Əsas Səhifə > Güney Press > Əli Kərimlini maliyyələşdirməkdə ittiham olunan

Əli Kərimlini maliyyələşdirməkdə ittiham olunan


26-05-2022, 16:35
Əli Kərimlini maliyyələşdirməkdə ittiham olunan
Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı, AXCP fəalı Saleh Rüstəmov Əfv Komissiyasına müraciət etməyib.

DİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında onun oğlu Sezgin Rüstəmov deyib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə saytımıza Əfv Məsələləri Komissiyasına təqdim etdiyi siyahıda AXCP fəalı Saleh Rüstəmlinin də adının olduğunu bildirib.

Xatırladaq ki, Rusiya vətəndaşı Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirməkdə ittiham edilib. Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir.

Geri qayıt