doğru olmadığını da diqqətə çatdırıb. Redaksiyamıza həmin sənədləri də təqdim edib.

P.S Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti rəsmilərinin və Ramiz Yediyarovun da mövqeyini dərc etməyə hazırıq.
\\musavat.com\\

Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir
Bakıya sığınan sahibkar dövlət rəhbərliyindən kömək istəyir






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tünzalə Ağayeva Leyla Əliyeva ilə bir arada - FOTO
Bu gün, 09:50
Bakıda iki məhkum xəstəlikdən ölüb
Bu gün, 09:48
Milli Məclis yaz sessiyasına xeyli yeni qanun layihəsi çıxarır - SİYAHI
Bu gün, 09:47
Qərb Azərbaycanda “KQB” arxivlərinin açılmasını istəyir - Deputatdan şok AÇIQLAMA
Bu gün, 09:46
Vasif Talıbov yeni mərkəzi istifadəyə verdi
Bu gün, 09:44
İlham Rəhimovun bazarı yandı - VİDEO
Bu gün, 09:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bu gün, 09:37
ABŞ-dan geriyə addım - Ərdoğanın mesajı qəbul edildi
Bu gün, 09:36
Azərbaycanda “düyünə düşməyən” oliqarx krediti: - Ehtiyacı olan insanlar, ağır şərtlər, yüksək gəlir
Bu gün, 09:35
Bakıda “Azpetrol”un maşını aşdı
Bu gün, 09:33
İmişlidə 37 yaşlı kişi evində ölü tapılıb
Bu gün, 09:29
Neft bahalaşıb
Bu gün, 09:28
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi? - Rəsmi qurumları “aldatdı”
Bu gün, 09:28
“Bakıbus” avtobuslarındakı yaddaş PROBLEMİ - FOTO
Bu gün, 09:26
YAP-çı deputatın işi antikorrupsiya idarəsində
Bu gün, 09:23
“Freedom House ən hörmətsiz təşkilatlardan biridir” - deputat
Bu gün, 09:21
BMT rəhbəri İran nüvə sazişinə təhlükə barədə danışdı
Bu gün, 09:19
Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Bu gün, 09:15
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:14
Ermənistan üçün “qiy(a)mət günü” - kritik ana bir gün qaldı...
Bu gün, 09:12
Türkan Heydərovanı gül yağışına tutan kimdir?
Bu gün, 09:09
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb - Dünənin kriminal xronikası
Bu gün, 09:07
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib - bu vəzifəyə indiyə qədər təyinat olmayıb
Dünən, 18:11
Prezident diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarını artırıb - SƏRƏNCAM
Dünən, 18:06
Tanınmış aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO
Dünən, 18:04
Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub - açıqgəzənlik, biqeyrətolma, butulkasız...
Dünən, 17:56
Könül Xasıyevanın həyat yoldaşı kimdir? – SENSAİON MÜSAHİBƏ
Dünən, 17:52
General Novruzəli Orucovun oğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Dünən, 17:44
Prezident Administrasiyasının yeni şöbə müdiri kimdir? - Tərcümeyi-hal
Dünən, 17:39
“Bizi öz dilimizdə danışan mayor aldatdı” – 20 Yanvar hadisəsinin şahidi
Dünən, 17:34
Nostradamusdan şok proqnozlar: - Amerikanın rəhbəri qiyaməti gətirəcək...
Dünən, 17:27
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Dünən, 17:24
AXC və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hansı işlər görülə bilər? - TƏKLİF
Dünən, 17:14
Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
Dünən, 17:12
Məşhur Avropa çempionlarımız qumarxanada - FOTOLAR
Dünən, 17:08
Manatın sabahkı məzənnəsi - 1,7001 manat
Dünən, 17:05
Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT
Dünən, 17:03
General oğluna hökm oxunur - bəraət istəyir
Dünən, 16:59
"Cənab prezidentin öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki..." - deputat
Dünən, 16:56
Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ - VİDEO
Dünən, 16:53
Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq
Dünən, 16:51
Bu qış canımız isinməyəcək? - Təbii qaz kəsintiləri nə ilə bağlıdır?
Dünən, 16:49
“Fransa hökuməti Qarabağ separatçılarının ölkəyə daxil olmasının qarşısını almalıdır”
Dünən, 16:36
Ermənistan prezidentliyinə yeni namizədin adı məlum olub
Dünən, 16:24
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub
Dünən, 16:17
Vikipediyada Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələri əsaslı redaktə olunub
Dünən, 16:16
DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb
Dünən, 16:05
Abutalıbov Şəhidlər Xiyabanına getdi, tapşırıqlar verdi - FOTOLAR
Dünən, 16:03
Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ - "Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür"
Dünən, 16:01
"Mənə elə səviyyəsiz bəstə lazım deyil" - Əməkdar artist
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru