Əsas Səhifə > Güney Press > "Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..."

"Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..."


1-10-2022, 11:40
"Tehranın Qafanda baş konsulluq açması Türkiyə və Azərbaycana..."
İranın Ermənistanın Qafan şəhərinə təyin etdiyi baş konsul Mürtəza Abdin Vəramin təyinat məktubunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təqdim edib.

DİA.AZ sfera.az-a istinadla xəbər verir ki, təqdimat mərasimində İranın Ermənistandakı səfiri Abbas Zühuri də iştirak edib.

Mərasimdə çıxış edən Mürtəza Abdin Vəramin Qafanda baş konsulluğun açılmasının iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə xidmət edəcəyini bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın bu addımını Ermənistana verdiyi əhəmiyyətin göstəricisi hesab edib və İranın bölgədə sülh və sabitliyin qorunmasındakı rolunu təqdir edib.

İran mediası bu ölkənin Qafan şəhərində baş konsulluğunun açılmasını Tehranın Azərbaycan və Türkiyəyə mənalı mesajı kimi təqdim ediblər.

Geri qayıt