Əsas Səhifə > Güney Press > Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb

Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb


1-10-2022, 12:30
Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb
DİA.AZ: - Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə,
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması,
daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin
Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və
yaşadıqları evlərə baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə olan
marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Cəmil Abdullayev, Ruslan Əliyev,
Bilal Muradov, Taleh Atakişiyev, və Firdovsi Şirinov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış
keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan
metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.



Geri qayıt