Əsas Səhifə > Güney Press > Fəallığı artıran ERMƏNİ TERRORÇULARI:

Fəallığı artıran ERMƏNİ TERRORÇULARI:


16-10-2021, 11:21
Fəallığı artıran ERMƏNİ TERRORÇULARI:
“Ordumuz tərəfindən erməni separatçılarına qarşı anti-terror əməliyyatına başlamağın zamanı çatıb”.

Bu fikirləri erməni terroçularının Azərbaycan hərbçisini şəhid etməsinə münasibət bildirən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasinin Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Hərbi ekspert bildirib ki, bir həftə ərzində ermənilər tərəfindən iki terror hadisəsinin törədilməsi ciddi məsələdir:

“Müvəqqəti ərazimizdə yerləşdirilən Rusiya sülhməramlı qüvvələri öz üzərinə düşən vəzifəni yerinə yetirmir və yaxud yetirmək istəmir. Bu hadisələr Putin-Paşinyan görüşləri ilə üst üstə düşür.

Biz dərindən fikirləşməliyik ki, sülhməramlı qüvvələrin missiyasının başa çatmasına 7-8 ay qalmış, bu atışmanın böyük masştabda olması qaçınılmazdır və bunun təşkilatçısının Rusiya olması da şübhəsizdir. Odur ki, cənablar, biz buna da hazır olmalıyıq”.

Geri qayıt