Əsas Səhifə > Güney Press > Rusiya hərbçiləri Qarabağdakı bütün postlarında minaatanlarla təlim keçdi…

Rusiya hərbçiləri Qarabağdakı bütün postlarında minaatanlarla təlim keçdi…


14-10-2021, 10:53
Rusiya hərbçiləri Qarabağdakı bütün postlarında minaatanlarla təlim keçdi…
Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşmiş Rusiya sülhməramlı(?) kontingenti müntəzəm döyüş təlimləri çərçivəsində 27 müşahidə məntəqəsində kompleks hərbi təlim keçib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi oktyabrın 14-ü Moskva vaxtı ilə saat 05:00 radələrində- öz rəsmi saytında məlumat yayıb.

“Təlim zamanı hərbçilər mümkün pozuntuların, təxribatçı hərəkətlərin qarşısını almaq və müşahidə məntəqəsinə hücumu dəf etmək üçün təmrinlər tətbiq edib.
Həyəcan siqnalı aldıqdan sonra sülhməramlılar təchiz olunmaq və silahları əldə etmək, məkanı tez tərk etmək və təchiz olunmuş mövqelərdə müdafiəyə keçmək üçün əlaqələndirilmiş hərəkətlər icra ediblər. Postun müdafiəsini gücləndirmək üçün “BTR-82A” zirehli transportyorlarında növbətçi hissələr cəlb edilib.

Təlimə Rusiya sülhməramlı kontingentinin minaatan ekipajları da qatılıb. Artilleriyaçılar atəş mövqelərini tutmaq, silahları koordinatlarla müəyyən edilmiş hədəflərə yönəltmək, habelə hədəfləri müəyyən etmək və atəş mövqelərini dəyişdirmək üçün taktiki standartlar hazırlamaq üçün hərəkətlər icra ediblər”- Rusiya MN-in məlumatında belə deyilir.




Geri qayıt