Əsas Səhifə > Güney Press > Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI

Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI


22-10-2021, 16:48
Azərbaycanda daha bir vəzifəli şəxs CƏZALANDIRILDI
Daha bir vəzifəli şəxs qanunsuz əməllərinə görə cəzalandırılıb. Söhbət Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel İntiqam oğlu Əkbərovdan gedir.

Bizim.Media xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin “Facebook” hesabında qeyd olunub.

Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası keçirilib. Şura iclasında daxil olmuş müraciətlər əsasında Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel İntiqam oğlu Əkbərovun bir sıra qanunsuz əməlləri müzakirə olunub.

Belə ki, Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbinin müəllimlərinin müraciətləri əsasında aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, cari tədris ilində məktəbdə tədris planı üzrə dərs bölgüsü aparılarkən mövcud təlimati tələblər gözlənilməyib.

Dərs bölgüsü məktəb rəhbərliyi tərəfindən aparılaraq pedaqoji kollektivdə müzakirə edilməli olduğu halda, buna əməl olunmayıb. Üstəlik iş qanunsuz olaraq Masallı rayon Təhsil şöbəsinin müdiri Taryel Əkbərov tərəfindən aparılıb. Eləcə də müəllimləri qəbul edərkən etik-davranış qaydalarını kobud şəkildə pozub və digər faktlar öz əksini tapıb.

Əlavə olaraq T.Əkbərovun digər məktəblərdə də müxtəlif qanun pozuntularına yol verdiyi müəyyən olunub. Vakant yerlərin qanunsuz olaraq, şəxsi maraqlarına xidmət etməsi üçün gizlətməsi və.s qanuna zidd hərəkətlərə yol verdiyi aşkarlanıb.

İcra hakimiyyətindən qeyd olunub ki, aparılmış müzakirələr zamanı yuxarıda qeyd olunan şikayətlər öz təsdiqini tapıb.

İşində verdiyi nöqsanlara, vəzifə səlahiyyətlərini aşma və etik davranış qaydalarını pozduğuna görə rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərova ”Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini, 25.1 və 25.2.1-ci maddlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 və 6.8-ci bəndlərini rəhbər tutaraq intizam qaydalarına uyğun olaraq “töhmət” elan olunub. Həmçinin, Tariyel Əkbərov Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvlüyündən xaric olunub.

Geri qayıt