Əsas Səhifə > Güney Press > "Mənim təfəkkürümə uyğun bir verilişdir"

"Mənim təfəkkürümə uyğun bir verilişdir"


25-06-2022, 09:31
"Mənim təfəkkürümə uyğun bir verilişdir"
Şairə Nazilə Səfərli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Nazilə xanım, yaydır, harada istirahət etməyi planlaşdırırsınız?

- Xüsusi bir planım yoxdur. Əgər istirahətlə bağlı hər hansı planım olacaqsa, avqustda ola bilər. Həmin ərəfədə pulum hara çatarsa, ora gedəcəyəm. Bəzi şanslı insalar var ki, qış aylarında yay istirahəti üçün biletlərini alırlar, mən onlardan deyiləm. Heç vaxt altı at əvvəl səyahət paketi almamışam. Çünki qəfil ürəyim istəyəndə səyahətə çıxıram. Xasiyyətim belədir.

- Yaxın günlərdə oğlunuz ailə qurdu. Gəlininizlə səyahət etməyi düşünürsünüzmü?

- Gəlinimlə oğlumun ayrı səyahət paketi var, onlar gedirlər. Onlar ayrı ailədirlər.

- Oğlunuz ayrı yaşayır, onlara gedib-gəlirsinizmi? Ümumiyyətlə, necə qaynanasınız?

- Nə mən çox gedirəm, nə də onlar çox gəlir. Tez-tez bir adamı bezdirmək olmaz. Onun öz evidir və hələ öz evinə öyrəşməlidir, tam oturuşmalıdır. Gəlin qapılar gəzməz. Mənim evim də qapıdır. Gəlin öz evinə tam isinişər və ondan sonra gəzməyə başlayar. Həyat yoldaşı hər axşam harasa, parka və s. aparır. Rayona atasının evinə gedirlər, arada bizə də gəlirlər. Mən "takıntılı" insan deyiləm ki, deyim, gəlin harasa getdi, niyə getdi. Bu fikirlər məni qocaldar. Əgər gəlin bizimlə yaşasaydı, məsələn, yuxudan duranda səhər yeməyi hazır olacqqdı, süfrə açılacaqdı. Mən avtomatik olaraq passivləşirəm. Məsələn, bir gün gəlinin başı ağrıyır, süfrəni hazırlaya bilmir. Ay qız, hardasan, oyan, deyiləndə o zaman pis olursan. Mənə bu lazımdır?! Gəlin evdə olsa, mən qocalacam. Gəlin mənə hər zaman böyük kimi davranacaq. Orada oturmayın, burada oturun. Bu isə məni qocaldacaq.

Nə mən gəlinimə ayaqbağı olmaq istəyirəm, nə də o mənə. O, həyatını yaşasın. Nə zaman yardıma ehtiyacı olarsa, onların yanındayam. Yoxsa qaratikan kimi yanlarına gedim, bu mənlik deyil.

- Eşitdiyimizə görə, yenidən aparıcılığa başlayırsınız?..

- Heç zaman meyvələri mövsümündə yeməmişəm. Bəli, hamı tətilə çıxan ərəfədə mən verilişə başlayıram.

Amma hansı kanalda necə və hansı formartda olacağı haqda ipucu vermək istəmirəm. Veriliş iyulda başlayır və həftədə bir dəfə yayımlanacaq. Çox maraqlı bir layihədir. Mənim təfəkkürümə uyğun bir verilişdir və yaxşı da kanalda efirə gedəcək.

Geri qayıt