Əsas Səhifə > Güney Press > Ermənistanda hakimiyyət böhranı:

Ermənistanda hakimiyyət böhranı:


24-01-2022, 17:50
Ermənistanda hakimiyyət böhranı:
Ermənistan Prezidenti Armen Sarkisyanın vəzifəsindən istefası ilə bağlı müzakirələr davam edir.

Sarkisyan qeyd edib ki, istefasına səbəb onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.

Qeyd edək ki, Armen Sarkisyanın Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) geniş ticarət əlaqələri var.

O, hətta istefa ərizəsi yazmazdan iki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib və orada mühüm görüşlər keçirmişdi.

Bununla yanaşı, Sarkisyanın Birləşmiş Ərəb Əmirliklərindən Ermənistana qayıtmadığı iddiaları da səsləndirilir.

Maraqlıdır, Armen Sarkisyanın istefası qəbul ediləcəyi təqdirdə aktiv siyasətlə məşğul olacaq? DİA.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri deyib ki, Armen Sarkisyanın aktiv siyasətə qayıtması üçün ciddi səbəbləri yoxdur:

“Son illərdə Ermənistanda yaranan ictimai-siyasi böhran vəziyyətində prezident olaraq bir lider kimi özünü göstərə bilmədi. Həmçinin, ictimai rəydə də Sarkisyan siyasi nüfuza malik adam deyil.

Ümumiyyətlə, Ermənistan cəmiyyəti Armen Sarkisyanı özününkü hesab etməyə bilər. O da heç özünü göstərə bilmir. Ona görə də Armen Sarkisyan üçün Ermənistanda siyasi perspektiv demək olar ki, bitib. Əlbəttə ki, bütün bunlara görə onun istefasını başa düşmək olar.

Eyni zamanda, bu hadisənin arxasında bilmədiyimiz başqa geosiyasi planlar və qərarlar da ola bilər. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan Konstitusiyanı dəyişdirməklə gələcəkdə Ermənistanda yenidən prezident üsul-idarəsini tətbiq etmək istəyir. Təbii ki, Paşinyanın da geniş səlahiyyətlərə malik prezident olmaq arzusu var. Buna görə də Sarkisyana siyasi perspektivlərin görünmür.

Hazırda Armen Sarkisyanın Nikol Paşinyan və bu prosesdə maraqlı olan qüvvələrlə bazarlıq etdiyinə düşünmək olar. Fikrimcə, o, bundan sonra daha çox öz biznesi ilə məşğul olacaq. Sarkisyan bunun üçün Fransa, Böyük Britaniya və ya Birləşmiş Ərəb Əmirliklərinə üz tuta bilər”.

Geri qayıt