Əsas Səhifə > Güney Press > Bərdədə şagirdlərlə görüş keçirilib

Bərdədə şagirdlərlə görüş keçirilib


28-01-2022, 18:18
Bərdədə şagirdlərlə görüş keçirilib
DİA.AZ: - Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

DİA.AZ xəbər verir ki, çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən söz açıb. Yaşadığımız dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışan rəis narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verib.

Digər çıxışçılar da şagirdləri narkotiklərdən istifadədən uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Bərdədə şagirdlərlə görüş keçirilib

Geri qayıt