Əsas Səhifə > Güney Press > “Əli və Nino Qrup”

“Əli və Nino Qrup”


6-12-2022, 11:07
“Əli və Nino Qrup”
Azərbaycanın aparıcı kitab mağazaları şəbəkəsindən biri olan “Əli və Nino”nun sahibi Köçərli Nigar Şahvələd qızının qanuni təmsiçisi olduğu “Əli və Nıno Qrup MMC” MMC (VÖEN - 1402996531) ləğv olunduğunu elan edib.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41, mənzil 75 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “Əli və Nıno Qrup MMC” MMC 18.12.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamanamə kapitalı 100 manat təşkil edir.
Məlumat üçün onu da qeyd edək ki, “Əli və Nıno Qrup MMC” MMC-nin qanuni təmsilçisi olan Nigar Köçərli tanınmış neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru, 1981-92-ci illərdə "Azneftgeofizika" tresti İB-də baş direktor olmuş Şahvələd Köçərlinin qızıdır.

Geri qayıt