Əsas Səhifə > Güney Press > “Baş nazirin vəziyyətlə bağlı real məlumatı yoxdur”
“Baş nazirin vəziyyətlə bağlı real məlumatı yoxdur”1-12-2022, 16:28 |
![]() İqtisadçı ekspert Nairi Sarkisyan Ermənistan hakimiyyətinin bir sıra bəyanatlarını şərh edərkən belə qənaətə gəlib ki, baş nazirin Ermənistan iqtisadiyyatının vəziyyəti ilə bağlı real məlumatı yoxdur. Bunu Auditorlar Palatasının sədri, iqtisadçı ekspert Nairi Sarkisyan iqtisadi aktivliklə bağlı son məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, oktyabr ayı üzrə qeydə alınan iqtisadi göstəricilər yalnız Rusiya vətəndaşlarının, yəni miqrantların axını ilə bağlıdır və Ermənistan iqtisadiyyatının real vəziyyətini əks etdirmir. "İqtisadi fəaliyyətin strukturunu nəzərə alsaq, o zaman İT sektorunda, otel və restoran biznesində, oyun sektorunda artım qeydə alınıb. Xidmət sektorunda aktivlik 23 faiz, pərakəndə satış sektorunda 2 faiz artıb. Yəni, ölkə əhalisinin gəlirləri artmayıb, lakin eyni zamanda, demək olar ki, 10 faiz qiymət artımı olub․ Əhali yoxsullaşıb, ticarət isə əsasən Rusiyadan gələn axının hesabına aktivləşib”,- deyə Sarkisyan bildirib. Məlumat üçün bildirək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan sosial şəbəkədə qeyd edib ki, göstəricilərin artımı Ermənistan iqtisadiyyatının sentyabr şokundan sonra sürətlə bərpa olunmasından xəbər verir. Nairi Sarkisyan isə Kerobyanın “şok” sözü ilə konkret nə demək istədiyini izah etməkdə çətinlik çəkib. Onun sözlərinə görə, Ermənistan 30 ildir ki, iqtisadi şok vəziyyətindədir. “Əgər nazir bu sözləri dediyi zaman nazirin sentyabr hadisələrini nəzərsə turusa, bu fakt özlüyündə indiki göstəricilərə heç bir təsir göstərməyib, yəni köçərilərin xaricə axınına səbəb olmayıb. Əksinə, sentyabrda Ermənistana gələnlərin sayı bir qədər də artıb”. Sarkisyan bu mövzunu davam etdirərək xəbərdarlıq edib ki, köçərilərin kəskin axını olarsa, Ermənistan iqtisadiyyatı fəlakətli nəticələrlə üzləşə bilər. "İndi dövlət borcu cari iqtisadi göstəricilər nəzərə alınmaqla idarə olunur. Və köçərilər getsə, bizim qanunla müəyyən edilmiş həddi aşan dövlət borcumuz olacaq və biz böhran vəziyyətində qalacağıq. Belə şəraitdə beynəlxalq təşkilatlardan və digər dövlətlərdən yeni kreditlər cəlb etmək çətin olacaq”, - deyə o, vurğulayıb. Bundan əlavə ötən həftə hökumətin iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyan əks fikir bildirərək söyləyib ki, hazırda dövlət borcu/ÜDM nisbəti 50 faiz təşkil edir, bu, yumşaq desək, müsbət göstəricidir. Ermənistanın Baş naziri onu da bildirib ki, bu, xarici valyutanın ucuzlaşmasının nəticəsi deyil, dövlət borcunun keyfiyyətlə idarə olunmasının nəticəsidir. Nairi Sarkisyan isə qeyd edib ki, Paşinyanın bu bəyanatından belə nəticəyə gəlir ki, Nazirlər Kabinetinin rəhbəri dövlət borcunun real həcmini, borcun ÜDM göstəricilərinə real nisbətini bilmir. "Paşinyan qeyd edib ki, dövlət borcunun azalması effektiv dövlət idarəçiliyinin nəticəsidir, lakin mən məsuliyyətlə bəyan edirəm ki, bu, yalnız məzənnə dəyişikliyinin nəticəsidir. Üstəlik, sabah məzənnə əks istiqamətdə dəyişərsə və müvəqqəti yaşayan Rusiya vətəndaşları və ya başqa ölkələrin vətəndaşları Ermənistanı tərk etsə, özümüzü uçurumun kənarında görəcəyik”,- deyə erməi ekspert sonda bildirib. Geri qayıt |