Əsas Səhifə > Güney Press > Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib
Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib5-10-2022, 16:56 |
![]() Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib. DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib. “Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb. Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib. Geri qayıt |