Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu .....                     Səfər Mehdiyevin işçisi də koronavirusa yoluxdu .....                     Həbs edilən gənc şirkət rəhəbrinin işi .....                     "Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" .....                     Əziz Əzizov xanım direktora yüksək vəzifə verdi .....                     Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi .....                     Zaqatalada 2,5 tondan artıq çətənə kolu məhv edilib .....                     Kimlərin vaxtı yetişib? .....                     Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başlayıb .....                     Xaçmazda məktəb sahəsi 380 manata satılıb? .....                     Azərbaycan nefti bahalaşıb .....                     Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb .....                     Bakıda karantini pozan direktora xəbərdarlıq edildi .....                     Ötən gün Gürcüstanda 1 nəfər koronavirusa yoluxub .....                     Nura hamam xalatında belə pozlar verdi .....                     Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı .....                     Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı .....                     Hamilə arvadına 19 bıçaq zərbəsi vuran kişi hakim qarşısına çıxarıldı .....                     Göyçaydakı intiharla bağlı ilk ehtimal .....                     Rusiyada yaşayıb Ağcabədidə maaş alanlar... .....                     Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub .....                     Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? .....                     Bakı sakini taksidə qarət olundu .....                     12 il əvvəl hərbçini öldürərək qaçan və "Taliban"a qoşulan azərbaycanlının məhkəməsi başlayır .....                     “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri yenidən dəyişib .....                     Keşikçi dağa hazırlanan hücumun arxasından İrəvan çıxdı .....                     Cavid Qurbanovun oğlu biznesdə necə meydan sulayır .....                     "Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?" .....                     Neft yenidən ucuzlaşıb .....                     “Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib .....                     Ekspertlərin Milli Məclisin Elm və təhsil komitəsində kimlərdən umacağı var? .....                     Bu gün parlament donorluq və transplantasiya haqqında qanun layihəsini müzakirə edəcək .....                     Əhmədzadənin rayonunda narazılıq var... .....                     Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub .....                     Düşmən ölkə işğalçı siyasətin və təcrid rejiminin ağır bədələni ödəməyə davam edir .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb” .....                     “Xarici borclanmaya gedilməsi qərarı indiki şərtlər daxilində gözlənilən yanaşmadır və...” .....                     Rusiya Suriyaya ‘ikinci partiya’ döyüş təyyarəsi göndərdiyini deyir .....                     Göyçayda DƏHŞƏT: .....                 

“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”
Tarix: 16-09-2011, 14:17 | Çap et
“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”

DEPUTAT KEÇMİŞ RƏİS OLAN QARDAŞINDAN DANIŞDI

“Qafqazinfo” Milli Məclisin üzvü Adil Əliyevin unikal.org saytına müsahibəsini təqdim edir:

- Milli Məclisdə "Eks- prezidentlər haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı nə deyə bilərsiniz?
- Bu məsələ ilə başqa komitə məşğul olduğundan dəqiq hansısa rəy söyləyə bilmərəm. Ümumən mənim fikrimə gəldikdə, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var. Amma məsələ çox ciddi şəkildə təhlil ediləndən sonra. Yəni, bu gün ən mübahisəli məsələ budur ki, kimlər eks-prezident adlandırıla bilər? Vəzifəsini sona qədər icra edən prezidentlərlə yanaşı, prezidenti əvəz edənlər, fəaliyyətini sona çatdıra bilməyənlər də olub. Yəni məsələyə kompleks yanaşma olmalıdır və qanunun qəbulu bundan sonra mümkün ola bilər. Hesab edirəm ki, bunun üçün də vaxt lazımdır.

