Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var
Abid Şərifova məxsus olduğu deyilən şirkətin 300 mindən çox borcu var5-10-2022, 16:46 |
![]() Baş nazirin sabiq müavini Abid Şərifovun ailə biznesinə aid olduğu deyilən Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü”) Açıq Səhimdar Cəmiyyətində (ASC) ciddi maliyyə problemləri yaranıb. DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Abid Şərifov vəzifəsindən getdikdən sonra "EVRASCON” ASC-də işlər heç də qaydasında getmir. Şirkətin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl-Əfəndi Hacımurad oğlunun adına olan qurumun Dövlət Vergi Xidmətinə 345 min 619 manat 85 qəpik vergi borcu var. ![]() ASC tender yolu ilə sonuncu dəfə 09.10.2020-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 104051.86 AZN-lik müqavilə bağlayıb. Böyük məbləğdə vergi borcu olan ASC-nin sədri İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu adına kiçik MMC və QSC-lər yaratmaqla rəhbəri olduğu qurumu "bataqlıqdan” çıxarmağa çalışır. ![]() 7 iyun 2022-ci il tarixində adına 300 min manatdan çox vergi borcu olan İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu nizamnamə kapitalı 692624.27 manat olan "RİBAT" Qapalı Səhmdar Cəmiyyətini yaradıb. Tenderlərdən uzaqlaşdırılan şirkətin sonuncu dəfə 08.12.2021-ci il tarixində "Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi olub. ![]() Artıq şirkətlə bağlı xeyli sayda məhkəmə çəkişmələri də var. Belə ki, Mahmudov Mübariz Almas oğlu maddi ziyanın və mənəvi zərərin ödənilməsi ilə bağlı "EVRASCON”nu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib. ![]() Qeyd edək ki, bir neçə il əvvəl Abid Şərifov "EVRASCON” ASC-nin Qazaxıstan fialında baş verən qalmaqalla bağlı İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlunu belə təmizə çıxarmışdı: "Bu adam şirkətin rəhbəridir, hər şeyi bilməlidir və bilir də. Bu şirkətin rəhbəri mənim qardaşımdı”. Geri qayıt |