Əsas Səhifə > Güney Press, Ana xəbərlər > "Kasıbçılıqdan uşaqlarımı məktəbə göndərə bilmədim, indi də məktəb götürmür"

"Kasıbçılıqdan uşaqlarımı məktəbə göndərə bilmədim, indi də məktəb götürmür"


5-10-2022, 09:11
"Kasıbçılıqdan uşaqlarımı məktəbə göndərə bilmədim, indi də məktəb götürmür"
Toplum TV-nin Qaynar Xəttinə müraciət edən Anar Manafov güzəranından şikayətçidir. 2017-ci ildə həyat yoldaşının epilepsiya xəstəsi olduğu müəyyən olunub. Onun sözlərinə görə, xəstəliyin müalicəsi üçün tələb olunan məbləği ödəməkdə çətinlik çəkir.

Ailənin yeganə işləyən üzvü Anar Manafov fəhləliklə ailəsini dolandırır. Onun büdcəsi həyat yoldaşını müalicə etməyə çtmır. O, təkcə Həyat yoldaşının deyil, oğlunun xəstəlik dərdini də çəkir.

Xəstəliklərin müalicəsi üçün bir çox yerə müraciət edən Anar Manafov bir dəfə Mehriban Əliyevanın da qəbulunda olub. Toplum TV məsələni araşdırarkən TƏBİB-dən bildiriblər ki, xəstəliklərin müalicəsini nəzarətə götürüblər, icbari tibbi sığorta çərçivəsində müalicə almalarına kömək edəcəklər.

Ancaq ailənin tək problemi bu deyil. 3 uşaq atası Anar Manafov deyir, həyat yoldaşının xəstəliyi ilə maraqlandığı üçün vaxtında uşaqlarını məktəbə göndərməyib. İndi isə yaşları keçib deyə, məktəblər uşaqları götürmür.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyir ki, problemlə bağlı vətəndaşlar "portal.az"-a müraciət ünvanlamalıdırlar. Bu hal araşdırılıb ailəyə məlumat veriləcək.


Geri qayıt