Əsas Səhifə > Güney Press > Füzuli rayonu cəmi bir neçə günə erməni quldurlarından təmizləndi...

Füzuli rayonu cəmi bir neçə günə erməni quldurlarından təmizləndi...


14-10-2021, 10:25
Füzuli rayonu cəmi bir neçə günə erməni quldurlarından təmizləndi...
Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuşdu. Rayonun ilkin adı Qarabulaq olub. Füzuli rayonu 8 avqust 1930-cı il tarixdə inzibati rayon statusu alıb. Həmin vaxtdan 1959-cu ilədək isə rayonun adı Qaryagin adlandırılıb. Böyük şairimz Məhəmməd Füzulinin 400 illiyi şərəfinə isə bu rayon 1959-cu ildə Füzuli rayonu adlandırılıb.

Rayonun əsasının qoyulması 19-cu əsrin əvvəlləri olsa da burada aparılan elmi arxeoloji tədqiqatlar onu sübut edir ki, Azərbaycan qədim kökə sahibdir. Burada yerləşən Azıx mağarası bütün dünyada qədim insan məskunlaşması baxımından üçüncü yeri tutur.

Erməni yurdsuzları tərəfindən 1993-cü il avqust ayının 23-də Füzuli şəhəri, Hadrut qəsəbəsi və rayonun 82 kəndi işğal edilmişdi. İşğal etdikləri digər ərazilər kimi, erməni vandalları bu qədim Azərbaycan torpaqlarında da dağıdıcı əməllər törətmişlər. Talan edib və yandırmışlar.

Füzuli rayonu təbii sərvətlərlə olduqca zəngin olan bir ərazidir. Burada eyni zamanda əhəng daşı, qum-çınqıl qarışığı yataqları var. İşğal dövründə düşmən torpağımızın bu sərvətlərindən də soyğuncasına istifadə etmişdi.

Füzuli rayonunda çoxlu qədim memarlıq abidələri, mağaralar, kurqanlar, türbələr, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülər və s. vardır. Erməni vandalları Azərbaycanın ululuğunu özündə əks etdirən Azıx mağarasını eləcə də bir çox nadir tarixi abidələrimizi dağıdıb və talan ediblər.

Füzuli rayonunun 50-dən çox kəndi və rayon mərkəzi işğal dövründə erməni quldurları tərəfindən tamamilə dağıdılmışdı. İşğal nəticəsində 55 min nəfər füzulili məcburi köçkün kimi Azərbaycanın bir neçə rayonunda məskulaşmışdır.

1994-cü ilin yanvar ayında Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edildi və bu kəndlərə 50 faizə yaxın əhali geri qaytarıldı.

Ümummilli lider Heydər Əliyev: “Füzuli rayonunda torpaqlarımızın bir qismi geri alınıbdır. Erməni işğalçıları oradan qovulubdurlar. Lakin bu, işin yalnız başlanğıcıdır. Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik”.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində və komandanlığı ilə Azərbaycan Ordusu Ermənistan Ordusu tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan bütün torpaqlarımızı, həmçinin Füzuli rayonunun işğal altında qalmış digər ərazilərini düşməndən təmizlədi.

Bu uzun müddət ərzində düşmən Füzuli rayonunda da çox çətin istehkamlar qurmuşdu. Lakin Füzuli əməliyyatı da əhəmiyyətli əməliyyatlardan, döyüşlərdən biri olub. Bu genişmiqyaslı əməliyyat nəticəsində Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də düşmən əsarətindən azad edilib.

Hər kəs, eləcə də hərbi mütəxəssislər elə bilirdi ki, Füzulini azad etmək çox çətin olacaq və Füzuli uğrunda döyüşlər bir neçə ay çəkəçək, lakin Azərbaycan

Ordusu quldur, qorxaq, fərari ermənilərə, eləcə də bütün dünyaya öz gücünü -qüvvəsini və nəyə qadir olduğunu göstərərək Füzuli rayonunu cəmi bir neçə günə erməni quldurlarından təmizlədi.

Düşmən Azzərbaycan Ordusuna, igid Azərbaycan oğullarına qalib gələ bilməyəcəyini görüb dinc əhalini arəşə tuturdu. Azərbaycan əsgəri bütün şəhidlərimizin və dinc əhalinin qisasını isə bütün cəbhə boyu aldı. Düşmənə qalib gəldi.

Şəhla Ağbulud
DİA.AZ


Geri qayıt