Əsas Səhifə > Güney Press > Vətəndaşlara qarşı dələduzluq edən rieltor polis tərəfindən saxlanılıb

Vətəndaşlara qarşı dələduzluq edən rieltor polis tərəfindən saxlanılıb


14-10-2021, 10:55
Vətəndaşlara qarşı dələduzluq edən rieltor polis tərəfindən saxlanılıb
DİA.AZ: - DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan adıçəkilən şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan 6 nəfər şəxsə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nin (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Geri qayıt