- Adil bəy, son günlər "Vikiliks" saytında Azərbaycanla bağlı sərt yazılar və fikirlər səsləndirilir. Sizcə, bu doğrudanmı sistemli və ardıcıl şəkildə həyata keçirilən kampaniyadır?
- Bu saytda Azərbaycanla bağlı dərc olunan materiallarla geniş şəkildə tanış olmuşam və təəssüf edirəm ki, bu gün Azərbaycana qarşı belə bir kampaniya başlayıb. Bu materialları təhlil etsəniz görərsiniz ki, ortada iki ciddi məsələ var. Bunlar nədir? İlk növbədə Azərbaycanın xarici siyasətini zədələməyə bir cəhd var. Görürsünüz ki, dərc olunan materiallarda əsasən Türkiyə-Azərbaycan, İran-Azərbaycan, Rusiya -Azərbaycan münasibətlərinə bir kölgə salmaq cəhdi var. Bu isə onunla bağlıdır ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslı xarici siyasəti davam etdirir və regionda ciddi gücə çevrilib. Azərbaycanın gücə çevrilməsini isə istəməyənlər bu cür addımlarla xarici siyasətimizi zədələməyə çalışırlar. Digər tərəfdən maraqlıdır, əgər bu sayt həqiqətən də həqiqətləri dərc edirsə, onda niyə bir neçə insandan başqa Azərbaycanda heç kəslə bağlı nə isə dərc etmir? Bu da sübut edir ki, baş verən bu olayların arxasında ciddi qüvvələr var və belə materiallar bundan sonra da dərc olunacaq. Bunu da qeyd edim ki, əvvəllər bu saytın yazdıqları dünyada ciddi qəbul olunurdusa, indi ciddiliyini itirib. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, sayt ilk dövrlərdə Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyəndə hər iki ölkənin başçıları müdrik addım atdılar və siyasətlərini bu cür mənasız xəbərlərə əsasən qurmadıqlarını bəyan etdilər. Mənə elə gəlir ki, hər birimiz bu mövqedən çıxış etməliyik.
Görünür, Ermənistan Rusiyanın, Gürcüstan isə Amerikanın təsirinə düşdüyü kimi, Azərbaycanı da təsir altına salmaq istəyənlər var və bu addımlar da o niyyətlə atılır.

- İctimai Palatanın hökumətə təqdim etdiyi "Yol xəritəsi" ilə bağlı layihənin müzakirə olunmasına Amerika kimi dövlət vasitəçilik etmək istəyir. Sizcə, hökumət bu problemləri müxalifətlə öz arasında - beynəlxalq təzyiqlər olmadan həll edə bilməzmi?
- Bilirsiz, bütün dövlətlərə kənardan təsirlər olur. Amma bu o demək deyil ki, bu təzyiqlərə görə dövləti maraqlar bir kənara atılmalıdır. Mən açıq deyirəm: bu gün Azərbaycanı idarə edən bir hakimiyyət var və dövlətin gərəkli institutları tam gücü ilə fəaliyyətdədir. Buna görə kimlərinsə hazırladığı hansısa sənədi uzun-uzadı müzakirə etməyə ehtiyac yoxdur. Müxalifət isə belə təklifləri hazırlayırsa, lap yaxşı, bunu təqdim etsinlər gərəkli institutlarımıza və orda maraqlı məqamlar olarsa, gələcəkdə nəzərə alınar. Amma bu gün müxalifət bir güc deyil, alternativ qüvvə kimi qəbul olunmaq səviyyəsində deyil və buna baxmayaraq elə təkliflərlə çıxış edir ki, bu siyasi etiket qaydalarına belə sığmır. Çox təəssüf ki, bəzi kənar qüvvələr də bu cür təşkilatlardan istifadə etməyə çalışırlar. O ki qaldı dialoq məsələsinə, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərin müzakirə olunmasına hər zaman hazırdır və konstruktiv müxalifətlə dialoqa gedə bilər. Hətta bu günün özündə parlamentdə təmsil olunan müxalifətçi partiya sədrləri ilə hakimiyyət rəsmilərinin rəsmi tədbirlərdə görüşləri də olur, müzakirələri də. Buna görə hesab edirəm ki, radiikal müxalifət də dövləti maraqlarımızı nəzərə alaraq addım atmalıdır. Onda xalqın dəstəyini də alar və normal müxalifətçiliyini də edə bilər.

