Əsas Səhifə > Güney Press > Paşinyanın kazinolarda "yatan" sürücüsü

Paşinyanın kazinolarda "yatan" sürücüsü


14-05-2022, 11:23
Paşinyanın kazinolarda "yatan" sürücüsü
Ermənistan mediası baş nazir Nikol Paşinyanın silahdaşlarından olan Artur Qukasyanın tüfeyli həyatını ifşa edib.AzVision.az xəbər verir ki, müxalif saytlardan biri baş nazirin şəxsi sürücüsü kimi çalışmış, hazırda onun bağ evinə baxan Qukasyanın kazino düşkünü olduğunu yazıb.

Bununla bağlı videonu da dərc edən nəşr iddia edib ki, adi sürücü maaşı hesabına belə qumarxanalarda veyllənə bilməz.

"Hələ 2020-ci ildə biz Paşinyan inqilabından əvvəl siqaret almağa belə pulu olmayan Amiqo Qukasyanın həyatında “müsbət” dəyişikliklərdən yazmışdıq. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşlarından biri, daha çox Amiqo Qukasyan kimi tanınan Artur Qukasyan 2018-ci ilin məlum hadisələrindən sonra tez-tez “Şanqri-La” kazinosunda görünməyə başlayıb. Əldə etdiyimiz məlumata görə, Paşinyanın şəriki kazinoda külli miqdarda pullar uduzur. O, təxminən 7-10 min dollar uduzduqdan sonra dələduzluq yolu ilə bu məbləği qaytarmağa çalışıb. Nəticədə isə qalmaqallı qumarbaz kazinonun arzuolunmaz siyahısına düşüb.

Qeyd edək ki, Artur Qukasyan hakimiyyət dəyişikliyinə qədər müxalifətçi olan Nikol Paşinyanın sürücüsü işləyib. Hazırda isə hökumətin daçasında bağban çalışır. Sual yaranır bəs o zaman bu gənc "Şanqri"də itirdiyi 7-10 min dollar nağd pulu haradan alır? Biz millət vəkillərini komanda yoldaşları haqqında bu məlumatları yoxlamağa çağırırıq", - müəllif yazıb.

Bəzi saytlar isə yazırlar ki, "biz 2018 -ci ildə Qərb dəyərlərinin ölkəyə gətiriləcəyini deyəndə belə anormal prosesləri yox, demokratik dəyərləri nəzərdə tuturduq. Ölkə rəhbərləri və yaxın ətrafı xalqa nümunə olmalı idi".



Geri qayıt