Əsas Səhifə > Güney Press > Vətən müharibəsi şəhidi İxtiyar Əliyevlə Goranboyda

Vətən müharibəsi şəhidi İxtiyar Əliyevlə Goranboyda


14-10-2021, 11:22
Vətən müharibəsi şəhidi İxtiyar Əliyevlə Goranboyda
Vətən müharibəsinin şəhidi İxtiyar Əliyevlə anadan olduğu Göranboy rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin nəşi Goranboy rayonunun, Goranlı kəndində yaşadığı evə gətirilib.

Vida mərasimda rayon İcra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyətinin nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edir. Şəhid kənd qəbirstanlığında dəfn ediləcək.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.

Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi. Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı. Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.

Allah rəhmət eləsin!

Geri qayıt