- Bildirilir ki, Azərbaycanda payız aylarında siyasi gərginlik artacaq. Siz bu barədə nə deyərdiniz?
- Bu çox az adamın illüziyası və istəyidir. Mən elə hesab edirəm ki, bu arzularla yaşamaq və nəyinsə olacağını gözləmək ağılsızlıqdır. Bilirsiniz, Yaxın Şərqdə baş verən proseslərdən sonra müxalifət cəmiyyəti çaşdıracaq müəyyən addımlar atdı ki, guya bu dalğa Azərbaycana da gələcək. Amma özləri özlərindən soruşmadılar ki, belə bir inqilab Azərbaycanda hansı səbəbə görə olmalıdır? Bilirsiniz, bu yenə də müxalifətin milli və dövləti maraqları nəzərə almamasından irəli gəlir. Müxalifət nəyəsə nail olmaq, real fəaliyyət göstərmək istəyirsə, xarici qüvvələrin yox, dövlətin yanında durmalıdır. Düzdür, bu gün elə məmurlar var ki, onların fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar yaradır. Amma Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı işlər, dövlət qulluqçularının gəncləşdirilməsi istiqamətindəki qərarları bu cür məmurların yox olması ilə nəticələnəcək. Mən inanıram ki, Prezidentin gördüyü işlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə imkan verəcək. Buna görə boş yerdən ajiotaj yaratmağa ehtiyac yoxdur.

- Son zamanlar Azərbaycanda baş verən cinayətlər, xüsusən də odlu silahlardan istifadə hallalrı çoxalıb. Keçmiş polis zabiti kimi bunu necə dəyərləndirirsiniz, bu o deməkdirmi ki, Azərbaycanda yenə kruminal qruplaşmalar formalaşır?
- Bilirsiniz, vaxtilə Azərbaycanda çox ciddi kriminal qruplaşmalar olub. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə gördüyü ilk işlərdən biri də bu oldu ki, dövləti gözə görünmədən içindən dağıdan bu cür qruplaşmaları tamamilə sıradan çıxardı. Bəziləri isə ölkədən qaçıb getdi. Və bu gün baş verənlərin keçmişlə heç bir bağlılığı yoxdur. Buna görə də cinayətkarlıq o zamankı həddə deyil. Çünki baş verən cinayətlərin sayı kifayət qədər azalıb. Amma bunu tam açıq şəkildə demək lazımdır ki, baş verən cinayətlərdə müəyyən məmurların övladları və ya yaxınlarının da iştirakı ortaya çıxır. Düzdür, bu gün onlara qarşı da mübarizə aparılır. Amma onlar hansısa imkanlarından istifadə edə bilirlər. Hətta imkanlarından istifadə edərək bu cinayətlərin cəmiyyətdə bilinməsinin qarşısını da ala bilirlər. Mən inanıram ki, bu cür məmurlara və məmur balalarına qarşı ciddi ölçülər götürüləcək və xoşagəlməz olayların şahidi olmayacağıq. Fürsətdən istifadə edib elə burdan bəzi məmurlara və məmur övladlarına demək istəyirəm ki, əslində onlar mövqelərinə görə cəmiyyətə nümunə olmalıdırlar. Amma bu gün etdikləri pis nümunədir və bunun zərbəsi sonda hakimiyyətə və dövlətimizə dəyir. Buna görə də adi insanlardan fərqlənmək, adi vətəndaşların haqlarını tapdalamaqdan imtina etməlidirlər.

- Parlamentə amnistiya ilə bağlı layihə təqdim olunub. Bəzi deputatların amnistiyaya etiraz etdiyi söylənilir və bu belə əsaslandırılır ki, amnistiyaya arxayın olan bəzi cinayətkarlar daha da azğınlaşırlar. Siz necə düşünürsünüz?
- Əgər cinayətkarlıq çoxalırsa, qanunlar sərtləşməlidir. Amma bu o demək deyil ki, amnistiya olmamalıdır. Amnistiya olmalıdır. Bəyəm təkrar cinayət törədəcək bir nəfərə görə yerdə qalan bütün digər məhbuslar cavabdehlik daşıyırlar? Azad olunan dustaqlar dərk edirlər ki, həbsxanaya təkrar getmək ağılsızlıqdır. Mən bildiyim qədər, amnistiyaya düşən çox az adam olub ki, təzədən həbsxanaya qayıdıb. Bilirsiniz, məsələni qarışdırmaq olmaz. Bir var cinayətkarlığı özünə peşə seçənlər, azadlıqda yaşaya bilmədikləri üçün təkrar həbsxanaya düşənlər, bir də var təsadüf nəticəsində cinayət edərək həbsə düşənlər. Mən polisdə çalışanda elə adamlar var idi ki, həbsxanasız qala bilmədiklərindən cinayət törədib türməyə gedirdilər.

