Əsas Səhifə > Güney Press > DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi

DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi


5-10-2022, 16:55
DİA.AZ xəbər yaydı, polis hərəkətə keçdi
DİA.AZ: - Daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadadaraq “beh” alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİA.AZ bildirir ki, az əvvəl bununla bağlı vətəndaş şikayətini təqdim etmişdik:

Rusiyadan gələn axın Bakıdakı dələduzları HƏRƏKƏTƏ KEÇİRİB... - BU DA FAKT!!!

DİN-dən DİA.AZ- bildirilib ki, o, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - məlumatda deyilir.

VİDEO BURADA: https://daytube.az/embed/137419

Geri qayıt