Əsas Səhifə > Güney Press > Respublika Humanitar Fənlər Gimnaziyası bu gündən distant təhsilə keçib

Respublika Humanitar Fənlər Gimnaziyası bu gündən distant təhsilə keçib


14-10-2021, 09:36
Respublika Humanitar Fənlər Gimnaziyası bu gündən distant təhsilə keçib
Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Geri qayıt