- Məhərrəm müəllimin, qardaşınız Məhərrəm Əliyevin ovqatı hazırda necədir?
- Məhərrəm Əliyevin ovqatı çox yaxşıdır. Səhhəti də əladır. Öz ailəsi ilə Vətənində olmağından çox razıdır. Dövri mətbuatda səslənənlər isə boş cəfəngiyyatdır. Məhərrəm Əliyev hər zaman dövlətinə, Vətəninə, millətinə və Prezidentinə sadiq olub və üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirib. O bu gün də Cənab Prezidentin siyasi kursunu tam dəstəkləyir və XİN-in sərəncamındadır. Ona hansı iş tapşırılacaqsa, dövlətinə və Prezidentinə bundan sonra da sədaqətlə xidmət edəcək.

- Sonda bir sual da verim. Seçkilərdən öncə Parlament Jurnalistləri Birliyi Sizin millət vəkili kimi passiv olmağınız, çox danışmadığınızla bağlı sorğu keçirmişdi və bəzi jurnalistlər o qədər də yaxşı fikir səsləndirməmişdi. Buna münasibətiniz necədir?
- Sizə bir şey deyim. Heç vaxt öz-özünə yaxşı cavab olmur. Yaxşı cavab üçün gərək yaxşı sual olsun. Təəssüf edirəm ki, bu gün mediamızda elə jurnalistlər çalışır ki, elementar sual verməyi belə bilmirlər. Mən özünə və qələminə hörmətlə yanaşan jurnalistlərin suallarını hər zaman cavablandırmışam. Bu, məsələnin bir tərəfi. O biri tərəfinə gəldikdə isə qeyd edim ki, parlamentdə millət vəkilinin rolunun nədən ibarət olduğunu çox təəssüf ki, bəzən seçici də, jurnalist də düzgün dərk edə bilmir. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək, qanunverici bazanın formalaşmasına dəstək verməkdir. Mən parlamentdə komitə üzvüyəm və komitənin iclaslarında demək olar ki, əksər layihələrin işlənməsində aktiv iştirak edirəm. Amma bəziləri hesab edir ki, deputatın işi elə parlament iclaslarında populist bəyanatlar verməkdir. Mənim mövqeyimi, dövlətçiliyə yanaşmamı hamı bilir və mən qanunvericilik bazamızın formalaşmasında bu formada iştirak edirəm. Mən konkret addım atmağı sevən adamam, boş-boş bəyanatlar verməklə gündəmdə qalmaq mənim xarakterimə uyğun deyil. Buna görə də mən belə sorğulara xüsusi önəm vermirəm. Bununla yanaşı təkrar edirəm, özünə və qələminə hörmət edən jurnalistləri dəstəkləyir və onlara ciddi yanaşıram. İnanıram ki, Azərbaycanda söz azadlığı bundan sonra da inkişaf edəcək .





