Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanda deputata qarşı güclü TƏZYİQLƏR VAR

Azərbaycanda deputata qarşı güclü TƏZYİQLƏR VAR


22-09-2022, 17:48
Azərbaycanda deputata qarşı güclü TƏZYİQLƏR VAR
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təzyiqlər edilir.

DİA.AZ lent.az-a istinadla xəbər verir ki, bu barədə deputatın özü "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, çıxışları kollajlar və karikaturalar formasında paylaşılaraq təhqir edilir:

Paylaşımda deyilir:

“İranın ölkəmizdə təxribat üçün nəzərdə tutulan onlarla fb, "TikTok" və "Instagram" səhifəsi fəaliyyət göstərir. Bir çox səhifələrdə mənim çıxışlarım Qumda satqın azərbaycanlıların idarə etdiyi peşəkar aftafalar tərəfindən təhrif edilərək, yaxud da kollajlar və karikaturalar formasında hazırlanaraq paylaşılır. Bəzən də şəhid ailələrinin hisslərinə toxunacaq vasitələrə də əl atırlar. Ermənilərin dostu olan bu İslam adına yamaq ünsürlərlə Vətənimiz və Dövlətimiz naminə mübarizəmiz onsuz da səngiməyəcək, ancaq ayıq-sayıq olmalıyıq, çox zaman cahil insanları tovlayıb öz paylaşdıqları təfrif olunmuş materialların altında təhqiramiz rəylər də yazdırırlar.

Bu səhifələrdə düşmənlə bir mövqedən çıxış edən milli cahillərimizi də hüquq-mühafizə orqanlarımız ciddi diqqətdə saxlamalıdır. Ancaq hər bir vətəndaşımız da erməni təhlükəsinə baxdığı kimi hər bir irançı təzahürə də eyni diqqətlə baxmalıdır. Burada düşmən mövqeyindən rəy yazanlara, bəyənənlərə əsgərimizə arxadan atəş açacaq potensial satqın kimi baxılmalıdır. Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər”.

Geri qayıt