Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Aşqabadda bağlanan qaz müqaviləsinin YEKUN NƏTİCƏSİ

Aşqabadda bağlanan qaz müqaviləsinin YEKUN NƏTİCƏSİ


30-11-2021, 16:58
Aşqabadda bağlanan qaz müqaviləsinin YEKUN NƏTİCƏSİ
Məlum olduğu kimi, Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında olduqca mühüm bir saziş imzalanıb. JAMAZ.İNFO xəbər verir ki, həmin sazişə əsasən Türkmənistan İrana 1.5-2 milyard kub metr qaz verəcək. İran bu qazla sərhədyanı və o ərazilərdə yaşayan əhalinin “mavi yanacağa” olan təlabatınmı qarşılayacaq. Əvəzində həmin həcmdə qazı Azərbaycana ötürəcək.

Beləliklə, Azərbaycan, Türkmənistan və İran arasında bağlanmış müqavilə ilə təbii qazın Avropaya çatıdırlması reallaşacaq. Bakıda bu məsələyə münasibət birmənalıdır. Çünki faktiki imzalanan müqavilə Azərbaycanın maraqlarına tama cavab verir. İran da bu prosesdən narazı deyil, əksinə, müqavilə şərtlərini genişləndirmək niyyətindədir.

Ermənistanda isə durum çox fərqlidir. Onlar müqavilənin iqtisadi deyil, siyasi və regional təhlükəsizlik xarakteri daşıdığını deyirlər. Həmçinin Azərbaycanın bununla Ermənistanı daha bir ciddi layihədən çıxarmaq fikrində olduğunu söyləyirlər.

“Enerji Təhlükəsizliyi İnstitutu” adlı QHT-nin rəhbəri, eyni zamanda bu sahədə təcrübəli ekspert kimi tanınan Vahe Davtyanın sözlərinə görə, bu saziş həm də Ermənistanın Xəzər-Qafqaz regionunda gələcək roluna istinad edir. “Belə bir sazişin imzalanması ilk növbədə ona görə təhlükəlidir ki, nəticədə biz, Ermənistan üçün faktiki olaraq can damarı olan Şimal-Cənub enerji və nəqliyyat-logistika dəhlizindən kənarda qala bilərik. Bu gün regionda nəqliyyat müharibələrinin gücləndiyi bir vaxtda belə bir ssenari tək bir şeydən xəbər verir – Ermənistanın dövlətsizləşdirilməsi”.

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizi, əslində, Ermənistanın xarici bazarlara inteqrasiyasına və son nəticədə blokadanın açılmasına gətirib çıxara biləcək strategiya idi. Davtyan qeyd edir ki, bu proses dünən başlamayıb, onun əsası hələ 2017-2018-ci illərdə qoyulub. “Bakı dəfələrlə Şimal-Cənub xəttinin bir hissəsi olduğunu bəyan edib. İrana elektrik enerjisi ixrac etməyə başlayıb və İran-Ermənistan-Rusiya marşrutundan fərqli olaraq, İran-Azərbaycan-Rusiya enerji marşrutu qurmağa çalışır”.

Erməni ekspert bildirir ki, bu gün Bakı İranla enerji əlaqələrində əməkdaşlığa dair uzunmüddətli müqavilələr bağlamaq və birgə geoloji işlər aparmaqla Şimal-Cənub dəhlizinin öz ərazisindən keçməsi və Ermənistanı oradan sıxışdırıb çıxarmaq strategiyasını tədricən həyata keçirir. “Bu yay, yeri gəlmişkən, Finlandiya yük qatarı Azərbaycana, oradan Fars körfəzinə və Hind okeanında Mumbay limanına yollanarkən ilk nəqliyyat nəticəsi qeydə alınıb. Bu, Şimal-Cənub Beynəlxalq Dəhlizinin faktiki başlanğıcıdır”.

O qeyd edib ki, Ermənistandakı anti-İran isteriyasını da anlamır. “Belə bir vəziyyətin formalaşması birbaşa diplomatik uğursuzluğumuzun nəticəsidir. Ermənistan-İran gündəminin davamlı iflasının nəticəsidir”.

Geri qayıt