Əsas Səhifə > Güney Press > Astarada polis şagirdlərlə görüş keçirib

Astarada polis şagirdlərlə görüş keçirib


26-05-2022, 17:48
Astarada polis şagirdlərlə görüş keçirib
DİA.AZ: - Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Səncərədi kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda şagirdlərlə görüş keçirilib.

DİA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, Astara RİH başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri narkomaniyanın acı fəsadlarından bəhs edərək bildiriblər ki, bu ümumbəşəri problemə qarşı maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Bu səbəbdən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə yanaşı, gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.

Astarada polis şagirdlərlə görüş keçirib
Astarada polis şagirdlərlə görüş keçirib

Geri qayıt