Əsas Səhifə > Güney Press > Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb
Ali Məhkəmə Ramiz Tatarovun cəzasını azaldıb5-10-2022, 16:37 |
![]() Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb. DİA.AZ bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyəti təyin olunmuş cəzanı ağır hesab edərək şikayəti qismən təmin edib. Qərara əsasən, Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib. Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi isə həbs müddətini 3 ay azaltmışdı. Geri qayıt |