Əsas Səhifə > Güney Press > Məktəblər bağlanır?

Məktəblər bağlanır?


14-10-2021, 11:17
Məktəblər bağlanır?
Xəbər verdiyimiz kimi, tədris ili başlayandan ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Bəs məktəblərdə yenidən tədris dayandırıla bilərmi?
Bakupost.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib.
Onun sözlərinə görə, nazirliyin yaydığı məlumat o demək deyil ki, məktəblər bağlanır:

“Pandemiya dövründə yaşadığımız üçün məktəbdə müəlim də, şagird də koronavirusa yoluxa bilər. Biz sadəcə ictimaiyyət üçün ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir Təhsil Nazirliyinin yox”.

Geri qayıt