Əsas Səhifə > Güney Press > Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……

Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……


10-12-2014, 15:23
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……
1992-ci ilin bu günündə ermənilər Zəngilan və Qubadlıya irimiqyaslı hücum əməliyyatı keçirtdilər. Hər iki rayonlarda böyük itkilərimiz oldu. Qubadlıda bu gün Həsən Qorxmazı itirdik. AXC Qubadlı rayon şöbəsinin sədri və 706 saylı briqada komandirinin müavini Aydın Şükürovun xatirələrini sizə təqdim edirik.

Allah şəhidlərimizə rəhmət eləsin!!

10 dekabr 1992. Səhər saat 6-30 radələri Yuxarı Cibiklinin rayon mərkəzində yerləşən 2-ci batalyonun qərargahı ilə birbaşa xəttli rabitə kəsilir. Saat 6-45 də ratsiya ilə xəbər alırıq ki, ermənilər hücuma keçib. Saat 7 radələrində «Əyindağ» adlanan yüksəkliyin düşmən tərəfindən ələ keçirildiyi, Cibiklidə qızğın döyüşün getdiyi,Həsən Qorxmazın yaralandığı, Rəfaillə Tərlanın şəhid olduğu Yuxarı Cibikli kəndini işğal olunduğu məlumatı gəlir.Allah hər üçünə rəhmət eləsin ! Qubadlı polisi və 2-ci batalyonun qüvvələri kömək üçün döyüşə atılır.Saat 17-30 radələrinə qədər döyüş gedir. Döyüş zamanı erməni tərəfdən snayperlər durmadan işləyirlər. Polis rəisi E. Paşayevin və mənim baş nahiyyəmizdən snayper gülləsi sıyırıb keçir.Əsgər Yaşar Sultanovun sayıqlığı və cəldliyi, onun özünü üstümə ataraq məni bir dəfə xilas etsədə, ermənilərin AQS silahından açdığı atəşin mərmisindən qəlpə sağ diz qapağımın yanına sancılır. Yaşar ucu az görsənən iynəyəbənzər AQS qəlpəsini dişi ilə dizimdən çıxardır və buna əhəmiyyət verməyib yenə mərkəzdən polislərlə hücumu davam edirik. Sağ cinahdan Mayılın qardaşı Mais öz dəstəsi ilə,sol cinahda isə Yəhya irəliləyir. Sonra Polis əməliyyatçısı Bəşirin ( hazırda Qubadlı pasport masa rəisi) alnının ortasından güllə dəyir, ama yara öldürücü olmur.Taleyimizdə şəhidlik yoxmuş.Axşama yaxın hər tərəfi qatı duman alır və döyüş dayanır.Xəbər gəlir ki, Həsən Qorxmazı xilas etmək mümkün olmayıb.Döyüşçülərlə söz verdik ki, kəndi azad etdikdən sonra, Həsən Qormazın dəfnində işiştirak olunsun.Belə də oldu.Kənd işğal olunandan təxminən 25-30 saat sonra, dekabrın 11-i səhər saat 11 radələrində duman çəkilər-çəkilməz qüvvələrimiz tərəfindən Yuxarı Cibikli azad olundu və biz dəfnə getdik.»Əyindağ» adlanan yüksəkliyi də ordumuz tərəfindən geri qaytarıldı.Fotolarda : Həsən, Rahilə, polis rəisimiz Evarist Paşayev rəhmətliklər.Digər fotolarda isə, hələ şəhidlik nəsibimiz olmayan (inşəAllah olar)Adil Həşimov, bəndəniz və Bakıdan gəlmiş rəhmətlik qardaşım Muradın da olduğu polis qüvvələriylə, Nurəddinlə rəhmətlik Hüseyin və Türkiyəli döyüşçü Atilla Yumaqdı. (Hüseyin o vaxtkı Daxili İşlər Naziri İ. Həmidovun qaynıdı)olduğu «Boz Qurd» dəstəsi . Dekabrın 10-da ermənilər Zəngilana da hücum edib 12 kəndimizi işğal etmişdilər. Dekabrın 12-i isə Zəngilana yola düşdük .Ayaq üstə olan tək fotom isə Yuxarı Cibiklinin azad olunmasında fərqləndiklərinə görə əsgərlərə mükafatlar təqdim edirəm.
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……
Qubadlı. 10 dekabr 1992 .22 il əvvəl bu gün……

Geri qayıt