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - AÇIQLAMA
Bu gün, 11:17
Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum olub
Bu gün, 11:14
Səfər Mehdiyevin işçisi də koronavirusa yoluxdu - FOTO
Bu gün, 11:12
“Asəf Zeynallı”nın məşhur məzunları: - “Kollecin adı özünə qaytarılmalıdır”
Bu gün, 11:06
Həbs edilən gənc şirkət rəhəbrinin işi - yüz minləri kim ələ keçirib?
Bu gün, 11:04
"Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" - Adil Qeybulladan HƏYƏCAN TƏBİLİ
Bu gün, 11:02
Əziz Əzizov xanım direktora yüksək vəzifə verdi
Bu gün, 11:00
“Space” TV-nin yayımı dayandırılıb
Bu gün, 10:57
Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi - FOTO
Bu gün, 10:56
Zaqatalada 2,5 tondan artıq çətənə kolu məhv edilib
Bu gün, 10:54
“Bu hörmətsizlik bir də təkrarlanmasın” - Mərhum bəstəkarın xanımı
Bu gün, 10:53
Kimlərin vaxtı yetişib? - SİYAHI
Bu gün, 10:51
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başlayıb
Bu gün, 10:33
"İlhamə deyirdi ki, Floranın heç vaxt uşağı olmayıb"
Bu gün, 10:30
Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - AÇIQLAMA
Bu gün, 10:29
Azərbaycan nefti bahalaşıb
Bu gün, 10:26
Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 yeni lisey yaradılıb - SİYAHI
Bu gün, 10:23
Bakıda karantini pozan direktora xəbərdarlıq edildi
Bu gün, 10:20
Ötən gün Gürcüstanda 1 nəfər koronavirusa yoluxub
Bu gün, 10:19
Nura hamam xalatında belə pozlar verdi
Bu gün, 10:15
Daha bir vəzifəli şəxs yaş həddinə görə işdən çıxarıldı - FOTO
Bu gün, 10:14
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Bu gün, 10:12
Hamilə arvadına 19 bıçaq zərbəsi vuran kişi hakim qarşısına çıxarıldı
Bu gün, 10:08
Göyçaydakı intiharla bağlı ilk ehtimal - ayrı-ayrı adamlara pul borcu var imiş
Bu gün, 10:05
Rusiyada yaşayıb Ağcabədidə maaş alanlar... - Malik Mirzəyev bunu da edir
Bu gün, 10:04
Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub
Bu gün, 10:00
Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:56
Bakı sakini taksidə qarət olundu
Bu gün, 09:51
"Hər kəs ailəsini dolandırır"
Bu gün, 09:47
12 il əvvəl hərbçini öldürərək qaçan və "Taliban"a qoşulan azərbaycanlının məhkəməsi başlayır
Bu gün, 09:45
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri yenidən dəyişib
Bu gün, 09:40
Keşikçi dağa hazırlanan hücumun arxasından İrəvan çıxdı – Təxribat planının DETALLARI
Bu gün, 09:36
Cavid Qurbanovun oğlu biznesdə necə meydan sulayır - İLGİNC
Bu gün, 09:34
"Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?" - GİLEY
Bu gün, 09:26
Neft yenidən ucuzlaşıb
Bu gün, 09:23
“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib
Bu gün, 09:22
Ekspertlərin Milli Məclisin Elm və təhsil komitəsində kimlərdən umacağı var?
Bu gün, 09:21
Bu gün parlament donorluq və transplantasiya haqqında qanun layihəsini müzakirə edəcək
Bu gün, 09:20
Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY
Bu gün, 09:19
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
Bu gün, 09:14
Düşmən ölkə işğalçı siyasətin və təcrid rejiminin ağır bədələni ödəməyə davam edir - TƏHLİL
Bu gün, 09:13
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:12
“Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb” - deputat
Bu gün, 09:01
“Xarici borclanmaya gedilməsi qərarı indiki şərtlər daxilində gözlənilən yanaşmadır və...” - GƏLİŞMƏ
Bu gün, 08:58
Rusiya Suriyaya ‘ikinci partiya’ döyüş təyyarəsi göndərdiyini deyir
Bu gün, 08:56
Göyçayda DƏHŞƏT: - rayon sakini özünü körpüdən çaya atıb
Bu gün, 08:52
Vasif Talıbovun oğlunun holdinqi daha iki şirkət təsis etdi
Bu gün, 08:51
Paşinyanın iki variantı: Ermənistanda təhlükə böyüyür - GƏLİŞMƏ
Bu gün, 08:47
“Adamın hamıya borcu var, borc sahiblərinə isə “yaxın gəlmə, virus var” deyir”
Bu gün, 08:44
"Qızıl Aypara"da koronavirus TƏŞVİŞİ... - İDDİA
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru