Əsas Səhifə > Güney Press > Məşhur rusiyalı aktrisa vəfat edib

Məşhur rusiyalı aktrisa vəfat edib


2-01-2014, 15:54
Məşhur rusiyalı aktrisa vəfat edib
Məşhur rusiyalı aktrisa Lidiya Vertinskaya 90 yaşında dünyasını dəyişib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aktrisa dekabrın 31-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, L.Vertinskaya 1923-cü ilin 14 aprelində Çində anadan olub. O, “Don Kixot”, “Çəkməli pişiyin yeni sərgüzəştləri”, “Sadko” və s. filmlərdə çıxış edib. Lidiya Vertinskayanın qızları Marianna və Anastasiya da tanınmış aktrisalardır.

Geri qayıt