Əsas Səhifə > Güney Press > Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib

Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib

6-12-2022, 15:24
Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib
DİA.AZ: - 2022-ci il dekabrın 2-də Xəzər Universitetinin Mərmər salonunda gənc tədqiqatçı-
yazar Elvin Arifoğlunun “Sükutla danışanlar” kitabının təqdimatı oldu. Təqdimatı
giriş sözü ilə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli açaraq,
gənc yazarın həyat və yaradıcılığı, yeni çapdan çıxmış əsər haqqında salondakılara
geniş məlumat verdi. Ə.Əmirbəyli əsərin qəhrəmanları olan - Xəzər Universitetinin
Mühəndislik və Tətbiqi elmlər fakültəsinin tələbələri Fərid və Məhəmməd
obrazları haqqında, həmyaşıdlarının gördüyü işlərdən danışdı.
DİA.AZ bildirir ki, sonra söz yazar Elvin Arifoğluya verildi. Yazar əsərin hasilə gəlməsi ilə
əlaqədar maraqlı məqamlardan söz aşdı.
Təqdimat mərasimində Xəzər Universitəsinin rektoru İradə Xəlilova, Dillər və
ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, Kitabxana İnformasiya
Mərkəzinin direktor müavini Aytac Misgərli və digərləri çıxış edərək, əsər
haqqında fikirlərini bildirdilər. Yazar E.Arifoğlu imzalı kitablarını oxucularına
təqdim etdi.
Həmin gün gənc tədqiqatçı-yazar Elvin Arifoğlu Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlının
qəbulunda oldu.
H.İsaxanlı “Sükutla danışanlar” kitabının müəllifinə Xəzər Universitetinin
tələbələrini əsərin əsas obrazları kimi seçdiyinə görə təşəkkürünü bildirdi. Yazar
Hamlet İsaxanlıya həyatı haqqında geniş məlumat verdi, təqdimat tədbirinə görə
minnətdarlıq etdi.

Geri qayıt