Əsas Səhifə > Güney Press > "Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"

"Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"


18-05-2022, 17:44
"Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım"
“1974-cü ildə adım-sanım yox idi. Həyat yoldaşımın ailəsi isə Lənkəranda ən varlı ailələrdən idi. O zamanlar toylarda nağara çalırdım. Qızın ailəsi dedi ki, biz nağara çalana qız vermərik. Qız ali savadlı idi. Tibb Universitetinə qəbul olmuşdu. Dedilər ki, “sən kim, biz kim?” Hətta məni qızın qohumları döyüb, əzişdirdilər”.

Bu sözləri müğənni Cavad Rəcəbov ATV-də yayımlanan “7 canlı” verilişində qonaq olarkən deyib.

Rəcəbov həyat yoldaşının ailəsinin evliliyə qarşı çıxdığı üçün intihar etmək qərarına gəldiklərini vurğulayıb:

“Qız ailəsinə dedi ki, əlim Cavadın əlinə dəyib, başqasına ərə getməyəcəm. Görəndə ki ailəsi bizim evlənməyimizə qarşıdır, özümüzü öldürmək qərarına gəldik. Hətta qəsd gününü də təyin etmişdik. Ailə də bundan xəbərdar oldu. Bu xəbəri isə dostum onlara verdi. Qızın ailəsi gördü ki, bizi ayıra bilmir, evlənməyimizə razılıq verdilər. Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım, hamı məni tanıdı”.
//olke.az//
Geri qayıt