Əsas Səhifə > Güney Press > İki həftəlik komandanın yaratdığı suallar:

İki həftəlik komandanın yaratdığı suallar:


25-09-2021, 12:29
İki həftəlik komandanın yaratdığı suallar:
“Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişəcək. Yayılan xəbərlərə görə, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin təyin olunacaq. Mixail Kosobokovun Rusiya Ordusunda daha yüksək vəzifəyə təyin olunacağı bildirilib. Sual olunur: Mixail Kosobokov yüksək vəzifəyə təyin olunacaqdısa, onu niyə iki həftəlik Qarabağa göndəriblər?”

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. O Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib. Anaşkinin rəhbəri olduğu silahlı birləşmələr 2008-ci ildə Gürcüstanla müharibədə (Cənubi Osetyada) iştirak edib. Ona bu müharibədə iştirakına görə medal verilib.

Maraqlıdır ki, Mixail Kosobokov da Gennadi Anaşkin kimi Gürcüstan ərazisindəki separatçı bölgədə xidmət etmişdi. Nə hikmətdirsə, Moskva məhz separatçı bölgələrdə xidmət edən komandirləri Qarabağdakı rusiyalı hərbçilərə komandan təyin edir”, - deyə Politoloq əlavə edib.


Geri qayıt