Əsas Səhifə > Güney Press > Polis Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxslə bağlı

Polis Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxslə bağlı


14-10-2021, 10:49
Polis Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxslə bağlı
Tovuz rayonunun Qovlar kəndində şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxsi bir neçə nəfər qəbiristanlığa gətirərək, üzr istəməyi tələb edib.

APA-nın xəbərinə görə, onlar qəbiristanlıqda həmin şəxsi şəhidlərin məzarı önündə diz çökməyə və daha sonra məzar daşlarını öpməyə məcbur edib, həmin prosesi lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan həmin video-görüntülərlə bağlı Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır. "Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat açıqlanacaq".

Şəhidləri təhqir etdiyi deyilən və onu cəzalandıranların kimliyi hələlik açıqlanmır.

Polis Tovuzda şəhidlər haqqında nalayiq ifadələr işlətdiyi bildirilən şəxslə bağlı



Geri qayıt