Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ruslar Qarabağa RƏSMƏN ƏL QOYUBLAR...

Ruslar Qarabağa RƏSMƏN ƏL QOYUBLAR...


24-11-2022, 14:50
Ruslar Qarabağa RƏSMƏN ƏL QOYUBLAR...
Ruslar aşkar şəkildə Qarabağı öz əraziləri elan edə biləcəklərini ifadə etməyə başlayıblar. Artıq bu kimi sərsəm fikirlər təkcə Solovyov-Simonyan kimilərinin dilindən yox, rəsmi dillərdən də eşidilməyə başlayıb.
Bir də biz bu fikirlərə SƏRSƏM deyirik... onlar isə PLANLAMA...
Yəni açıq bir təhlükə ilə üz-üzəyik. Rusların Qarabağdan çıxmayacaqları əvvəlindən deyilirdi. Yəni köhnədən bəllidir. Amma biz onları ÇIXARTMALIYIQ... Özü də indidən başlamalıyıq bu prosesə...
Fransaya meydan oxuyuruq... Bu yaxşıdır... Amma rusların qarşısında susuruq...
Fransa hələ sözdə ifadə edir düşmənçiliyini... Ruslar isə aşkar şəkildə düşmənçiliklərini etməkdədirlər və bundan çəkinmirlər də...
- Qarabağa rus qoşunları girən ilk gündən özlərinə rus icması yaratdılar: SUSDUQ...
- Qarabağda erməni silahlılarını himayə etdilər: SUSDUQ...
- Qarabağda özlərinə kilsə, hərbi hissə tikdilər, öz mütəfəkkirlərinə heykəllər qoydular: SUSDUQ...
- Qarabağı Azərbaycandan ayırmaq üçün Rusiya vətəndaşı olan bir ermənini orda hakimiyyətə gətirdilər: SUSDUQ...
- Qarabağda Rusiya vətəndaşının başçılığı ilə rusiyayönümlü ermənilərdən "hökumət" təşkil edirlər: YENƏ DƏ SUSURUQ...
Və biz susduqca bütün bu baş verənlər nəhayətdə bizə BÖYÜK PROBLEMLƏR yaradacaq...
Sanki biz Rusiya-Ukrayna müharibəsində ukraynalılara azarkeşlik edərək özümüzün də Qarabağ problemimizin həllinin orada xeyrimizə bitəcəyinə inanırmış kimi hər şeyi Ukrayna silahlı qüvvələrinin ümidinə buraxmışıq...
Amma biz susmalı deyilik... Özgə vaxtı biz idik deyən ki, Ukrayna o yandan, Gürcüstan bu yandan, biz də bir yandan... rusun üstünə cumaq...
Ukrayna rusla aşkar şəkildə qapışır... Biz isə susuruq və seyr edirik...
Yaxşı anlayırıq ki, bizim də yekun qələbəmiz ordaan asılıdır... Amma yenə də öz bildiyimizdəyik.
Məncə bizə qarşı açıq döyüşən rusa biz də AÇIQ DÜŞMƏN olduğumuzu nümayiş etdirməliyik...
CİDA ÇUVALA SIĞMIR...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru

Geri qayıt