Əsas Səhifə > Güney Press > Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ


25-09-2021, 11:18
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan TƏYİN EDİLDİ
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, yeni komandan general-leytenant Gennadi Anaşkindir.

Ermənistanın Müdafiə Nazirliyində rusiyalı heyətlə keçirilən görüşdə Anaşkin qarşı tərəfə təqdim edilib.

Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı təyin edilib. Bu yaxınlarda o, missiyasını başa vurub. Bundan sonra qısa müddətdə bu vəzifədə general-mayor Mixail Kosobokov təyin edilib.


Geri qayıt