Əsas Səhifə > Güney Press > Yol polisi Səfər Mehdiyevi saxladı

Yol polisi Səfər Mehdiyevi saxladı


8-08-2022, 13:08
Yol polisi Səfər Mehdiyevi saxladı
Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

DİA.AZ xəbər verir ki, "Unikal"ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?" sözlərini deyib.

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.


Geri qayıt