Əsas Səhifə > Güney Press > Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib
Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib5-10-2022, 17:23 |
![]() DİA.AZ: - Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir. Geri qayıt |