Əsas Səhifə > Güney Press > "Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır"

"Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır"


5-10-2022, 17:54
"Paşinyanın cəsarətlənməsinin kökündə ABŞ, Fransa və İran dayanır"
Bir neçə gün əvvəl ATƏT-ə sədrlik edən Polşa xarici işlər naziri Zbiqnev Rau fransız həmkarı Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa səfəri çərçivəsində bu ölkənin müdafiə nazirliyi tərəfindən Ermənistana hərbi müşahidəçilərin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Ermənistan-Azərbaycan sərhədinə beynəlxalq müşahidəçilərin dəvət edilməsi bir qədər absurd görünə bilər. Çünki hələ ölkələr arasında sərhədlərin delimitasiya və demarkasiya məsələsi həll edilməyib.
DİA.AZ-ın məlumatına görə, politoloq Vasif Əfəndiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Ermənistan sərhəddində süni şəkildə yaradılmış gərginlikdən sonra ATƏT-in Minsk qrupu fəallıq etməyə başlayıb.Sentyabr ayında baş verən toqquşmalar zamanı BMT təhlükəsizlik şurasında müzakirəyə çıxarılan münaqişə haqqında verilən bəyanatın əsasında sərhədlərin demarkasiya və delimitasiya olunması dayanmışdı.Bu istiqamətdə hazırda görüşlər və danışıqlar davam etdirilir.

“Bir neçə ay öncə Ermənistan biz tərəfdən irəli sürülən 5 prinsipi qəbul etdiklərini desələr də, son günlərdə sanki danışıqlar prsoseini pozmaq və ya mürəkkəb situasiya yaratmaqla məşğuldur. Paşinyanın cəsarətlənməsinin kökündə isə ABŞ,Fransa və İran dayanır. ATƏT-in minsk qrupunun yenidən fəallaşdırmaq cəhdi Qarabağda zorla saxlanılan ermənilər üçün hər hansı statusun verilməsinə nail olmaqdır. 44 günlük müharibədən sonra Azərbaycanın vətəndaşlığını qəbul etmək istəməyən ermənilər torpaqlarımızı tərk etmək istəsələr də onların ərazidən çıxması Rusiya sülhməramlıları tərəfindən məhdudlaşdırılmalıdır. Bu şəraitdən yararlanmağa çalışan Fransa və İran vəziyətdən öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər” - deyə politoloq qeyd edib. Onun sözlərinə görə, ATƏT-in iki üzvü Fransa və Rusiya münaqişədə maraqlı tərəf olduqları üçün onların ATƏT-ə sədrliyi hüquqi cəhətdən mümkün deyil. Əgər münaqişənin həlli üçün hər hansı qurum və ya sülhməramlı kontingentin formalaşmasına ehtiyac olarsa, ilk növbədə ATƏT ya buraxılmalı ya da həmsədrliyində dəyişiklik edilməlidir. Lakin mövcud şəraitdə buna heç bir lüzum da yoxdur. Bölgədə sülhün təminatını istənilirsə, ilk növbədə Ermənistan və Azərbaycan arasında sərhədlər müəyyən edilməlidir. Ermənistana silah satışı da qadağan olunmalıdır.

“30 il işğalçılıqla yanaşı vandalizmlə məşğul olan Ermənistan denasifikasiya və demilitasiya edilməlidir. Ermənistana məhdud sayda atıcı silah, aviasiya və ağır texnika saxlamağa icazə verilməlidir. Azərbaycan ərazisində isə heç bir xarici ölkənin silahlı qüvvələri yerləşdirilməməlidir” - deyə Vasif Əfəndiyev əlavə edib.

Geri qayıt